Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3422/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1668/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə hər üç uşaq üçün 705 manat sabit pul məbləğində alimentin alınaraq onun (İddiaçı) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1668/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalmaları və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə hər uşaq üçün aylıq hətta yaşayış minimumundan daha az məbləğ müəyyən edilmiş, lakin cavabdeh bu günə kimi həmin məbləği belə tam ödəməyib və gecikdirmişdir. Belə ki, özü hal-hazırda aptekdə çalışır və 350 manat əmək haqqı olmaqla, övladlarına təkbaşına baxır. Övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək minimum məbləğdə əmək haqqı alan tək qadın olaraq ona çox çətindir. Qazandığı bu məbləğ digər ailəvi xərclərinin qarşılanması üçün yetmir və bu səbəbdən də o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq bir uşaq üçün hər ay 235 manat olmaqla, ümumilikdə hər üç uşaq üçün cəmi 705 (yeddi yüz beş) manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onunla cavabdeh arasındakı birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı üç övladı doğulmuş və hazırda həmin övladları onun himayəsindədir. Hazırda uşaqlar böyümüş və onların qidalanması, təhsili və əlavə xərcləri ilə bağlı tələbatları artmış və hər ay hər uşağa görə sabit pul məbləğində 180 manat olmaqla, cəmi 540 manat miqdarında aliment onların maddi cəhətdən saxlanılmasına kifayət etmir. Belə ki, uşaqlar eyni yaşda olduğundan və onlara başqa şəxslərin baxması mümkün olmadığından işdən çıxmış və hal-hazırda işləmir. Cavabdeh tərəfindən üç uşağa görə ödənilən aliment uşaqların maddi təminatını ödəməyə kifayət etmir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı üç övladları dünyaya gəlmişdir. Müəyyən səbəblərə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(010)-1668/2023 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 180 manat olmaqla, 540 manat sabit pul məbləğində ondan tutulması qət edilmişdir. O hal-hazırda yeni işə düzəlmiş və onun rəsmi əmək haqqı cəmi 400 manat təşkil edir. O, yalnız rəsmi aldığı əmək haqqının ½ hissəsini ödəmək iqtidarındadır. İddiaçının tələb etdiyi hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat aliment məbləğini hazırda ödəmək iqtidarında deyildir. Odur ki, iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəyini və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1668/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 22 yanvar 2020-ci il tarixdə, 219 nömrəli akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması və xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh 28 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00433 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində keçirilən iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc və 10 manat kargüzarlıq xərci ödəmişdir.
7. 5 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə doğulmuşdur və anası İddiaçı və atası Cavabdehdur.
8. 5 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə doğulmuşdur və anası İddiaçı və atası Cavabdehdur.
9. 5 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə doğulmuşdur və anası İddiaçı və atası Cavabdehdur.
10. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir.
İşin faktiki halları.
11. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2021ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1668/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 22 yanvar 2020-ci il tarixdə, 219 nömrəli akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması və xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh 28 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
18. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
21. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.
22. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir.
23. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.
24. Göründüyü kimi iddiaçı özü işləmir, cavabdeh isə 400 manat əmək haqqı alır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay hər bir uşağa 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.
25. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərci.
26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat məbləğində mediasiya xərci çəkmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (705x12=8460 manat) mütənasib olan 104.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, ödənilmiş - 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ödənilməmiş 104.60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1668/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2021ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 235 manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilmiş - 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş – 104.60 (yüz dörd manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova