Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3393/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC ilə arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 30 sentyabr 2019-ci il tarixli kredit müqaviləsi üzrə 5135,14 manat əsas borc, 21,99 manat faiz borcu və 56,10 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 447,45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5660,68 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl İKB ASCdən illik 28 faizlə 24 ay müddətinə 5200 ABŞ dolları məbləğində kredit götürmüşdür. 30 sentyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 30 sentyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 5153,43 manat olmaqla kreditin müddəti 30 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 30 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 05-dək Cavabdeh1 banka 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5135,14 manat əsas borc, 21,99 manat faiz borcu və 56,10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5213,23 manat borcu vardır. 30 sentyabr 2019cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 5135,14 manat əsas borc, 21,99 manat faiz borcu və 56,10 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 447,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5660,68 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, Cavabdeh1 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Nikoy İKB ASCdən illik 28 faizlə 24 ay müddətinə 5200 ABŞ dolları məbləğində kredit götürmüşdür. 30 sentyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 30 sentyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 5153,43 manat olmaqla kreditin müddəti 30 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Həmin Kredit müqaviləsi üzrə Cavabdeh2 zamin kimi öhdəlik götürmüşdür. O, maddi imkanı olmadığı üçün müqavilə üzrə bir müddət lazımi qaydada ödəniş edə bilməmişdir. İddiaçı tərəfindən borc artıq hesablandığından borcla qismən razılaşaraq hesablanmış dəbbə və əlavə faiz borclarının silinməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, "xxxx" X1 ASC ilə Cavabdeh1 arasında 30 sentyabr 2019-ci il tarixli Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Həmin Kredit müqaviləsi üzrə o, zamin kimi öhdəlik götürsə də maddi çətinlikləri ilə əlaqədar öhdəliklərini icra edə bilməmişdir. Hesablanmış borcla qismən razı olmaqla əsas və faiz borcundan əlavə hesablanmış dəbbə və faiz borclarının silinməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 sentyabr 2015-ci il tarixli 19-M-2-0-440-15 №-li Bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Borcalan” və Cavabdeh2– “Zamin” olmaqla bağlanmış həmin müqaviləyə əsasən “borcalan” Cavabdeh1 24 ay müddətinə illik 28 % faiz dərəcəsi ilə 5200 ABŞ (beş min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.2.14-cü bəndinə əsasən, gecikdirilmiş borc yaranan halda - hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 %-i həcmində dəbbə pulu hesablanır. Həmin müqavilənin 2.2.5-ci bəndinə görə borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında görünür ki, 30 sentyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 30 sentyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 5153,43 manat olmaqla kreditin müddəti 30 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki,30 sentyabr 2019-cu il tarixli 19-M-2-0-440-15 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh1 ödənişinin son tarixi 30.09.2024-cü il kimi qeyd olunub. İş materiallarında olan 05 may 2021-cu il tarixli maliyyə arayışına görə borcalan Cavabdeh1 Müqavilə üzrə "xxxx" X1 ASC-yə 5135,43 manat əsas borc, 21,99 manat faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 447,45 manat məbləğində əldən çıxmış fayda üzrə borcu və 56,10 manat məbləğində cərimə borcu vardır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, borcalan Cavabdeh1 oğlu 30 sentyabr 2019-ci il tarixli 19-M-2-0-440-15 №-li Kredit müqaviləsi ilə götürdüyü öhdəliyi pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" X1 ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, borcalan Cavabdeh1 oğluna borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Eyni zamanda məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh2 bağlanmış zaminlik müqavilələrinin şərtləri və zaminliyin əsaslarını müəyyən edən qanunvericilik normalarının mənasına görə kreditor qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığına görə iddiaçının həmin cavabdehə qarşı kredit borcu, ona hesablanmış faiz və cərimə ilə bağlı iddia tələbləri əsaslıdılar. Odur ki, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5135,14 manat məbləğində əsas borc, 21,29 manat faiz borcu və 56,10 manat məbləğində cərimə borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır. Bununla belə məhkəmə hesab edir ki, cavabdehlərdən "müqavilə müddəti bitdikdən sonra 5 %-lə hesablanmış 447,45 manat faiz borcunun tutulması" barədə tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Əvvəla nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinin 1.1.11-ci bəndi ilə tərəflər razılaşmışlar ki, kredit müqaviləsi üzrə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, o cümlədən icranı gecikdirdiyi halda müştərinin banka ödəməli olduğu pul məbləği “dəbbə pulu”dur. Həmin Razılaşmanın 5.3-cü bəndi ilə isə tərəflər razılığa gəlmişlər ki, kredit öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanan dəbbə pulu, gecikdirilən əsas borc qalığı məbləğinin hər il üçün 0,02 faiz miqdarında müəyyən edilsin. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə borclunun öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün məsuliyyət nəzərdə tutulmuş və iddiaçı tərəfindən bu halın baş verdiyini nəzərə alaraq cavabdehdən cərimə borcuna görə 56,10 manat tutulması barədə tələb irəli sürülmüşdür. Digər tərəfdən iddiaçı bu tələbini əsaslandıraraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi»nə dair 24 dekabr 2014-cü il tarixli qərarına qeyd olunanlara, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1-ci maddələrinə istinad etmişdir. Lakin adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş mövqe ondan ibarət olmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu isə ona dəlalət edir ki, real zərər və əldən çıxmış faydanın tələb edilməsi kredit müqaviləsi qüvvədə olduğu müddət ərzində yolverilməzdir. Digər tərəfdən iddiaçı müqavilənin vaxtından əvvəl ləğv olunması barədə tələb irəli sürməklə özü də bu halı etiraf edir ki, krerdit müqaviləsinin müddəti hələ bitməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış 447, 45 manat məbləğində əldən çıxmış faydanın tələb edilməsi hissədə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5135,14 (beş min yüz otuz beş manat 14qəpik) manat məbləğində əsas borc, 21,99 (iyirmi bir manat 99 qəpik) manat məbləğində faiz borcu və 56,10 (əlli altı manat 10 qəpik) cərimə və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5243,23(beş min iki yüz qırx üç manat 23 qəpik) manat məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Sadiqov Şahı̇ n Vahı̇ d oğlundan və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 30 sentyabr 2019-cu il tarixli kredit müqavilsəi üzrə 5135,14 (beş min yüz otuz beş manat 14qəpik) manat əsas borc, 21,99 (iyirmi bir manat 99 qəpik) manat faiz borcu və 56,10 (əlli altı manat 10 qəpik) cərimə və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5243,23(beş min iki yüz qırx üç manat 23 qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Sadiqov Şahı̇ n Vahı̇ d oğlu arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli Kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3393/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3393/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver