Məhkəmə qərarları › İş №2(010)-3527/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3527/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3527/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********19419 X4 10 markalı telefon üçün 833.8(səkkiz yüz otuz üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 249.2 (iki yüz qırx doqquz manat, iyirmi qəpik) manat dəbbə, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 711 (yeddi yüz on bir) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat dəbbə, 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire markalı kompüter üçün 1596.6 (min beş yüz doxsan altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 264.4 (iki yüz altmış dörd manat, qırx qəpik) manat dəbbə və eləcə də, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3772 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə 14.03.2020-ci il, 19.06.2020-ci il, 22.06.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********19419 X4 10 markalı telefon, Samsung LED markalı televizor və Acer Aspire markalı kompüter almışdır. Lakin o, müqavilələr üzrə aldığı əşyaların dəyərini hissə-hiisə ödəməyi üzərinə götürsə də, şərtləri pozmuş öhdəliklərini lazımınca icra etməmiş və nəticədə 3772 manat (üç min yeddi yüz yetmiş iki) manat borcu yaranmışdır. Belə ki, 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1260.8 (min iki yüz altmış manat, səksən qəpik) manat (12 ay x 83.4 manat + 260 manat ilkin ödəniş) İMEİ kodu **********19419 X4 10 markalı telefon üçün ümumilikdə, 1083 (min səksən üç) manat olmaqla ondan, 833.8(səkkiz yüz otuz üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 249.2 (iki yüz qırx doqquz manat, iyirmi qəpik) manat dəbbə, 19.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 711 (yeddi yüz on bir) manat (18 ay x 39.5 manat + 0 manat ilkin ödəniş Samsung LED markalı televizor üçün ümumilikdə, 828 (səkkiz yüz yirmi səkkiz) manat olmaqla ondan, 711 (yeddi yüz on bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 117 (yüz on yeddi) manat dəbbə, 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1776.6 (min yeddi yüz yetmiş altı manat, altmış qəpik) manat (18 ay x 88.7 manat + 180 manat ilkin ödəniş) Acer Aspire markalı kompüter üçün ümumilikdə, 1861 (min səkkiz yüz altmış bir) manat olmaqla ondan, 1596.6 (min beş yüz doxsan altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 264.4 (iki yüz altmış dörd manat, qırx qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1260.80 manat olan İMEİ kodu **********19419 X4 10 markalı telefon ilkin 260 manat və hər ay 83.40 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 19 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 711 manat olan Samsung LED markalı televizor markalı telefon ilkin ödənişsiz və hər ay 39.50 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 22 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1776.60 manat olan Acer Aspire markalı kompüter markalı telefon ilkin 180 manat və hər ay 88.70 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 12 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdeh 14 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 833.80 manat məbləğində ödənilməmiş əsas məbləğ və 249.20 manat məbləğində cərimə olmaqla – cəmi 1083 manat məbləğində borcu, 19 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 711 manat məbləğində ödənilməmiş əsas məbləğ və 117 manat məbləğində cərimə olmaqla – cəmi 828 manat məbləğində borcu və 22 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 1596.60 manat məbləğində ödənilməmiş əsas məbləğ və 264.40 manat məbləğində cərimə olmaqla – cəmi 1861 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 14 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 833.80 manat, 19 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 711 manat məbləğində pul və 22 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1596.60 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 14 mart 2020-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat, 19 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 10 manat və 22 iyun 2020-ci il il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 14 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 833.80 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində cərimə , 19 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 711 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində cərimə və 22 iyun 2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1596.60 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 3171.40 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14 mart 2020--ci il tarixli müqavilə üzrə 833.80 (səkkiz yüz otuz üç manat 80) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 19 iyun 2020-ci il tarixli müqavilə üzrə 711 (yedd yüz on bir) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 22 iyun 2020 -ciil tarixli müqavilə üzrə 1596.60 manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 3201,40 (üç min iki yüz bir manat 40 qəpik)manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar