Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3559/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans-Paris tv-altı üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1208.8 (min iki yüz səkkiz manat, səksən qəpik) ödənilməmiş hissə, 315.2 (üç yüz on beş manat, iyirmi qəpik) manat dəbbə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung, Dr.X6, Dr.Beckmann Super ağardıcı paket, Dr.Beckmann Ləkə çıxardan duz, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power üçün 1231 (min iki yüz otuz bir) manat ödənilməmiş hissə, 238 (iki yüz otuz səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır, ümumilikdə, 3133 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 28.02.2019-cu il, 21.12.2019-cu il, 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans-Paris tv-altı, Samsung LED markalı televizor və Paltaryuyan Samsung, Dr.X6, Dr.Beckmann Super ağardıcı paket, Dr.Beckmann Ləkə çıxardan duz, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power almış və nəticədə 3133 (üç min yüz otuz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz manat (24 ay x 12 manat + 0 manat ilkin ödəniş) Alyans-Paris tv-altı üçün ümumilikdə, 140 (yüz qırx) olmaqla ondan, 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1360.8 (min üç yüz altmış manat, səksən qəpik) (18 ay x 75.6 manat + 0 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə, 1524 (min beş yüz iyirmi dörd) manat olmaqla ondan 1208.8 (min iki yüz səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 315.2 (üç yüz on beş manat, iyirmi qəpik) manat dəbbə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1284 (min iki yüz səksən dörd) manat (24 ay x 53.5 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Samsung, Dr.X6, Dr.Beckmann Super ağardıcı paket, Dr.Beckmann Ləkə çıxardan duz, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power üçün ümumilikdə, 1469 (min dörd yüz altmış doqquz) manat olmaqla ondan, 1231 (min iki yüz otuz bir) manat ödənilməmiş hissə, 238 (iki yüz otuz miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 385 manat təşkil edir. Bununla əlaqədar iddiaçı "xxxx" ASC 28.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans- Paris tv-altı üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1208.8 (min iki yüz səkkiz manat, səksən qəpik) ödənilməmiş hissə, 315.2 (üç yüz on beş manat, iyirmi qəpik) manat dəbbə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung, Dr.X6, Dr.Beckmann Super ağardıcı paket, Dr.Beckmann Ləkə çıxardan duz, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power üçün 1231 (min iki yüz otuz bir) manat ödənilməmiş hissə, 238 (iki yüz otuz səkkiz) manat dəbbə miqdarında borc, ümumilikdə, 3133 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatına əsasən iddia tələbini qəbul etdiyini, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 28.02.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Alyans-Paris tv-altı almış və həmin əşyanı alınmasına görə 288 manat pulu ilkin ödənişsiz, 24 ay ərzində, hər ay 12 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 21.12.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Samsung LED markalı televizor almış və həmin əşyanı alınmasına görə 1360,8 manat pulu ilkin ödənişsiz, 18 ay ərzində, hər ay 75,6 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 27.12.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Paltaryuyan Samsung, Dr.X6, Dr.Beckmann Super ağardıcı paket, Dr.Beckmann Ləkə çıxardan duz, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power almış və həmin əşyanı alınmasına görə 1284 manat pulu ilkin ödənişsiz, 24 ay ərzində hər ay 53,5 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 12 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 28.02.2019-cu il tarixli müqaviləsinə əsasən Alyans-Paris tv-altı üçün 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu olmaqla ümumilikdə 140 (bir yüz qırx) manat; 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor üçün 1208,8 (bir min iki yüz səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 315,2 (üç yüz on beş manat iyirmi qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1524 (bir min beş yüz iyirmi dörd) manat miqdarında borc borcu vardır. 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən Paltaryuyan Samsung, Dr.X6, Dr.Beckmann Super ağardıcı paket, Dr.Beckmann Ləkə çıxardan duz, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power üçün 1231 (bir min iki yüz otuz bir) manat ödənilməmiş hissə, 238 (iki yüz otuz səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 1469 (bir min dörd yüz altmış doqquz) miqdarında borcu vardır. Bütün müqavilələr üzrə 2547,8 (iki min beş yüz qırx yeddi manat səksən qəpik) manat ödənilməmiş əsas borc, 585,2 (beş yüz səksən beş manat iyirmi qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 3133 (üç min bir yüz otuz üç) manat məbləğində borcu vardır. Cəmi bütün müqavilələr üzrə 2547 (iki min beş yüz qırx yeddi) manat ödənilməmiş əsas borc, 585,2 (beş yüz səksən beş manat iyirmi qəpik) manat dəbbə pulu, ümumilikdə 3133,3 (üç min bir yüz otuz üç) manat borc yaranmışdır. Mülki iş materiallarında olan 24 sentyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" ASC ilə X1 arasında bağlanmış 28.02.2019-cu il, 21.12.2019-cu il, 27.12.2019-cu il il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh, "xxxx" MMC ilə 28.02.2019-cu il, 21.12.2019-cu il, 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans-Paris tv-altı, Samsung LED markalı televizor və Paltaryuyan Samsung, Dr.X6, Dr.Beckmann Super ağardıcı paket, Dr.Beckmann Ləkə çıxardan duz, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power almış və nəticədə 3133 (üç min yüz otuz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz manat (24 ay x 12 manat + 0 manat ilkin ödəniş) Alyans-Paris tv-altı üçün ümumilikdə, 140 (yüz qırx) olmaqla ondan, 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə; 21.12.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1360.8 (min üç yüz altmış manat, səksən qəpik) (18 ay x 75.6 manat + 0 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə, 1524 (min beş yüz iyirmi dörd) manat olmaqla ondan 1208.8 (min iki yüz səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 315.2 (üç yüz on beş manat, iyirmi qəpik) manat dəbbə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1284 (min iki yüz səksən dörd) manat (24 ay x 53.5 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Samsung, Dr.X6, Dr.Beckmann Super ağardıcı paket, Dr.Beckmann Ləkə çıxardan duz, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə Magic Power üçün ümumilikdə, 1469 (min dörd yüz altmış doqquz) manat olmaqla ondan, 1231 (bir min iki yüz otuz bir) manat ödənilməmiş hissə, 238 (iki yüz otuz miqdarında borc yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2547,8 (iki min beş yüz qırx yeddi manat səksən qəpik) manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 28.02.2019-cu il, 21.12.2019-cu il və 27.12.2019-cu il müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2547,8 (iki min beş yüz qırx yeddi manat səksən qəpik) manat məbləğində əsas borca tənasübsüz olaraq 585,2 (beş yüz səksən beş manat iyirmi qəpik) manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 585,2 (beş yüz səksən beş manat iyirmi qəpik) manat məbləğində cərimə pulu azaldılaraq 20 (iyirmi) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2547,8 (iki min beş yüz qırx yeddi manat səksən qəpik) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, ümumilikdə 2567,8 (iki min beş yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2547,8 (iki min beş yüz qırx yeddi manat səksən qəpik) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, ümumilikdə 2567,8 (iki min beş yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3559/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3559/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver