Məhkəmə qərarları › İş №2(010)-3528/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3528/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3528/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxx” X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X3 Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı LCD televizor üçün 1023 (min iyirmi üç) manat ödənilməmiş hissə, 192 (yüz doxsan iki) manat dəbbə pulu cəmi 1215 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 986 (doqquz yüz səksən altı) manat ödənilməmiş hissə, 191 (yüz doxsan bir) manat dəbbə cəmi 1177 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı LED televizor üçün 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə pulu cəmi 1040 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP 15-da0288ur İ5 markalı kompüter üçün 854 (səkkiz yüz əlli dörd) manat ödənilməmiş hissə, 256 (iki yüz əlli altı) manat dəbbə pulu cəmi, 1110 manat; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37423 Samsung Galaxy A50 markalı telefon üçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə pulu cəmi 915 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93455 Samsung Galaxy A50 markalı telefon üçün 564 (beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 141 (yüz qırx bir) manat dəbbə pulu. cəmi 705 manat ümumilikdə 6162 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6192 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X2 ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, LG markalı LCD televizor, Samsung markalı paltaryuyan, Samsung markalı LED televizor, HP 15-da0288ur İ5 markalı kompüter, İMEİ kodu **********37423 Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********93455 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 6162 (altı min altı yüz altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1501 (min beş yüz bir) manat (18 ay x 64 manat + 349 manat ilkin ödəniş) olan LG markalı LCD televizor üçün 1215 (min iki yüz on beş) manat olmaqla ondan, 1023 (min iyirmi üç) manat ödənilməmiş hissə, 192 (yüz doxsan iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1134 (min yüz otuz dörd) manat (18 ay x 58 manat + 90 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün 1177 (min yüz yetmiş yeddi) manat olmaqla ondan, 986 (doqquz yüz səksən altı) manat ödənilməmiş hissə, 191 (yüz doxsan bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli amüqaviləsinə əsasən alq-ısatqı qiyməti 1350 manat (2 ay x400 manat +550 manat ilkin ödənih) olan Samsung markalı LED televizor üçün 1040 manat olmaqla ondan 800 manat ödənilməmiş hissə, 240 manat dəbbə pulu, xx.xx.2019—cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1281 manat (2 ay x 427 manat + 427 manat ilkin ödəniş) olan HP 15-da0288 ur i5 markalı komputer üçün 1110 manat olmaqla ondan 854 manat ödənilməmşi hissə, 256 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 732 manat (12 ay x 61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********7423 Samsung Galaxy A50 markalı telefon üçün 915 manat olmaqla ondan 732 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 714 manat (12 ay x 47 manat + 150 manat ilkin ödəniş) olan İMEİ kodu **********93455 Samsung Galaxy A50 markalı telefon üçün 705 (yeddi yüz beş) manat olmaqla ondan 564 (beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 141 (yüz qırx bir) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1753 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1501 manat olan LG markalı LCD televizoru ilkin ödəniş 349 manat olmaqla hər ay 64 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 1134 manat olan Samsung markalı paltaryuyanı ilkin ödəniş 90 manat olmaqla hər ay 58 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1350 manat olan Samsung markalı LED televizoru ilkin ödəniş 550 manat olaqla hər ay 400 manat ödəmək şərti ilə 2 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1281 manat olan HP 15-da0288ur i5 markalı kompyuteri ilkin ödəniş 427 manat olaqla hər ay 427 manat ödəmək şərti ilə 2 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 732 manat olan Samsung Galaxy A50 markalı telefonu ilkin ödənişsiz hər ay 61 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 714 manat olan Samsung Galaxy A50 markalı telefonu ilkin ödəniş 150 manat olaqla hər ay 47 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 1023 manat ödənilməmiş hissə, 192 manat dəbbə pulu cəmi 1215 manat, xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 986 manat ödənilməmiş hissə, 191 manat dəbbə cəmi 1177 manat, xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 800 manat ödənilməmiş hissə, 240 manat dəbbə pulu cəmi 1040 manat, xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə HP 15da0288ur İ5 markalı kompüter üçün 854 manat ödənilməmiş hissə, 256 manat dəbbə pulu cəmi 1110 manat; xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 732 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu cəmi 915 manat; xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 564 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu. cəmi 705 manat -ümumilikdə 6162 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinin şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrə ümumilikdə 4959 manat pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə özöhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli Alğısatqı müqaviləsi üzrə ödənilməmiş 1023 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 986 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 800 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 854 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 732 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 564 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cavabdehdən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 20 manat,xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat; xx.xx.2019- cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat, xx.xx.2019- cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1023manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 986manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 800manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 854manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 732manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu və xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 564manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu olmaqla cəmi 5079 manat pul vəsaiti “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxxxxxxxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1023 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 986 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 800 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 854 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 732 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu və xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsi üzrə 564 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu olmaqla cəmi 5079 manat pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar