Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3564/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 2100 (iki mun yüz) manat məbləğində borc pulun və ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı X2 qəsəbəsi, O.Şabanov (Çöllük) küçəsi, ev 1702 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh qonşuluqda yaşayır. Özü xırdavat əşyaların alveri ilə məşğul olur, bazardan götürdüyü əşyaları qonşulara, tanışlara satır. Cavabdeh ondan malları nisyə götürüb sonra pullarını verirdi. Lakin son vaxtlar Cavabdeh götürdüyü malların pullarından vermir və 2100 manat məbləğində borcu yığılıb qalıbdır. O, hər dəfə ondan pulunu tələb etdikdə, o, müxtəlif bəhanələrlə ona olan borcunu geri qaytarmır. Xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh X7 ona olan borcunu verməkdən boyun qaçırdığına görə o, xx.xx.2023-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə şikayət etmiş, şöbədə təhqiqatçı Mahir Musayev tərəfindən araşdırma aparılmış və bildirilmişdir ki, tərəflər arasında mübahisə mülki xarakterlidir. Araşdırma zamanı 30-cu Polis Şöbəsində Cavabdeh yazdığı qəbzdə ona 2100 manat borcu olduğunu və hər ayın 15-də 100 manat verəcəyini bildirmişdir. O da həmin şərtlə razılaşmışdır. Lakin Cavabdeh yenə də götürdüyü öhdəliyi icra etmədi və bu günə kimi borcunu ödəmir. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçıdan nisyə aldığı malların dəyərini hər ay ödəniş etməklə tam ödəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. O, bildirdi ki, iddiaçıdan onun tələb etdiyi məbləğdə mal alsa da, dəyərini ödəmişdir. Polis orqanında qorxduğundan olduğundan elə bir iltizama imza atmışdır. İş materialları Adgözəlovanın xx.xx.2023-cü il tarixli iltizamından görünür ki, Rəqsanə olan xanımla öz aralarında razılaşma etmiş, hər 15-də 100 manat ödəniş edəcək, ümumilikdə 2100 manat borcu var. Alazovanın xx.xx.2023-cü il tarixli iltizamından görünür ki, Xəmayılın xanımla öz aralarında razılaşma etmiş, hər 15-i ona 100 manat verəcək. Suraxanı rayon Pİ-nin 30-cu PŞ-nin polis sahə inspektoru M.Musayevin arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X1 RPİ-nin 30-cu PŞ-ə ərizə ilə müraciət edərək qonşusu Xamayıl adlə şəxsə 2000 (iki min) manat dəyərində olan əşyalar satdığını, lakin pulunu verməməsi barədə bildirmişdir. Daxil olmuş məlumatla araşdırma zamanı hər iki tərəfin izahatı alınmışdır. R.Allazova izahatında ərizəsində qeyd etdiyi xüsusatları bir daha təsdiqləmişdir. Vət. X8 izə izahatında ondan aldığı əşyaların pulunu artıqlaması ilə ödədiyini bildirmişdir. Araşdırma zamanı tərəflərin aralarında olan mübahisənin mülki xarakterli olduğu onlara izah olunaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları olduğu nəzərlərinə çatdırıldı. Odur ki, həmin müraciətin mülki xarakterli mübahisə olduğunu və məhkəmə səlahiyyətli olduğunu nəzərə alaraq həmin materialın işə alınaraq PŞ-nin dəftərxanasında saxlanılmasını məqsədə müvafiq hesab edir. Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı-nın Suraxanı RPİ-ə ünvanladığı ərizəsinə baxılaraq araşdırma aparılmışdır. Müraciətlə əlaqədar araşdırma aparılarkən cinayət və inzibati məsuliyyət müəyyən edi!məmişdir. Araşdırma zamanı müraciətinizin mülki xarakterli oldugü müəyyən edilmişdir. Onun məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Ərizəyə əsasən toplanmış sənədlər işə alınaraq saxlanılması üçün dəftərxanaya təhvil verilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı ümumi dəyəri 2100 manat olan özünə məxsus malları cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini hər ayın 15-də 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2100 (iki min bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 41 (qırx bir) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2100 (iki min bir yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova