Məhkəmə qərarları › İş №2(010)-3471/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3471/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3471/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsinə dair 2(010)-3471/2020 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki iş materiallarından görünür ki, cavabdeh Məmmədov X1 şəhəri, ünvan 1 –da pasport qeydiyyatındadır. İddiaçı iddia ərizəsində Cavabdeh ünvanı kimi Xırdalan şəhəri, ünvan 1 ünvanı kimi göstərsə də, məhkəmə iclası zamanı onun Suraxanı rayonu ərazisində yaşaması müəyyən edilməmişdir. Buna görə də, mülki işə ərazi aidiyyəti üzrə Cavabdeh rəsmi qeydə alındığı ünvana görə Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsində baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə də, iş üzrə cavabdehin rəsmi qeydə alındığı ünvan Xırdalan şəhəri, Abşeron rayonu ərazisində olduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 44-45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsinə dair olan 2(010)-3471/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar