Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3451/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 1 ünvanına dair onun yaşamağa dair istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsi 3 saylı evin 1 saylı mənzili onun ata evidir. Belə ki, o həmin mənzildə ailə üzvləri ilə birgə 30 ildən artıqdır ki, yaşamışdır. 2022-ci ilin aprel ayında ona məlum olmuşdur ki, qardaşı Cavabdeh həmin mənzili qanunsuz üsullarla öz adına keçirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət etmiş, həmin qurumun xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, mənzil xx.xx.1991-ci il tarixli orderi, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, xx.xx.2019-cu il tarixli sərəncamı və xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. Hazırda qardaşı Cavabdeh qanunsuz olaraq onu və ailə üzvlərini qanunsuz olaraq evdən çıxartmaq istəyir. Əslində Cavabdeh mənzili qanunsuz olaraq onları aldatmaqla öz adına keçirmişdir. Belə ki, qardaşı Cavabdeh əvvəlldən atası evindən əsassız olaraq pay istəmişdir. 2017-ci ildə o, həyətindən 2 sot torpaq sahəsini satmışdır. Sonradan qardaşı Cavabdeh İcra Hakimiyyətinə şikayət etmiş və tikintinin dayandırılmasına nail olmuşdur. Buna görə də torpağı alan şəxslər verdikləri pulları onlardan geri tələb etmişdir. Həmin vaxt pulu qaytarmaq imkanı olmadığından Cavabdeh onu aldatmışdır ki, onun yerinə pulu ödəyəcək, sonra o, həmin pulu cavabdehə qaytarar. Məcbur qalaraq onlar cavabdehlə razılaşmış və Cavabdeh tələbi ilə formal olaraq evdən qeydiyyatdan çıxmışlar. Cavabdeh bunu belə əsaslandırmışdır ki, pulun qaytarılmasına əmin olmaq üçün bunu tələb edir, pul qaytarıldığı halda onlar yenidən evə qeydiyyata düşəcəklər. Buna görə də onlar həmin evdən qeydiyyatdan çıxaraq, Cavabdeh məxsus evə qeydiyyata düşmüşlər. Bir müddət sonra onlara məlum olmuşdur ki, Cavabdeh dələduzluq yolu ilə onları aldatmış, mənzili öz adına rəsmiləşdirmişdir. Hazırda da onları qanunsuz olaraq həmin evdən çıxartmaq istəyir. O, torpaq alan şəxsə ödədiyi 25.000 manat pulu cavabdehə qaytarmaq istəmişdir ki, onlar (iddiaçılar) təzədən öz evlərinə qeydiyyata düşsünlər. Lakin Cavabdeh bundan imtina etmişdir. Halbuki o dəyəri qat-qat baha olan mübahisəli evi aldatma yolu ilə ələ keçirmişdir. Onlar evi cavabdehə satmamışlar, sadəcə müvəqqəti verdiyi pulun əvəzinə təminat kimi formal evdən qeydiyyatdan çıxmışlar. O isə bundan istifadə edərək dələduzluq yolu ilə evi öz adına rəsmiləşdirmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsi ev 3, 1 saylı mənzildə 1992-cı ildən fasiləsiz yaşamışdır. Cavabdeh onun dayısıdır. O 25000 manata həmin həyəti satmışdır və bu vaxt dayısı İcra Hakimiyyətinə gedərək şikayət etmiş və orada tikilən tikilini sökmüşlər. Torpaq alan şəxs pulun qaytarılmasını tələb etmiş və bu zaman Cavabdeh onun əvəzinə 25000 manat pulu vermişdir. 2017-ci ildə Cavabdeh onları həmin evdən qeydiyyatdan çıxararaq öz evinə qeydiyyata aldırmışdır. Həmin vaxt Cavabdeh mənzilin özəlləşdirilməsinə nail olmuş və sonradan mübahisəli mənzili öz adına özəlləşdirmişdir. Həmin mənzil onun babası Teymur Qədəş oğlunun adına olub. O həmin mənzildə 1992-ci ildən hal-hazıra kimi fasiləsiz yaşadığından iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (Əliyeva) İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsi ev 3, 1 saylı mənzildə 1990-cı ildən yaşamış və hal-hazırda da həmin evdə yaşayır. Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini, pozulmuş hüquqlarının bərpa olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin küçəsi ev 3, 1 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin çıxarışına əsasən xx.xx.2019-cu il tarixdən onun adına qeydiyyatdan keçirilmişdir. Həmin evə dair Teymur Qədəş oğlu ilə Suraxanı NQÇİ arasında kirayə müqaviləsi mövcud olmuşdur. 2015-ci il tarixdə Teymur Qədəş oğlu vəfat etmiş və mübahisəli mənzil özəlləşdirilməmişdir. Daha sonra o, bütün sənədləri toplamış və Bakı şəhəri İcra Hakimiyyəti MKTB-yə müraciətlər etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti MKTB tərəfindən nümayəndələr gəlib həmin evə baxış keçirmişlər. Cavabdehlər 1990-cı ildən 2017-ci ilə kimi mübahisəli mənzildə yaşasalar da, 2017-ci ildən Yeni Romanı qəsəbəsində yerləşən evdə yaşamışlar. Onun əməllərində hal-hazırda heç bir qanunsuz hərəkət olmadığını və buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçıların və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, 5ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzili Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon VVAQ şöbəsi tərəfindən verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Teymur Qadaş oğlu və X2 xx.xx.1990-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarına əlavə edilmiş MKTD tərəfindən İddiaçı1 ünvanlaşmış xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, qızı X3 xx.xx.2005-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, oğlu İddiaçı3 xx.xx.2003-cü ildən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzilində qeydiyyatda olmuşlar və hal-hazırda 10 saylı Notariat Kontorunun verdiyi xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən qeydiyyatsız yaşayırlar. İş materiallarında olan olan 10 saylı Notariat Ofisində qeydə alınmış qonşular X1, X4 və X6 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı1 öz ailəsi ilə birlikdə hal-hazırda ünvan 2 ünvanda yerləşən mənzildə qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30 saylı Vəkil Bürosuna verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 2 ünvanı 33 saylı xx.xx.1991ci il tarixli orderi, Bakı şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 48/1 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı, ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında xx.xx.2018-ci il tarixdən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı2 ünvan 4 ünvanında xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır. Beləliklə, təqdim olunmuş sübutlar və verilmiş izahat əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar 2017-ci ildə yaşadıqları evin həyətindən 2 sot torpaq sahəsini satmışlar və qardaşı Cavabdeh bununla bağlı İcra Hakimiyyətinə şikayət etmiş və tikintinin dayandırılmasına nail olmuşdur. Torpaq sahəsini alan şəxslər verdikləri pulları onlardan geri tələb etmişlər və iddiaçların həmin vaxt pulu qaytarmaq imkanı olmadığından Cavabdeh ilə razılığa gələrək cavabdeh onların yerinə pulu ödəmiş və Cavabdeh tələbi ilə formal olaraq həmin evdən qeydiyyatdan çıxmışlar. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, həmin ev yaşamaq üçün ataları Teymur Qədəş oğluna verilmişdir. İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 1992-ci ildən halhazıradək failəsiz olaraq mübahisəli mənzildə yaşamışlar. 2017-ci ildə iddiaçılar mübahisəli mənzildən pasport qeydiyyatından çıxaraq başqa ünvana qeydiyyata alınmışlar. ünvan 2 ünvanı 33 saylı xx.xx.1991-ci il tarixli orderi, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 48/1 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı, ******* saylı, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1992-ci il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar 1992-ci ildən həmin mənzildə fasiləsiz olaraq yaşadıqlarından və onların həmin mənzilə istifadə hüquqları yarandığından iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqları tanınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, (Əliyeva) İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3451/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3451/2022
05.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver