Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3566/2022 22.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhkəmədə Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia qaldırıb, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 1480.82 ABŞ dolları, faiz borcu üzrə 1928.72 ABŞ dolları olmaqla, cəmi 3409.54 ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 77.96 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1994 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Nərimanov Filialı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə, № A/829 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə 36 ay müddətinə 19.923 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə qədər yerinə yetirməmişdir. Cavabdehin banka olan borcu əsas borc üzrə 1480.82 ABŞ dolları, faiz borcu üzrə 1928.72 ABŞ dolları olmaqla, cəmi 3409.54 ABŞ dolları məbləğində təşkil edir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, cavabdeh bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: - Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Filialı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, № A/829 saylı kredit müqaviləsinə əsasən borc verən “Hyundai Tucson” markalı avtomobilin alınması məqsədi ilə borc alana 36 ay müddətinə, illik 20 % şərtilə 19.923 ABŞ dolları verməyi öhdəsinə götürmüşdür. - 11 avqust 2015-ci il tarixli, İddiaçı QSC ilə "xxxx" ASC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etməsi barədə Cavabdeh məlumat verilmişdir. - "xxxx" ASC tərəfindən xx.xx.2012-ci ildə “Beynəlxalq Sığorta Şirkəti” nə və xx.xx.2012-ci ildə “AR DİN BDYPİ”-yə ünvanlanmış məktublardan görünür ki, Cavabdeh 29 may 2009-cu il tarixli müqavilə üzrə banka olan əsas və faiz borcunu tam şəkildə ödəmişdir. Bununla əlaqədar ipoteka qoyulmuş HYUNDAİ TUCSON markalı, 90 – FN- 635 dövlət qeydiyyat nişanlı minik avtomobilinin girovdan azad edilməsi xahiş edilmişdir. Beləliklə, işin hallarından məlum olur ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı iddia edir ki, müqavilə üzrə yaranmış borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəf əvvəlki məhkəmə iclasında təqdim etdiyi sənədlərə əsaslanaraq borcunun olmadığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. İşin hallarından görünür ki, cavabdeh - "xxxx" ASC ilə bağladığı xx.xx.2009-cu il tarixli müqavilə ilə bank qarşısında kredit öhdəlikləri götürsə də, həmin bankın verdiyi 2012-ci il tarixli məktublardan görünür ki, cavabdeh bank qarşısında öhdəliyini icra etmişdir. Deməli, cavabdehin xx.xx.2009-cu il tarixli müqavilə üzrə hər hansı bir öhdəliyi qalmamışdır. Ona görə də, tələb əsaslı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı AQRARKREDİT QSC BOKT-un cavabdeh Kərı̇ mov Əzı̇ zağa Hüseyn oğluna qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3566/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3566/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver