Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3568/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dairiddia ərizəsiilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli podrat müqaviləsinə xitam verilməsi, cavabdehlərdənhəmin müqavilə üzrə ödənilməyən 6300 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki,Cavabdeh1 məxsus 0,02 ha tərpaq sahəsi üzərində 68 kv. metr sahəsi olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə əlaqədar tərəflər araında ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən Cavabdeh1 ilkin olaraq 2800 manat ödəniş etməli, sonradan isə xx xxxxxx 2021-ci il tarixədək hər ay 700 manat pulu ona ödəyib qurtarmalı idi. Sonradan isə müqavilə əsasında görülən işlərin siyahısında dəyişiklik edilmiş və sonuncu tarix xx xxxxxxxx 2020-ci il müəyyən olunmuşdur. İddiaçı öz öhdəliyini vaxtında yerinə yetirərək, yaşayış sahəsini hazır edib sifarişçiyə təhvil vermişdi. Sifarişçi olan cavabdeh isə xx xxxxxx 2019-cu ildən başlayaraq heç bir məbləğdə pul vəsaiti ödəməmiş və bununla da, öz öhdəliyini yerinə yetirməyərək iddiaçıya 6300 manat borclu qalmışdır. Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və buna görə cavabdehlər birgə məsuliyyət daşıyırlar. Bunlara əsasın cavabdehlərdən xx xxxxxx 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən 6300 manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənmiş 30 manat məbləğin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq bildirdi ki, internet vasitəsi ilə iddiaçı ilə tanış olmuşdur. Onlar arasında müqavilə bağlanmışdır ki, iddiaçı onun evinin tikintisi ilə məşğul olacaqdır və həmin razılaşma əsasında 700 manat miqdarında ödəniş etmişdir. Onun həmin müqavilə üzrə 6300 manat borcu qalsa da, pulun qalan hissəsini ödəməkdən imtina edir. Belə ki, iddiaçı tərəfindən görülmüş iş onu qane etmir, ev tamamilə yararsız haldadır və orada yaşamaq təhlükəlidir. Belə olan halda iddianı əsassız hesab edir və tələbin rəd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 Nurislan qızı iddia tələbi ilə razılaşmayaraq izahatında göstərdi ki, əvvəla o, əri Cavabdeh1 ilə tam razıdır və hesab edir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyini lazımınca icra etmədiyindən tikitisi aparılmış evdə yaşamaq mümkün deyildir. Digər tərəfdən o, hansısa qəbzi imzalasa da, bu sənəd müqavilə olmadığından onun məsuliyyətinin müəyyən olunması üçün əsas ola bilməz. Belə olan halda iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx xxxxxx 2017-ci il tarixli Podrat müqaviləsindən və ona əlavə olunmuş Ödəniş Cədvəlindən görünür ki, İddiaçı – “Podratçı” və Cavabdeh1 – “Sifarişçi” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən İddiaçı tərəfindən Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində sifarişçiyə aid olan 0,2 ha torpaq sahəsində ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinin tam tikintisini Cavabdeh1 isə 29300 manat pul vəsaiyini tərəflər arasında razılaşdırılmış cədvəl üzrə ödənilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli Aktla müəyyən edilir ki, İddiaçı və sifarişçi Cavabdeh1 xx xxxxxx 2017-ci ildə bağlanmış podrat müqaviləsi əsasında işlər podratçı tərfindən tam yerinə yetirilmiş və təhvil verilmiş, sifarişçi görülən işlərdən tam razı olmaqla podrat müqaviləsi üzrə qalan məbləği ödəniş cədvəlində göstərilən qaydada ödəyəcəkdir. Yuxarəda təsvir olunanlardan müəyyən olunur ki, tərəflər arasında görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixli Podrat müqaviləsinəəsasən 6300 manat məbləğində borcun ödənilməsi ilə bağlı öhdəliyi yaranmışdır. Məhkəmə tərəflər arasında tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli müqaviləni və onların məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, hazırkı mübahisəli hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, 12dekabr 2017-ci il tarixində Cavabdeh1 sifarişçi ilə İddiaçı podratçıarasında müqavilə bağlanmış, müqaviləyə əsasən podratçı,Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində sifarişçiyə aid olan 0,2 ha torpaq sahəsində ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinin tikib Cavabdeh1 təhvil verilməsini, sonuncu isə evi qəbul edib ödəniş cədvəlinə uyğun hissə-hisə ödəməklə 29300 manat pul vəsaitini podratçıya ödəməyi öhdələrinə götürmüşlər Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilməsinə dair tələblərini nəzərə alaraq Cavabdeh1 qeyd olunan müqavilə üzrə 6300 manat təşkil edən borcu podratçıya ödəməsini etiraf edir və bu hal işin mübahiəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasn, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin qeyd olunan müddəalarının mənası baxımından iddiaçı üzərinə düşən öhdəliyni yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni iddiaçının gördüyü işlərin dəyərini ödəməyə borcludur. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi (podrat işləri görülməsi) ilə bağlı aralarındakı yazılı müqavilə mövcud olmuş, həmin müqaviləyə əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında evin tikintisi və görülmüş işlərin nəticələri ikitərəfli aktla rəsmiləşdirilərək cavabdeh X1 təhvil verilsə də, sonuncu müqaviə üzrə 29300 manat pul vəsaitinin ödənilməsinə dair öhdəliyini lazımınca icra etməmiş və 6300 manat sifarişçiyə borclu qalmışdır. Bu baxımdan Cavabdeh1 podratçı tərəfindən işin keyfiyyətsiz görülməsi, bununla da öhdəliyini lazımınca icra etmədiyinə görə ona borclu qaldığı 6300 manat pul vəsaitini qaytarmamaqda haqlı olmasına dair dəlillərinə qiymət verən məhkəmə hesab edir ki, bu dəlillər əsassızdır və qeyd etməyi zəruri hesab edir ki, podratçı tərəfindən evin tikintisi başa çatdıqdan sonra sifarişçi Cavabdeh1 hazır işin təhvil-təslim zamanı heç bir qeyd şərt bildirməyərək podratçının icra etdiyi işi qəbul etmişdir. Bununla belə məhkəmə Cavabdeh2 qarşı yönəlmiş iddia tələbini aşağıdakılara əsasən əsaslı hesab etmir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləsindən müəyyən olunur ki, tərəflər podrat müqaviləsini imzalamışlar. Lakin həmin müqavilə ilə Cavabdeh2 üzərinə hər hansı öhdəlik götürməmiş, əsas öhdəlik icra edilmədiyi halda onun hansı mülki məsuliyyəti olduğu müqavilə şərti kimi müəyyən edilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “Ərizə” mövcüddur və iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin ərizəyə istinad etmiş və bu əsasla Cavabdeh2 Nuriclam qızının Cavabdeh1 ilə birgə məsuliyyətə cəlb olunmasını xahiş tmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxəsin razlaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinin tələbinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinin tələbinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 406.1-ci maddəsinin tələbinə sasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 470.1 maddəsinə əssən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilmməsi zaminlik müqaviləsinin etibarsızlığna səbəb olur. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarının təhlili onu göstərir ki, zaminlik öhdəliyinə görə zamin kreditorla borclu arasında mövcüd olan hüquqmünasibətlərinə qoşulmur, ancaq kreditorla müstəqil hüquqmünasibətlərinə daxil olur. Qanunvericiliyin buna dair tələblərini və iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən Cavabdeh2 pul tələbinə dair iddiasının əsası kimi zaminlik münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə istinad olunsa da, yuxarıda qeyd olunan «Ərizə»dən başqa heç bir sübut təqdim edilməmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 həmin ərizəni imzalasa da, bu ərizə özü-özlüyündə sonuncunun qanunvericilikə nəzərdə tutulmuş qaydada və əsaslarla zaminlik müqaviləsi bağlandığını ifadə etmir və onun (Cavabdeh2) xx xxxxxx 2017-ci il tarixli Podrat müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsi halı üçün zamin kimi məsuliyət daşıdıması istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh1 6300 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli podrat müqaviləsinə xitam verilsin. Cavabdeh1 qeyd olunan müqavilə üzrə 6300 (altı min üç yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6330 (altı min üç yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia rədd olunsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3568/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3568/2020
26.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver