Məhkəmə qərarları › İş №2(010)-3551/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3551/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3551/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh ilə 21.11.2009-cu il tarixdə bağlanmış VİP 5979 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 466 USD borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcu 1 faizi həcmində 583 USD cərimə, cəmi 1049 USD və 10 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 23 dekabr 2010-cu il tarixli, 2(010)-3645/2010 nömrəli əmri ilə ərizə təmin olunmuşdur. Borclu Cavabdeh ərizə verib, ona qarşı verilmiş tələbə etirazını bildirmiş, etirazını onunla əsaslandırmışdır ki, sözügedən əmr ona təqdim olunmamış, həmin əmrdən onun icra icraatı zamanı xəbəri olmuşdur. Məhkəmənin 30 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, materiallar iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 21.11.2009-cu ildə bağlanmış VİP 5979 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya satış qiyməti 735 USD olan (ümumi məbləğ 735 USD) “Nokia N93” markalı 1 ədəd mobil telefonu pdəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 37 USD, 21.12.2009-cu il tarixdə 58 USD, 21.01.2010-cu il tarixdə 58 USD, 21.02.2010-cu il tarixdə 58 USD, 03.04.2010-cu il tarixdə 58 USD ödəmiş, lakn sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bunula da müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməminin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinə baxmayaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Daha sonra bildirdi ki, tələb edilən borc məbləği ilə razı deyil, belə ki, onun borcu daha az olmalıdır. Məhkəmə cavabdehin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 21.11.2009-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "Şevrut“" MMC ilə Cavabdeh arasında mobil telefonun alqı satqısı ilə bağlı müqavilə imzalanmış, malın satış qiyməti 735 ABŞ dolları müəyyən edilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, borclu 12 ay müddətində, 11 ay 58 ABŞ dolları, 12-ci ay isə 60 ABŞ dolları olmaqla, ümumilikdə 698 ABŞ dolları ödəməli idi. İşin hallarından və cavabdeh tərəfin izahatından müəyyən edilir ki, yuxarıda qeyd edilən müqavilə üzrə müəyyən ödənişlər edilmiş, 466 ABŞ dolları məbləğində əsas borc qalmışdır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də, məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddia tələb edilən əsas borcun tutulması hissəsində əsaslıdır. İddianın cərimə tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı azaldılmalı və 20 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Maarı̇ f oğlundan qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 466 ABŞ dolları əsas borc və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 486 ( dörd yüz səksən altı ) ABŞ dolları məbləğində pul və 10 (on) manat dövlət rüsumunun əvəzi tutularaq tutularaq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin hesabına ödənilsin. Dövlət rüsumununun çatışmayan 20 (iyirmi) manat hissəsi Cavabdeh Maarı̇ f oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar