Məhkəmə qərarları › İş №2(010)-3451/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3451/2020

10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3451/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı X1 üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-1456/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment 125 manat aliment məbləğinin artırılaraq, hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1456/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə hazırda Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsində icraatdadır. O, uşağın xərclərini təkbaşına ödəyə bilmir, cavabdeh isə sürücü işləyərək 850 manat əmək haqqı almasına baxmayaraq alimenti vaxtında ödəmir və uşaqla maraqlanmır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1456/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat aliment pulu alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə hazırda Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsində icraatdadır. Cavabdeh xx.xx.2011-ci ildə X5 ilə ailə qurmuş və bu nikahdan bir uşağı anadan olmuşdur. Onun maddi vəziyyət ağırdır, aylıq əmək haqqı 350 manatdır və onun maddi vəziyyətində heç bir yaxşılaşdırma mövcüd olmadığı halda iddiaçı alimentin artırılması ilə məhkəməyə müraciət etmişdir. Bu halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1456/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2017ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat aliment pulu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh barəsində məlumatdan müəyən olunur ki, sonuncu “xxxxxxxxxxx” MMC sürücü işləyir və 350 manat əmək haqqı alır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş nikah və doğum haqqına şəhadətnamələrin və müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh X6 ilə birgə nikahdan xx xxxx 2013-cü il təvəllüdlü Cavabdeh adında övladı vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçıhimayəsində qalmış birgə nikahdan doğulmuş övladının saxlanması üçün Cavabdeh aliment tutulması barədə sonuncu məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin qarşı tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bununla belə məhkəmə araşdırılmsı ilətərəflər arasında xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat aliment pulu alınaraq ona ödənilməsi qət edilməsi ilə bağlı qətnamə qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Eləcə də iddiaçı tərəfindən cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, istinad edilən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan görünür ki, həmin norma ilə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar