Məhkəmə qərarları › İş №2(010)-3575/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3575/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3575/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli (bundan sonra mətndə "xxxx" MMC) Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73371 Huawei P Smart markalı telefon üçün 172 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu, 19.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37471 Xiaomi Redmi 7 markalı telefon üçün 145 manat öənilməmiş hissə, 42 manat dəbbə pulu, 04.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********77322 Sony Xperia L3 markalı telefon üçün 199 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu, 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71147 Blackview BVİ000 markalı telefon üçün 17 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 5 markalı kompüter üçün 1098,8 manat ödənilməmiş hissə, 326,2 manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********58499 X7 8T markalı telefon üçün 444,2 manat ödənilməmiş hissə, 135,8 manat dəbbə pulu, 18.04.2020-ci il tarixli müqaviləsinə əsasən, LG markalı kondisioner üçün 1667,4 manat ödənilməmiş hissə, 498,6 manat dəbbə pulu, 20.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********03191 Huawei P Smart markalı telefon üçün 369,6 manat ödənilməmiş hissə, 111,4 manat dəbbə pulu, ümumilikdə 5343 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə 20.08.2019-cu il, 19.09.2019-cu il, 04.10.2019-cu il, 07.01.2020-ci il, 03.02.2020-ci il, 28.02.2020-ci il, 18.04.2020-ci il və 20.04.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********73371 Huawei P Smart markalı telefon, İMEİ kodu **********37471 Xiaomi Redmi 7 markalı telefon, İMEİ kodu **********77322 Sony Xperia L3 markalı telefon, İMEİ kodu **********71147 Blackview BV1000 markalı telefon, Acer Aspire 5 markalı kompüter, İMEİ kodu **********58499 X7 8T markalı telefon, LG markalı kondisioner, İMEİ kodu **********03191 Huawei P Smart markalı telefon almış və nəticədə 5343 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516 manat olan İMEİ kodu **********73371 Huawei P Smart markalı telefon üçün ümumilikdə, 223 manat olmaqla ondan 172 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu, 19.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 460 manat olan İMEİ kodu **********37471 Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə, 187 manat olmaqla ondan 145 manat öənilməmiş hissə, 42 manat dəbbə pulu, 04.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675 manat olan İMEİ kodu **********77322 Sony Xperia L3 markalı telefon üçün ümumilikdə, 260 manat olmaqla ondan 199 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu, 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 100,2 manat olan İMEİ kodu **********71147 Blackview BV1000 markalı telefon üçün ümumilikdə, 21 manat olmaqla ondan 17 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1764,8 manat olan Acer Aspire 5 markalı kompüter üçün ümumilikdə, 1425 manat olmaqla ondan 1098,8 manat ödənilməmiş hissə, 326,2 manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 601,2 manat olan İMEİ kodu **********58499 X7 8T markalı telefon üçün ümumilikdə, 580 manat olmaqla ondan 444,2 manat ödənilməmiş hissə, 135,8 manat dəbbə pulu, 18.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2100,4 manat olan LG markalı kondisioner üçün ümumilikdə, 2166 manat olmaqla ondan 1667,4 manat ödənilməmiş hissə, 498,6 manat dəbbə pulu, 20.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576,6 manat olan İMEİ kodu **********03191 Huawei P Smart markalı telefon üçün ümumilikdə, 481 manat olmaqla ondan 369,6 manat ödənilməmiş hissə, 111,4 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2681,2 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan 20.08.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 516 manat olan İMEİ kodu **********73371 Huawei P Smart markalı telefon almışdır. 20.08.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********73371 Huawei P Smart markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********73371 Huawei P Smart markalı telefon üçün cavabdehin 172 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu, ümumilikdə 223 manat borcu yaranmışdır. 19.09.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 460 manat olan İMEİ kodu **********37471 Xiaomi Redmi 7 markalı telefon almışdır. 19.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********37471 Xiaomi Redmi 7 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********37471 Xiaomi Redmi 7 markalı telefon üçün cavabdehin 145 manat öənilməmiş hissə, 42 manat dəbbə pulu, ümumilikdə 187 manat borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.10.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 675 manat olan İMEİ kodu **********77322 Sony Xperia L3 markalı telefon almışdır. 04.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********77322 Sony Xperia L3 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə İMEİ kodu **********77322 Sony Xperia L3 markalı telefon üçün cavabdehin 199 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu, ümumilikdə 260 manat borcu yaranmışdır. 07.01.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 100,2 manat olan İMEİ kodu **********71147 Blackview BV1000 markalı telefon almışdır. 07.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********71147 Blackview BV1000 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********71147 Blackview BV1000 markalı telefon üçün cavabdehin 17 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, ümumilikdə 21 manat borcu yaranmışdır. 03.02.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1764,8 manat olan Acer Aspire 5 markalı kompüter almışdır. 03.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Acer Aspire 5 markalı kompüteri təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Acer Aspire 5 markalı kompüter üçün cavabdehin 1098,8 manat ödənilməmiş hissə, 326,20 manat dəbbə pulu, ümumilikdə 1425 manat borcu yaranmışdır. 28.02.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 601,2 manat olan İMEİ kodu **********58499 X7 8T markalı telefon almışdır. 28.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********58499 X7 8T markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********58499 X7 8T markalı telefon üçün cavabdehin 444,2 manat ödənilməmiş hissə, 135,8 manat dəbbə pulu, ümumilikdə 580 manat borcu yaranmışdır. 18.04.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2100,4 manat olan LG markalı kondisioner almışdır. 18.04.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh LG markalı kondisioneri təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən LG markalı kondisioner üçün cavabdehin 1667,4 manat ödənilməmiş hissə, 498,6 manat dəbbə pulu, ümumilikdə 2166 manat borcu yaranmışdır. 20.04.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 576,6 manat olan İMEİ kodu **********03191 Huawei P Smart markalı telefon almışdır. 20.04.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Huawei P Smart markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********03191 Huawei P Smart markalı telefon üçün cavabdehin 369,6 manat ödənilməmiş hissə, 111,4 manat dəbbə pulu, ümumilikdə 481 manat borcu yaranmışdır. 16.12.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. 21.05.2021-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən müqavilələr üzrə ödənilməmiş əsas borcların tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulları yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, bütün müqavilələr üzrə dəbbə pulu azaldılaraq 20.08.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 19.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 04.10.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 03.02.2020-ci il tarixli müqavilə üzrə 10 manat, 28.02.2020-ci il tarixli müqavilə üzrə 5 manat, 18.04.2020-ci il tarixli müqavilə üzrə 10 manat, 20.04.2020-ci il tarixli müqavilə üzrə 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.08.2019-cu il tarixli müqavilə üzrə 172 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 19.09.2019-cu il tarixli müqavilə üzrə 145 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 04.10.2019-cu il tarixli müqavilə üzrə 199 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 07.01.2020-ci il tarixli müqavilə üzrə 17 manat ödənilməmiş hissə və 4 manat dəbbə, 03.02.2020-ci il tarixli müqavilə üzrə 1098,8 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 28.02.2020-ci il tarixli müqavilə üzrə 444,2 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 18.04.2020-ci il tarixli müqavilə üzrə 1667,4 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 20.04.2020-ci il tarixli müqavilə üzrə 369,6 manat ödənilməmiş hissə və 10 manat dəbbə, ümumilikdə 4187 manat pul tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 6,50 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20.08.2019-cu il tarixli müqavilə üzrə 172 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 19.09.2019-cu il tarixli müqavilə üzrə 145 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 04.10.2019-cu il tarixli müqavilə üzrə 199 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 07.01.2020-ci il tarixli müqavilə üzrə 17 manat ödənilməmiş hissə və 4 manat dəbbə, 03.02.2020-ci il tarixli müqavilə üzrə 1098,8 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 28.02.2020-ci il tarixli müqavilə üzrə 444,2 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 18.04.2020-ci il tarixli müqavilə üzrə 1667,4 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 20.04.2020-ci il tarixli müqavilə üzrə 369,6 manat ödənilməmiş hissə və 10 manat dəbbə, ümumilikdə 4187 (dörd min bir yüz səksən yeddi) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,50 (iyirmi üç manat əlli qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 6,50 (altı manat əlli qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar