Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-338/2022 11.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Əsgər qızının katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.01.2007-ci il təvəllüdlü X10, 09.02.2009-cu il təvəllüdlü X9, 19.10.2010-cu il təvəllüdlü X11, 08.09.2012-ci il təvəllüdlü X12 və 14.04.2016-cı il təvəllüdlü X2 üçün onun xeyrinə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində, cəmi olaraq hər ay 700 (yeddi yüz) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi qaydada 10.02.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikahları rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 5 uşaqları var. Birgə nikahlarından 21.01.2007-ci il təvəllüdlü X10, 09.02.2009-cu il təvəllüdlü X9, 19.10.2010-cu il təvəllüdlü X11, 08.09.2012ci il təvəllüdlü X12 və 14.04.2016-cı il təvəllüdlü X13 anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ayrı yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.01,2017-ci il tarixli, 2(011)-913/2017 saylı qətnaməsinə əsasən nikah qeydi ləğv edilmiş, birgə nikahlarından olan X10, 09.02.2009-cu il təvəllüdlü X9, 19.10.2010-cu il təvəllüdlü X11, 08.09.2012-ci il təvəllüdlü X12 və 14.04.2016-cı il təvəllüdlü X13 anası İddiaçı yanında saxlanılması və 29.11.2016-cı il tarixindən başlayaraq 21.01.2007-ci il təvəllüdlü X4, 09.02.2009-cu il təvəllüdlü X3, 19.10.2010-cu il təvəllüdlü X5, 08.09.2012-ci il təvəllüdlü X6 və 14.04.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər ay cəmi 200 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda o günü 10 manata şirniyat sexində işləyir. Uşaqları artıq böyüyüb, xərcləri artıb. Onların təhsil xərci, geyim xərci, sağlamlığı, cəmiyyətə layiqli bir insan kimi formalaşması üçün 200 manat aliment çox azlıq edir. Uşaqlarımın saxlanılması ödəməkdə çox çətinlik çəkir. 08.09.2012- ci il təvəllüdlü oğlum X12 ürək xəstəliyindən əziyyət çəkirdi və bu xəstəlikdən 18.09.2012-ci ildə dünyasını dəyişib. Cavabdeh kifayət qədər imkanlıdır. Cavabdeh artıq uzun müddətdir ki, övladarının taleyi ilə maraqlanmır. Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment ödəməlidir. 23.12.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirmə barədə ərizə təqdim edərək, cavabdehdən hər uşağa görə 193 manat olmaqla, cəmi 772 manat alimentin tutulmasını xahiş etmişdir. 07.02.2022-ci il tarixli məhkəmə iclasınadək İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil dəftərxana vasitəsi ilə ərizə göndərək, Gəncə Hərbi Məhkəməsində eyni vaxta məhkəmə təyin olunduğu üçün təyin olunmuş vaxta məhkəmə prosesinə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin Cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.01,2017-ci il tarixli, 2(011)-913/2017 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 21.01.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu WADQ şöbəsində bağlanmış 48 saylı nikah qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 21.01.2007-ci il təvəllüdlü X10, 09.02.2009-cu il təvəllüdlü X9, 19.10.2010-cu il təvəllüdlü X11, 08.09.2012-ci il təvəllüdlü X12 və 14.04.2016-cı il təvəllüdlü X13 anası İddiaçı yanında saxlanılması və 29.11,2016-cı il tarixindən başlayaraq 21.01.2007-ci il təvəllüdlü X4, 09.02.2009-cu il təvəllüdlü X3, 19.10.2010-cu il təvəllüdlü X5, 08.09.2012-ci il təvəllüdlü X6 və 14.04.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər ay cəmi 200 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş dörd uşağının müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Eyni zamanda iddiaçı işləsə də, qazancı uşaqların daha yaxşı yaşaması üçün əvvəllər müəyyən edilmiş alimentin məbləği artırılmalıdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.01.2017-ci il tarixli, 2(011)-913/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, 21.01.2007-ci il təvəllüdlü X10, 09.02.2009-cu il təvəllüdlü X9, 19.10.2010-cu il təvəllüdlü X11 və 14.04.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 112,50 (bir yüz on iki manat əlli qəpik) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.01.2017-ci il tarixli, 2(011)-913/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 21.01.2007-ci il təvəllüdlü X10, 09.02.2009-cu il təvəllüdlü X9, 19.10.2010-cu il təvəllüdlü X11 və 14.04.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 112,50 (bir yüz on iki manat əlli qəpik) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-338/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-338/2022
11.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver