Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-338/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeha qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 7-ci döngə ünvanında yerləşən 16F saylı evin üzərində ½ hissədə payının müəyyən edilməsi, həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində izahat verən Vəkil iddia tələbini müdafiə edib, iddia əizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı X1 ilə xx xxxxxxxx 1988-ci ildən rəsmi nikah münasibətlərinə daxil olmuş və birgə nikah dövründə ailənin gəlirləri hesabına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 7-ci döngə ünvanında yerləşən 16F saylı evini əldə etmişdir. Hazırda tərəflər arasında münasibətlər pisləşmiş və iddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(010)-338/2021 saylı qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuşdur. Belə olan halda iddiaçı həmçinin birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payların müəyyən edilməsini zəruri hesab edərək məhkəməyə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35, 37-ci maddələrinə əsasən həmin daşınmaz əmlak tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak olduğuna görə iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə rəsmi nikah daxil olmaqla, ailə qurmuş, lakin Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. İddiaçının ümumi paylı mülkiyyət olmasını tələb etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 7-ci döngə ünvanında yerləşən 16F saylı evin üzərində ½ hissədə payının müəyyən edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah Bakı şəhər Nərimanov rayon VVAQ Şöbəsində xx xxxxxxxx 1988-ci ildə bağlanmış və“Nikaһın bağlanması һaqqında akt qeydləri kitabında” 1062 №-si ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 7-ci döngə ünvanında yerləşən 16F saylı ev ********** saylı Qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xx xxxxx 2020-cı il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(010)-339/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 1988-ci ildə Bakı şəhər Nərimanov rayon VVAQ Şöbəsində bağlanmış və “Nikaһın bağlanması һaqqında akt qeydləri kitabında” 1062 №-si ilə qeyd edilmiş nikah pozulmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, o, iddianı qəbul edir və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 7-ci döngə ünvanında yerləşən 16F saylı evin onunla iddiaçı arasında bölünməsinə etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 maddəsinə əsasən ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.3 maddəsinə əsasən mübahisə olduğda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4 maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölürkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 7-ci döngə ünvanında yerləşən 16F saylı evin tərəflərin birgə nikah dövründə əldə edildiyindən və bununla da onların ümumi birgə mülkiyyətində olduğu tam təsdiq olunduğundan İddiaçı həmin ümumi əmlakda payın tələb etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 7-ci döngə ünvanında yerləşən 16F saylı evin üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payı müəyyən edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-338/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-338/2021
05.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver