Məhkəmə qərarları › İş №2(010)-3477/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3477/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3477/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 675 (altı yüz yetmiş beş) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə; 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, HP Pavilion markalı kompüter üçün 1638 (min altı yüz otuz səkkiz) ödənilməmiş hissə, 491 (dörd yüz doxsan bir) manat dəbbə; 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Epson markalı printer üçün 286.4 (iki yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 86.6 (səksən altı manat, altmış qəpik) manat dəbbə miqdarında borc yaranmışdır, ümumilikdə, 3409 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddianın tələblərini onunla əsaslandırmışdır ki,, cavabdeh, "xxxx" MMC ilə 21.05.2019-cu il, 06.10.2019-cu il, 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor, HP Pavilion markalı kompüter və Epson markalı printer almış və nəticədə 3409 (üç min dörd yüz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2800 (iki min səkkiz yüz) manat (18 ay x 155 manat + 10 manat ilkin ödəniş) Samsung markalı televizor üçün ümumilikdə, 907 (doqquz yüz yeddi) olmaqla ondan, 675 (altı yüz yetmiş beş) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə; 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2106 (iki min yüz altı) (18 ay x 117 manat + 0 manat ilkin ödəniş) HP Pavilion markalı kompüter üçün ümumilikdə, 2129 (iki min yüz iyirmi doqquz) manat olmaqla ondan 1638 (min altı yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 491 (dörd yüz doxsan bir) manat dəbbə; 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat (12 ay x 41.2 manat + 0 manat ilkin ödəniş) Epson markalı printer üçün ümumilikdə, 373 (üç yüz yetmiş üç) manat olmaqla ondan, 286.4 (iki yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 86.6 (səksən altı manat, altmış qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2801 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Bununla əlaqədar olaraq, iddiaçı "xxxx" MMC 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 675 (altı yüz yetmiş beş) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə; 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, HP Pavilion markalı kompüter üçün 1638 (min altı yüz otuz səkkiz) ödənilməmiş hissə, 491 (dörd yüz doxsan bir) manat dəbbə; 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Epson markalı printer üçün 286.4 (iki yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 86.6 (səksən altı manat, altmış qəpik) manat dəbbə miqdarında borc yaranmışdır, ümumilikdə, 3409 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməlidir. Mülki iş materiallarında olan 21.05.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Samsung markalı televizor almış və həmin əşyanı alınmasına görə 2800 manat pulu, ilkin ödəniş 10 manat, 18 ay ərzində ,hər ay 155 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 06.10.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən HP Pavilion markalı komputer almış və həmin əşyanı alınmasına görə 2106 manat pulu 18 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 117 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 25.02.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Epson markalı printer almış və həmin əşyanı alınmasına görə 494,4 manat pulu 12 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 41,2 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 16 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 675 (altı yüz yetmiş beş) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə pulu olmaqla ümumilikdə 907 (doqquz yüz yeddi) manat; 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən HP Pavilion markalı üçün 1638 (bir min altı yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 491 (dörd yüz doxsan bir) manat dəbbə pulu olmaqla, ümumilikdə 2129 (iki min bir yüz iyirmi doqquz) manat miqdarında borcu vardır. 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən Epson markalı printer üçün 286,4 (iki yüz səksən altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 86,6 (səksən altı manat altmış qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 373 (üç yüz yetmiş üç) manat miqdarında borcu vardır. Bütün müqavilələr üzrə 2599,4 (iki min beş yüz doxsan doqquz manat qırx qəpik) manat əsas borc, 809,6 (səkkiz yüz doqquz manat altmış qəpik) manat cərimə borcu, ümumilikdə 3409 (üç min dörd yüz doqquz) manat borcu yaranmışdır. Mülki iş materiallarında olan 18 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 13.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.05.2019-cu il, 06.10.2019-cu il, 25.02.2020-ci il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh, "xxxx" MMC ilə 21.05.2019-cu il, 06.10.2019-cu il, 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor, HP Pavilion markalı kompüter və Epson markalı printer almış və nəticədə 3409 (üç min dörd yüz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2800 (iki min səkkiz yüz) manat (18 ay x 155 manat + 10 manat ilkin ödəniş) Samsung markalı televizor üçün ümumilikdə, 907 ı doqquz yüz yeddi) olmaqla ondan, 675 (altı yüz yetmiş beş) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə; 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2106 (iki min yüz altı) (18 ay x 117 manat + 0 manat ilkin ödəniş) HP Pavilion markalı kompüter üçün ümumilikdə, 2129 (iki min yüz iyirmi doqquz) manat olmaqla ondan 1638 (min altı yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 491 (dörd yüz doxsan bir) manat dəbbə; 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat (12 ay x 41.2 manat + 0 manat ilkin ödəniş) Epson markalı printer üçün ümumilikdə, 373 (üç yüz yetmiş üç) manat olmaqla ondan, 286.4 (iki yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 86.6 (səksən altı manat, altmış qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cəmi bütün müqaviələr üzrə 2599,4 manat ödənilməmiş əsas borc, 809,6 manat dəbbə pulu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2599,4 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 21.05.2019-cu il, 06.10.2019-cu il, 25.02.2020-ci il tarixli müqaviləsinin 3-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2599,4 manat məbləğində əsas borca tənasübsüz olaraq 809,6 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 809,6 manat məbləğində cərimə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2599,4 (iki min beş yüz doxsan doqquz manat qırx qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 2649,4 (iki min altı yüz qırx doqquz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti əvəzi olaraq iddia qismən təmin edildiyindən 23 cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2599,4 (iki min beş yüz doxsan doqquz manat qırx qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 2649,4 (iki min altı yüz qırx doqquz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 23 (iyirmi üç) manat məbləğində pul Cavabdeh qızından tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar