Məhkəmə qərarları › İş №2(010)-3598/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3598/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3598/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********07443 HOFFMANN Neo A700 markalı telefon üçün 24 manat ödənilməmiş hissə, 2 manat cərimə, İMEİ kodu **********92350 Samsung J 320 markalı telefon üçün 246 manat ödənilməmiş hissə, 25 manat cərimə, DOGA markalı dolab, çarpayı, sağ və sol komidin, Uretan döşək üçün 259 manat ödənilməmiş hissə, 26 manat cərimə və DOGA termo üçün 359 manat ödənilməmiş hissə, 36 manat cərimə olmaqla ümumilikdə 977 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017ci il tarixli və xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********07443 HOFFMANN Neo A700 markalı telefon, İMEİ kodu **********92350 Samsung J 320 markalı telefon, DOGA markalı dolab, çarpayı, sağ və sol komidin, Uretan döşək, DOGA termo almış və nəticədə 977 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 348 manat İMEİ kodu **********07443 HOFFMANN Neo A700 markalı telefon üçün 26 manat olmaqla ondan 24 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 546 manat İMEİ kodu **********92350 Samsung J 320 markalı telefon üçün 271 manat olmaqla ondan, 246 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3096 manat DOGA markalı dolab, çarpayı, sağ və sol komidin, Uretan döşək üçün 285 manat olmaqla ondan, 259 manat ödənilməmiş hissə, 26 manat cərimə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 558 manat DOGA termo üçün 395 manat olmaqla ondan, 359 manat ödənilməmiş hissə, 36 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3660manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli K14267 saylı Müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC cavabdehə 12 ay müddətinə hər ay 29 manat olmaqla, cəmi qiyməti 348 manat olan HOFFMANN Neo A700 markalı telefon satmış, Cavabdeh isə onu qəbul edib, qiymətini «xxxxxxxxxxx» MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli K080096 saylı Müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC cavabdehə 12 ay müddətinə hər ay 41 manat və ilkin ödəniş 54 manat olmaqla, cəmi qiyməti 546 manat olan Samsung J 320 markalı telefon satmış, Cavabdeh isə onu qəbul edib, qiymətini «xxxxxxxxxxx» MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22H120308 saylı Müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC cavabdehə 24 ay müddətinə hər ay 129 manat olmaqla, cəmi qiyməti 3096 manat olan DOGA markalı dolab, çarpayı, sağ və sol komidin, Uretan döşək satmış, Cavabdeh isə onu qəbul edib, qiymətini «xxxxxxxxxxx» MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. iş materiallarına əlavə edilmiş «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22H125805 saylı Müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC cavabdehə 18 ay müddətinə hər ay 31 manat olmaqla, cəmi qiyməti 558 manat olan DOGA termo satmış, Cavabdeh isə onu qəbul edib, termonun qiymətini «xxxxxxxxxxx» MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxx» MMC-nin xx.xx.2020-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə 888 manat ödənilməmiş məbləğ, 89 manat cərimə borcu olmaqla, cəmi 977 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, «xxxxxxxxxxx» MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017ci il tarixli müqaviləsinə əsasən HOFFMANN Neo A700 markalı telefon, Samsung J 320 markalı telefon, DOGA markalı dolab, çarpayı, sağ və sol komidin, Uretan döşək, DOGA termo almış və nəticədə 977 (doqquz yüz yetmiş yeddi) manat borc yaranmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməs(lər)i nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdeh(lər)dən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr üzrə 888 manat ödənilməmiş məbləğ, 89 manat cərimə borcu olmaqla, cəmi 977 (doqquz yüz yetmiş yeddi) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar