Məhkəmə qərarları › İş №2(010)-3406/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3406/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3406/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X3 oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: «xxxx» X4 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 185,96 manat əsas, 37,07 manat faiz, 2,40 manat cərimə, cəmi 225,43 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X3 oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə «xxxx» X4 Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 30% ödəmək şərtilə 600 manat məbləğində kredit limiti ayırmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəlikləri pozmuşdur. Nəticədə borclunun kredit müqaviləsi üzrə “xxxx” X4 Səhmdar Cəmiyyətinə 185,96 manat əsas, 37,07 manat faiz, 2,40 manat cərimə, cəmi 225,43 manat borcu yaranmışdır. Bank etiraf edir ki, sms bildirişi cavabdehə səhv telefon nömrəsinə göndərmişlər. Cavabdeh onun kredit müqaviləsi üzrə limitin artırılmasından məlumatının olmamasını iddia etsə də, tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu maddəsinə əsasən hesab üzrə texniki overdraft yarandığı halda «Müştəri» «Bank» qarşısında yaranmış borcu ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda «Müştəri» «Bank» qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) % məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda «Bank» «Müştəri»ni xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya «Müştəri»yə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu “Bank” tərəfindən «Müştəri»yə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqqları tutulmaq şərti ilə akseptsiz qaydada silinə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, borc düzgün hesablanmamış və onun banka borcu yoxdur. Belə ki, bank tərəfindən 200 manat olan Albalı kredit kartı götürmüşdür. Bir müddət sonra bank tərəfindən kart hesabı 100 manat artırılması haqqında əvvəlcədən məlumat verilmiş və o da razılıq vermişdir. Sonra mobil nömrəsinin dəyişirilməsi ilə əlaqədar Banka müraciət etmiş və Bankın işçiləri problemsiz müştəri olduğu üçün kredit hesabının artırılmasını təklif etmiş, lakin o buna razı olmamışdır. O kredit kart hesabında yalnız 300 manat pul vəsaitinin olduğunu bilirdi. Bankın ilk yaratdığı problem sistemdə onun şəxsi mobil nömrəsinin yalnış qeyd etməsi olmuşdir. Sonra xxxxın əməkdaşları bayram müddətlərində problemsiz müştəri olduğu üçün bayram kompaniyası adı ilə Bank ilə onun arasında bağlanmış ikitərəfli razılaşma müqaviləsinin 4.2.15 və 4.2.17-ci bəndinə zidd hərəkət edərək, 1 iş günü əvvəlcədən məlumat vermədən və onun tərəfindən razılıq təsdiq kodunu almadan onun kredit kartı hesabında 300 manat pul vəsaitini artırmişdir. Bundan sonra da, İTunes xəbərdarlıq sms-i göndərilmədən hesabında olan bütün məbləği hissə-hissə götürmüş və o bu hesabdan pulun çıxarılmasından xəbərsiz olmuşdur. İTunes proqramının bağlandığını düşündüyü üçün ondan istifadə etməmişdir. O isə bunu əvvəllər kartdan istifadə etdiyi hesablara əsasən hər ay banka pul ödəyirmiş, sonradan məlum olub ki, əslində bankın işçilərinin səhvləri səbəbindən əlavə kredit məbləği ödəməli olmuşdur. Onun kredit kartı üzrə məbləğin artırılmasından məlumatı olmamış, ona SMS səhv telefon nömrəsinə göndərilmiş və bankla onun arasında kredit məbləğinin artırılması barədə razılaşma olmamış və həmin karta daxil olmuş məbləğ İTunes proqramı tərəfindən tutulmuşdur. Buna görə də hesab edir ki, bankın ona qarşı iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 598tkHVS/14 saylı kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2021-ci il tarixədək 84 ay müddətinə, illik 30% ödəmək şərtilə 200 manat məbləğində kredit limiti ayırmışdır. Həmin müqavilənin 4.2.15-ci bəndinə əsasən bu müqavilənin 4.2.14-cü bəndində göstərilən “Müştəri”nin mobil nömrəsinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və aylıq ödənişi barədə məlumatlar əks olunmaqla yeni kredit təklifi barədə sms göndərmək. Müştəri tərəfindən yeni təklifin qəbul olunması barədə təsdiqedici sms aldıqda təklif olunmuş şərtlərlə yeni kredit məbləğini Müştəriyə məxsus kart hesabına köçürərək onun mülkiyyətinə vermək və bu müqavilənin müddətini yeni kreditin müddətinin sonunadək uzatmaq. Yeni təklif sms-ində kreditin faktiki illik faiz dərəcəsi barədə məlumat əks etdirmək. 4.2.16-cı bəndinə əsasən Bu müqavilənin qüvvədə olduğu müddətdə və ya müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra borc verən yeni kredit üçün təklif edə bilər. Bu zaman yeni kredit üzrə tərəflərin hüquq və vəzifələri, məsuliyyəti bu müqavilə ilə tənzimlənir. 4.2.17-ci bəndinə əsasən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Kredit limitinin artırılması və tətbiq olunacaq yeni komissiya barədə məlumatı ən azı l(bir) iş günü əvvəlcədən “Müştəri”nin mobil telefon nömrəsinə sms göndərməklə bildirir. Bank, daxili qaydalara əsasən müddəti bitmiş kartları yeni kartla əvəz edir və müştərilərə çatdırır. İş materiallarına əlavə edilmiş arayışa əsasən Cavabdeh 185,96 manat əsas, 37,07 manat faiz, 2,40 manat cərimə, cəmi 225,43 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Cavabdeh xxxx KB ASC-nə ünvanlanmış ərizəsindən görünür ki, Cavabdeh adına olan (055) ***-**-** mobil nömrəsi (055) ***-**-** nömrəsi ilə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, «xxxx» X4 Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bank tərəfindən limit artımı sms bildirişləri **********70 saylı mobil nömrəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Cavabdeh 598tkHVS/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildə Albalı kartının limiti artırılaraq 400 mant, xx.xx.2019-cu il tarixində 600 manat olmuşdur. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, A/Y 24, məhəllə 14/15, ev 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 405.2.-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Bu Məcəllənin 407.1.-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1.-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 598tkHVS/14 saylı kredit və bank hesabı müqaviləsinə əsasən bank borcluya 84 ay müddətinə, 200 manat məbləğində kredit limiti ayırmış və xx.xx.2018-ci ildə həmin müqavilə üzrə tərəflər arasında razılıq əldə olunmuş və kredit limiti 400 manat olmuşdur. Sonuncu dəfə bank tərəfindən başqa mobil nömrəyə sms bildirişi göndərilmiş və cavabdeh kredit limitinin artırılması barədə razılıq verməsə də, limit bank tərəfindən birtərəfli qaydada artırılmışdır. Həmin məbləğdən isə cavabdehin telefonuna yazılmış proqram vasitəsilə pul çıxılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlansa da, kreditin məbləğinin artırılmasını tərəflərin yeni kredit təklifi barədə sms göndərmək və müştəri tərəfindən yeni təklifin qəbul olunması barədə təsdiqedici sms alması halından asılı etmişlər. Yəni Mülki Məcəllənin tələbinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh kredit limitinin artırılması ilə bağlı olaraq razılıq vermədiyindən bankın həmin şəxsə qarşı kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar