Məhkəmə qərarları › İş №2(010)-3599/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3599/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3599/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh X3 iştirakları ilə, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X5 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, künc divan Adona Mobilya-Zeta, PUFİK üçün 325 manat ödənilməmiş hissə, 111 manat dəbbə cəmi 436 manat, İMEİ kodu **********14177 LG G7 markalı telefon üçün 2299manat ödənilməmiş hissə,518manat dəbbə pulucəmi 2817 manatümumilikdə 5253 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3283 manat cavabdeh X2 alınaraq ‘‘xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən künc divan Adona Mobilya-Zeta, PUFİK, İMEİ kodu **********14177 LG G7 markalı telefon almış və nəticədə 3253 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1476 manat (12 ay x 123 manat + 0 manat ilkin ödəniş) olan künc divan Adona Mobilya-Zeta, PUFİK üçün 436 manat olmaqla ondan 325 manat ödənilməmiş hissə, 111 manat dəbbə və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən alqı-satqı qiyməti 2760 manat (24 ay x 115 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********14177 LG G7 markalı telefon üçün 2817 manat olmaqla ondan 2299manat ödənilməmiş hissə, 518manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1612 manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, iddiaçıdan nisyə aldığı əşyalara görə fasilələrlə olsa da, ödənişləri həyata keçirtmiş, lakin 2020-ci ilin may ayında ixtisara düşərək işsiz qaldığına görə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Bununla belə öhdəliyin icrasından imtina etmir, hissə-hissə yaranmış borcunu ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, X6– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənX5 dəyəri 1476 manat olan künc divan Adona Mobilya-Zeta, PUFİK üçün ilkin ödənişsighər ay 1234 manat ödəmək şərti ilə 12ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, X6– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənX5 dəyəri 2760 manat olan LG G7 markalı telefon üçün ilkin ödənişsizhər ay 115 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” X3 xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 325 manat ödənilməmiş əsas məbləğ və 111 manat dəbbə pulu olmaqla – cəmi 436manat və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2299 manat ödənilməmiş əsas məbləğ və 518 manat dəbbə pulu olmaqla – cəmi 3253manat məbləğində borcu vardır. Alıcı əsas borcundan 1612 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı X5 cəmi dəyəri 1476 manat olan künc divan Adona Mobilya-Zeta, PUFİK üçün 325 manat ödənilməmiş hissə, 111 manat dəbbə cəmi 436 manat, İMEİ kodu **********14177 LG G7 markalı telefon üçün 2299manat ödənilməmiş hissə, 518manat dəbbə pulucəmi 2817 manatümumilikdə 5253 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X6 xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli alqı-satqı Müqavilələri üzrə özöhdəliyini yerinə yetirməmiş və buna görə də, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 325 manat ödənilməmiş əsas məbləğ və 08.072018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2624 manat ödənilməmiş əsas məbləğində pul vəsaiti tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən cəmi 629 manat məbləğində dəbbə pulunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən 17.01 2018-cu il və xx.xx.2018-ci il tarixli Alğı-satqı müqavilələri üzrə hər bir müqavilə üzrə 5 manat olmaqla cəmi 10 manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 325 manat məbləğində ödənilməmiş dəyəri və 5 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 330manat məbləğində; xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 2299 manat məbləğində ödənilməmiş dəyəri və 5 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 2304 manat məbləğində olmaqla ümumilikdə 2706 manat pul vəsaiti “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 325 manat məbləğində ödənilməmiş dəyəri və 5 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 330manat məbləğində; xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 2299 manat məbləğində ödənilməmiş dəyəri və 5 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 2304 manat məbləğində olmaqla ümumilikdə 2706 məbləğində ödənilməmiş dəyəri və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar