Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3380/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh2 və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları - 20.11.2008-ci il təvəllüdlü X16 və 19.03.2018-ci il təvəllüdlü X9 birlikdə həmin mənzilə köçürülməyi, həmçinin orada yaşamağına maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı övladları - 20.11.2008-ci il təvəllüdlü X16 və 19.03.2018-ci il təvəllüdlü X9 birlikdə ünvan 1 ünvanına köçürülməyi, həmin mənzildən istifadə hüququnun tanınması, həmçinin orada yaşamağına maneələrin aradan qaldırılması, həmçinin 3 aylıq kirayə haqqı olan 900 manat və hüquqi yardım üçün ödənilən 500 manat pulun, ümumilikdə 1400 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, X22 ilə 06.01.2007-ci ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 20.11.2008-ci il tarixində X16, 19.03.2018-ci il tarixində X17 anadan olmuşdur. Əri X22 27.12.2020-ci il tarixində törədicisi müəyyən olunmamış digər pnevmaniya səbəbindən vəfat etmişdir. 2007-ci ildə ailə qurarkən o, ünvan 1 ünvanına gəlin köçmüş və övladları həmin evdə doğulmuşdur. Ümumiyyətlə ailə qurandan həmin ünvanda yaşamışlar və övladları da orada pasport qeydiyyatındadır. O, yoldaşı vəfat edəndən sonra həmin evdə 4 ay yaşamış, lakin həmin vaxt ərzində də işləyib uşaqlarına özüm baxmışdır. Cavabdehlərdən biri mərhum ərinin qardaşı, digəri isə anasıdır. Əri vəfat etdikdən sonra cavabdehlərlə münasibətləri gərginləşmiş, aralarında hər gün söz söhbət yaranmışdır. Nəticədə Cavabdeh1 tərəfindən o, övladları ilə birlikdə evdən qovulmuşdur. Həmin mənzildə yaşadığı müddətdə davamlı olaraq Cavabdeh1 mütamadi olaraq alkoqol qəbul etməsi nətəcəsində fiziki və mənəvi təzyiqə məruz qalmışdır. Hal-hazırda övladları ilə birlikdə ünvan 2 ünvanında kirayədə qalır. O, övladları ilə birlikdə evə yaşamaq üçün getdiyində Cavabdeh1 tərəfindən dəfələrlə nalayiq sözlərə və fiziki təzyiqə məruz qalmışdır. Artıq kirayə pulunun ödənişində ciddi çətinliklər yaranır, bu aydan digər aya rəfiqələrinin köməkliyi ilə ötüşdürür, uşaqlar böyüdükcə də onların məsrəfləri bir qədər artmışdır. Kirayə pulunu artıq gecikmələrlə ödədiyi üçün ev sahibində ciddi narazılığa səbəb olmuşdur. Göründüyü kimi yalnız onun deyil, eyni zamanda yoldaşı X18 də Cavabdeh1 ilə münasibəti çox gərgin olmuş, Cavabdeh1 birlikdə yaşadıqları mənzilə evli qadın gətirmiş, buna görə də aralarında böyük bir mübahisə olmuş, ailəsini qorumaq üçün bir ay kirayədə yaşamışlar, lakin bununla belə məcburən həmin mübahisəli mənzildən çıxmışlar. Çünki həmin qadının əri gəlib evdə böyük fəlakət çıxara bilərdi. Onların da azyaşlı uşaqları olduğundan məcburən yoldaşı ilə birlikdə evdən çıxmışlar. Bununla belə onun fərdi istifadə, geyim əşyaları, uşaqlarının geyimləri, cehizi, hər şeyləri həmin evdə qalmış, tez-tez əşya götürmək üçün həmin evə gəlib getmişlər. Digər tərəf onların həmin evdə yaşamadıqları müddətin 6 aydan çox olduğunu iddia edirlər, halbuki 6 aydan azdır, əksini isə cavabdehlər sübut etməlidirlər. Məhkəməyə təqdim edilən videoların birindən də göründüyü kimi, yoldaşı əşya götürməyə gələrkən aralarında növbəti mübahisə baş vermişdir. Valerinin həyat tərzi, qeyri ciddi həyatı, bir iş yerində uzun müddət qalmaması, hətta İvanın özününün onu işə götürməsi, həmin iş yerində digər işçinin üzərinə sərxoş halda bıçaqla hücum etməsi açıq-aydın göstərir ki, o, necə insandır. Hər məhkəmə iclasında Cavabdeh2 oğlunu onun öldürdüyünü, buna görə də digər oğlunun da həyatını məhv etməyinə imkan verməyəcəyini bildirsə də, oğlunun ölümündə onu günahlandırsa da, yoldaşı koronovirusdan vəfat etmişdir. Yoldaşı vəfat etdikdən sonra o, uşaqları ilə birlikdə 10-14 gün karantində qalmış və sonradan 03.05.2021-ci il tarixədək həmin evdə uşaqları ilə birlikdə yaşamışdır. Həmin gün aralarında böyük mübahisə düşmüş, ona və uşaqlarına psixoloji təzyiqlərinə, həmçinin əl qaldırmasına dözməyərək evdən çıxmışdır. Mübahisə səbəbi Valerinin evə qadın gətirmək istəməsi idi. Belə ki, Valeri istəyirdi ki, onlar çıxıb getsinlər və həmin qadınla rahat yaşasın. Halbuki, həmin qadın evlidir və 10 yaşında bir uşağı var. Bildiyi qədərilə, onlar evdən çıxdıqdan 1 ay sonra Valeri qadın gətirmiş, lakin 2 həftə sonra yola gedə bilmədiklərindən həmin qadın çıxıb getmişdir. Onlar evdən çıxanda sadəcə olaraq yay əşyalarını və televizoru götürmüşlər. Evdən çıxdığı gün aralarında baş vermiş mübahisəni oğlu videoya çəkmişdir ki, həmin videodan da göründüyü kimi üzü qızarmışdır. Səbəb Valerinin ona vurduğu sillə olmuşdur. Həmçinin, yalnız ona deyil, öz doğma qardaşına qarşı da bu cür hərəkətlər edirdi. Ərizəyə əlavə edilən videodan da göründüyü kimi, Valeri hətta öz qardaşı İvana da hücum edirdi. Keçən məhkəmə iclasında cavabdehlər bildirmişlər ki, o, öz rahatlığı üçün kirayədə qalır, belə ki, anasının evində qala bilər. Onun anasının evində qala bilməməsi anası ilə birlikdə parkinson xəstəsi olan qardaşının yaşaması ilə bağlıdır. Belə ki, uşaqlar azyaşlı olduqlarından və qoxduqlarından, həmçinin ev balaca olduğundan anasının evində yaşamaları qeyri-mümkündür. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçının həyat yoldaşı vəfat edəndən sonra onun qaynı ilə aralarında mübahisələri yaranıb. Hər dəfə problem cavabdehin evdə natəmiz formada yaşaması səbəbindən olur. Təqdim etdiyi fotoşəkillərdən də bu aydın şəkildə görünür. Bu səbəbdən iddiaçı uşaqlarını götürüb evdən çıxıb və hər ay 300 manat ödəməklə kirayədə qalır. Hazırda iddiaçı həmin evə uşaqlarla birlikdə köçürülmək istəyir. Ev orderli ev olmuşdur və order verilən vaxt Valeri doğulmamışdır, həmin evdə ailə üzvü kimi İvan, Yuri və Tatyana olub. Cavabdeh tərəfin təqdim etdiyi çıxarış və texniki pasport isə məhkəmə prosesi zamanı alınıb və özəlləşmənin özündə də qanunsuzluqlar olduğu üçün bunu mübahisələndirəcəkdir. Belə ki, Cavabdeh2 X10 ilə boşanmış, buna baxmayaraq özünü həmin mənzilin mülkiyyətçisi hesab etməkdədir. Baxmayaraq ki, o, heç X6 ümumiyyətlə vərəsəsi belə deyil. X11 özü icarədarın ümumiyyətlə ailə üzvü deyil, belə ki, onlar boşandıqlarına görə icarədarla aralarındakı aiə münasibətlərinə də xitam verilmişdir. Ümumiyyətlə mübahisəli evlə bağlı çıxarış olsa belə, aydındır ki, iddiaçı evdən məcburən çıxarılmışdır. Həmçinin, keçən məhkəmə iclasında cavabdehlər bildirmişlər ki, iddiaçı öz rahatçılığı üçün kirayədə qalır, belə ki, anasının evində qala bilər. İddiaçınm anasının evində qala bilməməsi anası ilə birlikdə parkinson xəstəsi olan qardaşının yaşaması ilə bağlıdır. Belə ki, uşaqlar azyaşlı olduqları üçün qoxduqlarından, həmçinin ev balaca olduğundan onların anasının evində yaşamaları qeyri-mümkündür. Həmçinin, iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, guya iddiaçı 2019-cu ildə İvan dünyasını dəyişməsindən bir müddət ərzində mənzili tərk etdiyini etiraf etmişdir. Lakin indiyə qədərki keçirilmiş məhkəmə iclaslarında Tatyana Bortkin və iddiaçı eyni iclasda iştirak etməmiş, həmçinin iddia ərizəsinə etirazda bir müddət mənzili tərk etdiyini etiraf etdiyi göstərilsə də, belə bir şey olmamışdır, olmuş olsa belə, bu müddətin 6 ay olduğu anlamına gəlmir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsində də deyildiyi ki, kirayəçi və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. İddiaçı yoldaşı vəfat edəndən sonra 2021-ci ilin mayın 3-dək həmin evdə yaşamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının uşaqları ilə birlikdə mübahisəli mənzilə köçüb yaşamalarını istəmir. Həmin ev əvvəllər X12 məxsus olub və hazırda anası Cavabdeh2 adınadır. Qardaşı ailə quranda evi təmir etdirmişdi, lakin ev hal-hazırda bərbad vəziyyətdədir. O, öz valideylərinin evində rahat şəkildə yaşaya bilmir və iddiaçı mənzilə köçəcəyi halda da birlikdə yaşamaqları qeyrimümkün olacaqdır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2007-ci ildə gəlin gəlmiş və evdən çıxana kimi, təxminən 2020-ci ilə qədər orada yaşamışdır. Oğlu sağ olanda həmişə gəlin elə edirdi ki, qardaşlar arasında dava salırdı. Oksana məcbur elədi ki, kirayəyə getdilər və 3-4 ay kirayədə yaşadılar. Oğlu xəstələnib, xəstə halda işə gedirdi, Oksana ona baxmırdı. Oğlu öləndə Oksanaya evə gəlməyini və danışaraq məsələnin həll edilməsini təklif etdi. Oksana isə ona 15 gün sonra gələ biləcəyini bildirmişdir. Oksana gəldikdə ona sakit və heç bir problem olmadan yaşamaqlarını xahiş etdi. 3 ay birlikdə yaşadılar, bütün problemlər onun anasının evə gəlməsi ilə başladı, belə ki, o, Oksananın anasının gəlməsinə razı deyildi. Oksana isə anasının həmişə evə gələcəyəni bildirirdi. Sonra isə Oksana evdə necə istədisə elə davranmağa başladı, evdə istədiyi formada gəzirdi, hətta onun anası evədə ayaqqabı ilə gəzirdi. Bir sözlə, evdə səliqəsiz vəziyyət yaradırdılar. Bu səbəbdən Oksanın mübahisəli mənzilə köçüb yaşamasına razı deyil. Hazırda yeni çıxarış alınıb və mənzil onun adınadır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsinin ilkin abzası ilə razı deyildir. Tatyana uzun müddətdir ki Rusiyada yaşayıb və bu səbəbdən evdən gəlini və nəvələrini qovmayıb. O, Rusiyada olanda oğlu İvan ölüb, hətta iddiaçının oğlunun vəfatı ilə əlaqəli Cavabdeh2 ölüm şəhadətnaməsini verməyib ki, o heç olmasa oğlunun yasına gələ bilsin. Daha sonra Oksana uşaqlarını götürüb evdən gedib və qaynanasına sms yazıb ki, vəziyyəti yaxşıdır. İddiaçı tərəfin qeyd etdiyinə münasibətdə görünür ki, cavabdehlərə qərəzli mövqedədir, belə ki, Valeri həmin evə başqa-başqa xanımlar gətirməyib, əgər gətiribsə bu onun şəxsi işidi. Oksana bunu qəbul etmirsə, özü başqa yerdə yaşaya bilər və orada yaşamağı özü seçib. Həmçinin, onlar arasında real bir mübahisə olmasına baxmayaraq iddiaçı yenidən həmin evə qayıtmaq istəyir, halbuki bu aralarındakı münasibəti daha da pisləşdirə bilər. İddiaçı özü bu şəraitdə yaşamağı seçib, o həmin evdə yaşayarkən belə uşaqlara özünün baxdığını bildirir, hazırda da uşaqları anasının evində qoyaraq işləyib gəlir əldə edə bilər. O, həmin evdən qovularaq çıxdığını bildirir, lakin evdə olan cehiz əşyalarından başqa bütün şəxsi əşyalarını özü ilə aparıb. Bu isə açıq şəkildə evdən döyülərək, qovularaq yox, öz istəyi ilə getdiyini isbat edir. İddiaçının xasiyyəti budur, belə ki, o hələ İvan ölməmişdən qabaq qardaşlar arasında mübahisə salar, qonşuların cavabdeh Valeri ilə bağlı doğru olmayan məlumatlar yaymasına, müxtəlif səbəblərdən şikayətlər yazmalarına şərait yaratmışdır. Qanunvericiliyə əsasən belə məsələlərdə Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edirlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə istinadən bildiririk ki, qanunvericilik münasibətlərin yarandığı vaxta istinad olmalıdı. 2007-ci ildə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin birlikdə orada köçüb yaşamaq hüquqları var. Keçmiş gəlini qanunvericiliklə onun ailə üzvü hesab edilmir. 01.10.2009-cu ilədək olan Mənzil Məcəlləsi də göstərir ki iddiaçının 6 ay müddətində mənzildən getməsi onun istifadə hüquqularını itirir. Həmçinin, Mülki Məcəllənin 228-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Onun orada yaşamasına bağlı notarial qaydada təsdiq yoxdur, onun gəlin kimi gəlib bir müddət orada yaşaması bugün onun evə mülkiyyətçi kimi hüquqlarının olması demək deyil. Valeri Tatyananın oğludur. Order verilən zaman orderdə Yuri, İvan və Tatyananın adı ailə üzvü kimi var. Valerinin adının olmaması onun həmin vaxt doğulmaması ilə əlaqəli olub. Hazırda mübahisəli evə dair çıxarış alınıb və mənzilin mülkiyyətçisi Cavabdeh2dır. İvan öləndə Ailə Məcəlləsinə əsasən onunla Oksananın formal olaraq nikahlarına xitam verilir. İvanın orada yaşamaq hüququ var idi, Tatyana Valeri ilə İvana eyni münasibət göstərib. İvanın özünün seçimi olub ki, ailəsini götürüb gedib və həmin ünvanda da vəfat edib. Onları heç kim evdən qovmayıb, qardaşlar arasında mübahisənin düşməsinə səbəbkar Oksana olmuşdur. Bu zaman Tatyana zəng edərək Valeriyə 2 aylıq kirayədə qalmasını deyib, əvvəlki məhkəmə prosesində bunu cavabdeh özü qeyd edib. Onlar arasında bu cür münaqişələr mütəmadi olub, hətta buna bütün qonşular da şahiddirlər. Görünür ki, bu məsələlərə görə Oksana özü evdən çıxıb gedib. Məhkəmə iclasında hər iki tərəfdən də şahidlər dindirildi və iddiaçı tərəfin gətirdiyi şahidlər iddiaçının lehinə izahat verərək Oksananın yas mərasimindən sonra mübahisəli evə qayıtdığını, cavabdeh tərəfdən gətirilmiş şahidlər isə bunun əksini bildirdilər. Buna görə də məhkəmə tərəfindən qərar qəbul edilən zaman hər iki tərəfin şahid ifadəsinin birlikdə qiymətləndirilməsi zəruridir. Həmçinin, həmin zaman ölkə ərazisində pandemiya hökm sürürdü və yas mərasimlərinin keçirilməsi qeyri-mümkün idi. Bu səbəbdən yas mərasimi sadəcə olaraq iddiaçının kirayədə qaldığı evdə keçirilmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, Mülki Məcəllənin 228-ci və Konstitusiyanın 13-cü maddəsini əsas tutaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilən X1 bildirdi ki, Tatyana onların gəlinidir və onun doğma qardaşı arvadıdır. Belə ki, mart ayında Oksana və Valeri arasında mübahisə olduğu üçün Valeri 4 ay onlarda qalmış və iyun ayının 17-18-i öz evinə qayıtmışdır. Bundan sonra Oksana əri ilə birlikdə evdən getmişdir. Oksana 40 mərasimində iştirak edib, lakin sonra mübahisəli mənzildə yaşamayıb. Oksana onun zənglərinə cavab vermədiyindən o, Oksananın həmin evdə yaşamamasını yəqin etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilən X2 bildirdi ki, o, baş verənlərdən sadəcə olaraq dəhşətə gəlmişdir. X13 başına oyun açıb. Halbuki, Tatyana oğlunu itirib və yazıq qadındır. Tatyana həmişə oğlunun ailəsinə, yemək-içməyinə kömək edirdi. Oksananın nə vaxt gəlin köçməsini, mübahisəli evdə yaşasa belə, nə zaman orada yaşamasını və nə zaman getməsini dəqiq bilmir. Sadəcə olaraq eşitmişdir ki, kirayədə qalır və 40 mərasiminə gəldikdən sonra yenidən kirayə qaldıqları evə qayıtmışdır. O, Tatyana ilə hər gün danışdığı üçün bütün olanlardan məlumatlıdır və yalnız eşitdiklərini danışır. Valeri və qohumları deyib ki, Oksana 40 mərasiminə kimi həmin mübahisəli evdə yaşamayıb. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X5 bildirdi ki, Oksana ilə onlar 4 illik ailəvi dostdurlar və onların uşaqları məktəbdə eyni sinifdədə oxuyurlar. Oksanagil evdən çıxanda onların yaşadıqları yerə yaxın olduqları üçün o, evi tərk etməmələrini, evdən çıxacaqları təqdirdə isə gəlib onlarda qala biləcəklərini bildirmişdir. Ümumiyyətlə, evdən çıxma səbəbini soruşduqda Oksana qaynının evə qadın gətirmək istədiyini və buna görə də onların həmin evdə yaşamaq istəmədiklərini bildirmişdir. Qeyd edilən hadisələr 2020-ci ilin iyul ayının ortalarına təsadüf edir. 2021-ci ilin may ayının 4-də Oksana sahə müvəkkili çağırmış və azərbaycan dilinii yaxşı bilmədiyi üçün onun də bölməyə gəlməyimi istəmişdir. Oksana vəziyyəti izah edə bilmədiyi üçün polislə o danışmışdır. Polis onları barışmaq üçün razılığa gətirməyə çalışsa da, bu baş tutmadı. Tatyana mübahisəli evə 10 yanvar qayıdıbdır, çünki İvan rəhmətə gedəndə onlar kirayədə idilər. İvan rəhmətə gedəndə o, Oksananın xahişi ilə gecəni onunla birlikdə qalmışdır. Yanvarın 10-dan 4 maya kimi isə həmin evdə qalıblar. Oksana karantində olduğu üçün o, Oksanaya yemək bişirib aparırdı. Bundan əlavə, İvan öləndən sonra onlar kollektiv olaraq məktəbdən başsağlığına getmək istədikdə, Oksana evdən icazə vermədiklərini bildirmişdir. O, Oksananın 4 illik rəfiqəsi və ailə dostu olduğu üçün bütün hadisələrdən məlumatlıdır. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X3 bildirdi ki, Paska bayram günü, 3 may 2021-ci ildə o, Oksananın uşaqlarının sinif rəhbəri kimi pay almış və uşaqların bayramını təbrik etməyə getmişdir. Qapını döydükdə Oksana ağlaya-ağlaya qapını açmış və bu zaman Valeri çölə çıxaraq Oksanaya hər yoldan keçəni evə çağırmasını bildirərək irad tutmuşdur. O isə cavabında yoldan keçən olmadığını və qardaşının uşaqlarının sinif rəhbəri olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN 4 tərəfindən 08.07.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. ASAN 4 tərəfindən 13.07.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X16 ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN 3 tərəfindən 28.04.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X17 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 19.05.2021-ci il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X16 ünvan 1 ünvanında qeydiyyatdadır. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 26.01.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 27.12.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 01-ci ayının 26-cı günündə 99 № ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərdiyi 14.06.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, ev 66, 9 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərdiyi 17.06.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, ev 66, 9 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. 04.05.2021-ci il tarixli X4, İddiaçı Yuriyevna və “ev alqı-satqısı” firmasının nümayəndəsi X7 arasında Bakı şəhəri, ünvan 5 ünvanına dair bağlanmış kirayə müqaviləsindən görünür ki, aylıq kirayə haqqı 300 manatdır. 11.11.1987-ci il tarixli 250202 №-li orderin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, ev 66, 9 saylı mənzilin mülkiyyətçisi X8muşdur. Mənzildə Babkin Yuri (özü), Babkina T.(arvadı) və Babkin İvan (oğlu) qeydiyyatda olmuşdur. 19.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 06.06.2021-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında müqavilə”dən görünür ki, İddiaçı Yuriyevna hüquqi yardımın göstərilməsi üçün Vəkil1 müraciət etmiş və müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat müəyyən olunmuşdur. Həmçinin, 06.06.2021-ci il tarixli 128-5 №-li mədaxil orderindən görünür ki, İddiaçı Yuriyevna tərəfindən 500 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdən, İddiaçı Yuriyevna və Cavabdeh1 Yuryevi arasında münaqişələrin olması, İddiaçı Yuriyevnanın yaranmış mübahisə səbəbilə polisə zəng vurması öz əksini tapmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 66, mənzil 9 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 02.09.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə qərar alınıb ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ ilə bağlı yaranmış mübahisəyə 2009-cu il 1 oktyabradək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Belə ki, AR Mülki Məcəllənin 228.2-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, bu norma mülkiyyətçi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlakdan istifadə hüququnun yaranmasını arzu edən şəxs arasında yaranan münasibətləri tənzimləyir. Hazırkı mübahisənin obyekti olan mənzil ondan istifadə hüququnun yaranma anında özəlləşdirilmədiyindən, qeyd edilən normanın tətbiq edilməsi mümkün deyil. 2009-cu il 1 oktyabradək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Mübahisəli mənzillə bağlı verilmiş orderdən görünür ki, həmin mənzilin icarədarı X20, yəni, iddiaçının qaynatası olub. Babkin Yurinin yaşadığı dövrdə iddiaçı həmin evə gəlin köçüb, şəxsi əşyalarını oraya aparıb. Onun həmin mənzildə yaşamasına illərlə etiraz olunmayıb. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da qeyd edilənləri öz ifadələri ilə təsdiq ediblər. Bununla yanaşı, məhkəmə iclasında istər iddiaçı, istərsə də cavabdeh tərəfindən dəvət olunmuş şahidlər müxtəlif mövzularda ifadə versələr də, onların ifadələri ilə təsdiq olunan ümumi fakt iddiaçının nikahdan sonra mübahisəli mənzilə köçməsi, cavabdehlərlə uzun müddət birgə yaşaması, ərinin sağlığında evi tərk etdiyini, lakin, bu müddətin uzun sürmədiyini, qısa zaman sonra ərinin ölməsi, sonradan həmin mənzilə qayıtsa da, cavabdehlərlə aralarında yaranan mübahisələr səbəbindən orada yaşaya bilməməsi və evi yenidən tərk etməsi olub. Belə olan halda, yuxarıdakı normaların tələbləri baxımdan iddiaçı həmin evə gəlin köçdüyü vaxtdan oradan istifadə hüququ yaranıb. “Məhkəmələr tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2 saylı 16 oktyabr 1992-ci il tarixli qərarına əsasən, maraqlı şəxsin (barəsində iddia qaldırılmış şəxsin) başqa yaşayış yerinə köçməsi barədə sübutlar təqdim etməlidir. Bundan əlavə, maraqlı şəxs həmçinin sübut etməlidir ki, digər yaşayış sahəsi iddiaçıların daimi yaşayış yeridir və onlar qanunla nəzərdə tutulmuş qaydada həmin yaşayış sahəsindən istifadə etmək hüququ əldə etmişlər və mənzilin mübahisəyə məhkəmədə baxılan anda özəlləşdirilməsi iddiaçının istifadə hüququna xitam verilməsinə səbəb olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3.-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. İddiaçı mübahisəli mənzilə köçən zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, iddiaçının uşaqlarının da onunla birlikdə mübahisəli mənzilə köçürülməsi ilə bağlı tələbi də əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İddianın kirayə haqqı ilə bağlı pulun tutulması hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, cavabdehlər iddiaçının (uşaqlar istisna olmaqla) həmin mənzildə yaşamasına etiraz etsə də, onun mənzildən zor tətbiqi ilə çıxarılması halı öz təsdiqini tapmır. Bununla yanaşı, 04.05.2021-ci il tarixli X4, İddiaçı Yuriyevna və “ev alqı-satqısı” firmasının nümayəndəsi X7 arasında Bakı şəhəri, ünvan 5 ünvanına dair kirayə müqaviləsi bağlansa da, iddiaçının həqiqətən həmin mənzildən istifadə etməsi və buna uyğun ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim eddilməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilən qanunvericilik normalarını və qərarları rəhbər tutan məhkəmə, iddiaçının təqdim etdiyi sübutların iddianın əsasını təşkil edən halları təsdiq etmək üçün yetərli olmaması qənaətinə gəlib və hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanından istifadə hüququ tanınmalı və övladları 20.11.2008-ci il təvəllüdlü X16 və 19.03.2018-ci il təvəllüdlü X9 birlikdə həmin mənzilə köçürülməli, İddiaçı övladları 20.11.2008-ci il təvəllüdlü X16 və 19.03.2018-ci il təvəllüdlü X9 birlikdə ünvan 1 ünvanından istifadəsinə mane yaratmaq cavabdehlərə qadağan edilməli, iddia tələbləri qalan hissədə rədd edilməlidir. Vəkilə göstərilmiş yardıma görə 500 (beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilə göstərilmiş yardıma görə 500 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən “hüquqi yardımın göstərilməsi haqqında müqavilə” və həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməli və hüquqi yardıma görə 500 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanından istifadə hüququ tanınsın və övladları 20.11.2008-ci il təvəllüdlü X16 və 19.03.2018-ci il təvəllüdlü X9 birlikdə həmin mənzilə köçürülsünlər. İddiaçı övladları 20.11.2008-ci il təvəllüdlü X16 və 19.03.2018-ci il təvəllüdlü X9 birlikdə ünvan 1 ünvanından istifadəsinə mane yaratmaq cavabdehlərə qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Vəkilə göstərilmiş yardıma görə 500 (beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3380/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3380/2021
20.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver