Məhkəmə qərarları › İş №2(010)-3496/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3496/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3496/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “xxxx” MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********05778 Samsung Galaxy J8 markali telefon üçün 494 manat ödənilməmiş hissə, 156 manat dəbbə, 16.03.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markali televizor üçün 1270 manat ödənilməmiş hissə, 387 manat dəbbə, 31.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43781 Samsung Galaxy J6 markali telefon, LOGİTECH markali ssucaldıcı üçün 81 manat ödənilməmiş hissə, 23 manat dəbbə, ümumilikdə 2411 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 12.02.2019-cu il, 16.03.2019-cu il, 31.03.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********05778 Samsung Galaxy J8 markali telefon, Samsung LED markali televizor, İMEİ kodu **********43781 Samsung Galaxy J6 markali telefon, LOGİTECH markali ssucaldıcı almış və nəticədə 2411 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 696 manat olan İMEİ kodu **********05778 Samsung Galaxy J8 markali telefon üçün 650 manat olmaqla ondan, 494 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, alqı-satqı qiyməti 1368 manat olan Samsung LED markali televizor üçün 1657 manat olmaqla ondan, 1270 manat ödənilməmiş hissə, 387 manat dəbbə pulu, alqı-satqı qiyməti 456 manat olan İMEİ kodu **********43781 Samsung Galaxy J6 markali telefon, LOGİTECH markali ssucaldıcı üçün 104 manat olmaqla ondan 81 manat ödənilməmiş hissə, 23 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 675 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, o, “xxxx” MMC-dən iki telefon və bir televizor kreditə götürmüşdür. Müqavilələrin hər ikisi onun adına olsa da, həmin əşyaları o, başqasının əvəzinə götürmüşdür. Həmin adam isə onu aldatmış və ödəniş etməmişdir. Müqavilə üzrə hazırki günə kimi olan ödənişləri də o, özü etmişdir. Ümumiyyətlə, o, daha əvvəl də Kontakt Home-dan 10000 manat məbləğində əşyalar götürmüş və yaxşı müştəri olaraq ödənişlərini vaxtında etmişdir. Bundan sonra da götürdüyü əşyalara görə üzərinə düşən məbləği ödəyəcəyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 696 olan İMEİ kodu **********05778 Samsung Galaxy J8 markali telefon almışdır. 12.02.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********05778 Samsung Galaxy J8 markali telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********05778 Samsung Galaxy J8 markali telefon üçün cavabdehin 494 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, ümumilikdə 650 manat borcu yaranmışdır. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 1368 manat olan Samsung LED markali televizor almışdır. 16.03.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Seyidov X3 LED markali televizor təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Samsung LED markali televizor üçün cavabdehin 1270 manat ödənilməmiş hissə, 387 manat cərimə, ümumilikdə 1657 manat borcu yaranmışdır. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 31.03.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 456 manat olan əsasən İMEİ kodu **********43781 Samsung Galaxy J6 markali telefon, LOGİTECH markali ssucaldıcı almışdır. 31.03.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********43781 Samsung Galaxy J6 markali telefon, LOGİTECH markali ssucaldıcı təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********43781 Samsung Galaxy J6 markali telefon, LOGİTECH markali ssucaldıcı üçün cavabdehin 81 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu, ümumilikdə 104 manat borcu yaranmışdır. 09.09.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə tezliklə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. 07.05.2021-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən müqavilələr üzrə müvafiq olaraq 494 manat, 1270 manat və 81 manat əsas borcun tutulması barədə tələblər əsaslıdır, lakin hər üç müqavilə üzrə cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 12.02.2019-cu il tarixli müqavilə üzrə 156 manat, 16.03.2019-cu il tarixli müqavilə üzrə 387 manat, 31.03.2019-cu il tarixli müqavilə üzrə 23 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 12.02.2019 və 16.03.2019-cu il tarixli müqavilələr üzrə 10 manat, 31.03.2019-cu il tarixli müqavilə üzrə isə 5 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 12.02.2019-cu il tarixli müqavilə üzrə 494 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 16.03.2019-cu il tarixli müqavilə üzrə 1270 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 31.03.2019-cu il tarixli müqavilə üzrə 81 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, ümumilikdə 1875 manat məbləğində pul tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 7 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12.02.2019-cu il tarixli müqavilə üzrə 494 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 16.03.2019-cu il tarixli müqavilə üzrə 1270 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 31.03.2019-cu il tarixli müqavilə üzrə 81 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, ümumilikdə 1875 (bir min səkkiz yüz yetmiş beş) manat pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 (iyirmi üç) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 7 (yeddi) manat hissəsi iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar