Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3448/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə görə sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə görə sabit pul məbləğində alimentin tutulmas” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 üçün aylıq aliment məbləğinin 170 manata qaldırılması, müalicəsi və digər əlavə xərclərin ödənilməsi üçün 300 manat sabit pul məbləğinin tutulması, uşağın əməliyyatl üçün çəkdiyi 1500 manat xərcin, həmçinin məhkəməyə müraciət etmək üçün verdiyi 40 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. X3 yaranan problemlər nəticəsində həkimə müraciət etmiş və ona dilaltı kista diaqnozu qoyulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5986/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 X2 üçün 154 manat məbləğində aliment və əlavə xərclər üçün 100 manat kəsilmişdir. Məhkəməyə müraciət etməsinin səbəbi X2 üçün cavabdehdən aylıq 170 manat məbləğində alimentin kəsilməsi və uşağın səhhətində yaranan problemlərlə bağlı müalicəsi ilə əlaqədar olaraq 300 manatın tutulması ilə bağlıdır. Həmçinin, X8 əməliyyat olunması zamanı 1500 manat məbləğində borc pul götürmüşdür. Həm dərmanlar, həm əməliyyatdan əvvəl uşaqda yaranan nevroloji problemlərin (bud-çanaq oynağının displaziyası) həlli üçün masaja aparılması, həm də əməliyyat olunması üçün çəkdiyi xərclərin pulunu qaytarmağa imkanı yoxdur. Uşağın dilaltı kista problemindən 2017 və 2018-ci illərdə iki dəfə əməliyyat olunub. Cavabdeh uşaqla heç vaxt maraqlanmamış, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə birgə nikahlarından doğulmuş X8 dilinin altına kista var. O, iki dəfə əməliyyat olmuşdur. İlk əməliyyat pulunu cavabdeh versə də ikinci əməliyyatın pulunu özü vermişdir. İşləyir və ayda 285 manat maaş alır. Uşağa görə məhkəmə tərəfindən 154 manat və 100 manat əlavə xərc müəyyən edilmişdir. Bundan başqa gəliri yoxdur. Cavabdehin isə maddi imkanı yaxşıdır. Anası ilə birlikdə yaşayır və 600 manat maaş alır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, məhkəmə tərəfindən uşağın saxlanmasına görə aylıq 154 manat aliment və 100 manat əlavə xərc müəyyən edilmişdir. O, bu pulu hər ay ödəyir. Aliment borcu yoxdur. Uşağın əməliyyat xərcinə gəldikdə isə ilk əməliyyat üçün 600 manat çox pul verib, ikinci əməliyyatdan isə xəbəri olmayıb. İddiaçı uşaqla görüşməyinə imkan vermir. Alimentin artırılması əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ 998182 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 490 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat və 100 manat əlavə xərc olmaqla, cəmi 254 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. “Avrasiya” Hospital tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Miranzadə Dənizin xəstəliyi ilə bağlı diaqnoz sənədinin surətinin görünür ki, dil altı nahiyədə 20x12 mm ölçüdə kista qeyd olunur. “Avrasiya” Hospital tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mədaxil orderindən görünür ki, X10 görə xəstəxananın kassasına 600 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Tibb Universitetinin X9 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli xəstənin epikrizindən görünür ki, X10 dilaltı tüpürcək vəzin ranulası diaqnozu qoyulmuş, törəmənin çıxarılması əməliyatı keçirilmiş, əməliyyatdan sonra xəstəyə profilaktik antibakterial, ağrıkəsici terapiya aparılmış, xəstə yaxşılaşma ilə evə yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş patoloji raportun surətindən görünür ki, X10 dilaltı kista klinik diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları dinlənilərək və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2017-il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5744/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat və 100 manat əlavə xərc olmaqla, cəmi 254 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, xx.xx.2017-il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat miqdarında alimentin, 300 manat məbləğində əlavə xərclərin və uşağın əməliyyatı üçün çəkdiyi 1500 manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etmiş, cavabdeh iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bundan başqa, işdən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının himayəsindədir və onun saxlanılması ilə bağlı bütün xərclər iddiaçının üzərinə düşür. Məhkəmə həmçinin qeyd edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bununla yanaşı işdən görünür ki, iddiaçı cavabdehin uşağın saxlanılması üçün çəkilməli olan əlavə xərclərə cəlb edilməsini tələb edir. İddia bu hissədə tələbini belə əsaslandırır ki, qızı X12 dilaltı kistadan əziyyət çəkir və iki dəfə əməliyyat olunmuşdur. Onun xəstəliyi ilə bağlı kifayət qədər xərc çəkmişdir, bundan sonra da çəkəcəkdir. Hesab edir ki, cavabdeh bu xərclərə cəlb edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respuklikasının Ailə Məcəlləsində valideynlərin uşağın saxlanılması üçün alimentdən başqa əlavə xərclərə cəlb edilməsi də nəzərdə tutulmuşdur. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Qərarda daha sonra qeyd edilir ki, qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin əlavə xərclərə cəlb edilməsinin müstəsna halları kimi uşağın ağır xəstə və ya şikəst olduğu hallar müəyyən edilmişdir. Yəni ailə qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün valideyn o halda əlavə xərclərə cəlb edilə bilər ki, uşaq ağır xəstə və ya şikəst olsun. Hazırkı işdən isə görünür ki, X10 dilaltı kista klinik diaqnozu qoyulsa da bu xəstəlik nə ağır xəstəlik, nə də şikəstlik kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixi, 2(010)-5986/2018 saylı qətnaməsi ilə Cavabdeh Həsənağa oğlu X4 üçün aylıq 100 manat məbləğində əlavə xərcə cəlb edilmiş olduğundan, həmin qətnamə qanuni qüvvəsini almış olduğundan və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından cavabdehdən uşağın xəstəliyi ilə bağlı əlavə xərc tutulmasının əsaslılığına münasibət bildirilmir. Lakin məhkəmə hər bir halda hesab edir ki, uşaqda ağır xəstəlik və yaxud şikəstlik olması barədə məhkəməyə sübut təqdim edilmədiyindən təyin edilmiş əlavə xərcin artırılması barədə də qətnamə qəbul etmək qeyri-mümkündür. Eyni zamanda, işdən görünür ki, iddiaçı cavabdehdən uşağın əməliyyatı üçün çəkdiyi 1500 manat məbləğində pulu tələb edir. Ailə Məcəlləsinin 81.3-cü maddəsində valideynin faktiki çəkilmiş əlavə xərclərə cəlb edilməsi nəzərdə tutulsa da artıq yuxarıda qeyd edildiyi kimi əlavə xərcə cəlb etmənin (yetkinlik yaşına çatmayan uşaq üçün) iki əsası nəzərdə tutulmuşdur: ağır xəstəlik və ya şikəstlik. Yəni əlavə xərcin gələcəkdə çəkiləcək xərclərə görə, yaxud faktiki çəkilmiş xərcin əvəzi kimi tələb edilməsindən asılı olmayaraq, ilk növbədə bu iki haldan biri olmalıdır. Yalnız bundan sonra valideynin hansısa əlavə xərcə cəlb edilməsindən söhbət gedə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşaq bu xəstəliklə əlaqədar iki dəfə əməliyyat olunmuş, bu əməliyyatlardan birinin pulunu cavabdeh vermişdir ki, iddiaçı da bunu etiraf etmişdir. Həmçinin cavabdeh uşağın saxlanılması üçün alimenti də vaxtlı-vaxtında ödəyir və borcu yoxdur. İddiaçı bunu da mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, uşağın saxlanması ilə bağlı xərclər valideynlərin ikisinə də aid edildiyindən iddia bu hissədə də əsassızdır. Bundan başqa, iddia tələbinin son hissəsi məhkəməyə müaciətlə əlaqədar çəkilmiş 40 manat xərclə əlaqədardır. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddia yalnız alimentin artırılması hissəsində təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Alimentlə bağlı tələblərdən isə dövlət rüsumu tutulmur. Hazırkı işdən də görünür ki, iddiaçı dövlət rüsumu ödəməmişdir. O, yalnız iddia ərizəsinin yazılması və notariusa xidmət haqqı olaraq ödənilmiş pulun ödənilməsini tələb etmişdir. Həmçinin müvafiq qəbzlərin də əslini deyil, surətini məhkəməyə təqdim etmişdir. Belə ki, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Buna baxmayaraq, həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddianın təmin edilmiş alimentlə bağlı hissəsində dövlət rüsumu ödənilməsindən azad edildiyindən və iddia qalan hissədə rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş xərclərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Lakin, MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 170 (yüz yetmiş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq xx.xx.2017-il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5986/2018 qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə 154 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı hissədə tam icra edildikdən sonra xitam verilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3448/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3448/2020
08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver