Məhkəmə qərarları › İş №2(010)-3383/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3383/2020

05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3383/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «X4» MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “X4” MMC-nin Cavabdeh qarşı ”X4” MMC-nin əmlakına (ticari mal və maddi ehtiyyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3041 (üç min qırx bir) AZN, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X4» MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, “X4” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli 234-K saylı əmri ilə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə Oba - Kürdəxanı 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3441 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olmuşdur ki, ümumi qalıq borc 3441 manat borcdan 400 manat ödəniş etmiş, qalıq borc 3041 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsininizahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, «X4» MMC-nin direktoru X1 ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 068-K saylı əmrdən çıxarışdangörünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli X2 haqqında müqavilədən görünür ki, «X4» MMC-nindirektoru V.Əmrahov ilə Cavabdeh arasında maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli xxxxxxx000100 saylı Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 399-K saylı əmrdən, vəzifə dəyişikliyi haqqında çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə xx.xx.2017-ci il tarixdən Administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 234-K saylı Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən müəyyən olunur ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsini İddiaçılər şəbəkəsinin Satıcı-kassirinin əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-cu maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş «X4» MMC-nin ilkin təqib mütəxəssisi R.B.Cəbrayılov tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, qalıq borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş «X4» MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3441 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 3441 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 400 manat Cəmiyyətin xəzinəsinə mədaxil etmişdir. Cavabdeh 3041 (3441-400) manat borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. MM-nin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1099.2.-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və həmin müqavilə üzrə X2 haqqında müqavilə bağlanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh “X4” MMC-də işlədiyi müddətdə Cəmiyyətə 3441 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh “X4” MMC ilə xx.xx.2017-ci il tarixdə X2 haqqında müqavilə imzalamış və sonradan 400 manat məbləğində borcu cəmiyyətin kassasına ödəmişdir. Qalan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh rəsmi müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyindən, 3041 manat məbləğində «X4» MMC-yə borclu olduğundan, həmçinin həmin məbləğdən yalnız 400 manat məbləğində ödəniş etdiyindən iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3041 (üç min qırx bir) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə onu da xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3041 (üç min qırx bir) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı «X4» MMC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar