Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3459/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 3300 ABŞ dollan (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödədiyi 20 manat pulun mərhum həvat yoldaşı X3 arvadı və varisi kimi ona qaytarılması barədəbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “pul tələbi” barədə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 3300 ABŞ dollan (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun pulun mərhum həvat yoldaşı X3 arvadı və varisi kimi ona qaytarılması barədəbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçının əri olmuş mərhum X1 ticarət mərkəzində anbardar işləyən Cavabdeh ilə tanış olmuş və 2017-ci ilə qədər onlar birgə ticarətlə məşğul olmuşlar. 2017-ci ildə Cavabdeh mərhum Zeynalov Abdulla ilə danışaraq Çin Xalq Respublikasından topdan divar təmizləyən vasitə gətirmək adı ilə Amay ticarət mərkəzinin qarşısında ondan 3300 ABŞ dolları pulunu almış, həmin əşyanı Çin xalq Respublikasından gətirəcəyini söz vermişdir. Lakin cavabdeh sözünə əməl etməmişdir. Üstəlik cavabdeh müxtəlif cür telefon nömrələri ilə onunla əlaqə yaratmaq üçün versə də ( *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **) bu telefonlarının heç birinə zəng çatmamışdır. Beləliklə də, cavabdeh həmin pulu alaraq üzərinə düşən öhdəliyi yerinə getirməkdən imtina etmiş və malları təhvil verməyərək pulla birlikdə yoxa çıxmışdır. X7 06 aprel 2019-cu il tarixdə vəfat etmiş və iddiaçı diyindən Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməcinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, X4 ilə Amay ticarət mərkəzində birlikdə işləmişlər. Cavabdeh X2 pul aldığını heç vaxt inkar etməmişdir. X4 dəfələrlə Cavabdeh pulunu dəfələrlə tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o Amay ticarət mərkəzində fəhlə işləmişdir. Cavabdeh X2 3300 ABŞ dolları aldığını bilir. X4 dəfələrlə Cavabdeh pulunu tələb etmiş, sonuncu isə pulun qaytarılmasını təxirə salmışdır. İş materiallarına əlavə olunmuş İİ ЖГ 337453 №-li nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 ilə İddiaçı 31 may 1980-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş AZ İİ 020790№-li ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 06 aprel 2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ İİ 982573 №-li doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Nümayəndə atası X4 anası X5r. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 06.04.2019-cu il tarixdə ölmüş X2 miras qalmış əmlakın vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yuxarıda qeyd olunan maddi hüququ normalarının tələbləri baxımından İddiaçı ərinin vərəsəsi olduğuna görə onun hazırki iddia tələbini qaldırmaqda və ərindən miras qalmış miras aktivini tələb etməkdə subyektiv hüququ var. Belə ki, o, ərindən miras qalmış əmlakı notariata ərizə ilə müraciət edərək qəbul etmiş və bununla da mərhuma məxsus olmuş əmlak hüquqlarını qanun üzrə vərəsəlik hüququ əsasında qəbul etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün hazırki iş üzrə iddiaçının ondan verdiklərini geri tələb etmək hüquq vardır. İddiaçı ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz manat) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 3300 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı oğluna verilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında tərəflar arasında yaranmış hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3300 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3459/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-3459/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver