Məhkəmə qərarları › İş №2(010)-360/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-360/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-360/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 38.394,84 manat əsas borc və 1.850,95 manat faiz borcu və 3.701, 90 manat dəbbə pulu olmaqla, cəmi 43.947,69 manat məbləğində borcun “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda 0.09 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçı “xxxx” ASC-yə 43.947,69 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə “xxxx” ASC arasında xx xxxxxx 2011-ci ildə 199-11/İ №-li kredit müqaviləsi bağlanmışdır. Həmin Kredit müqaviləsinə əsasən Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçsəində yerləşən 42 saylı yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə, illik 8 % olmaqla, 45.000 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış İpoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçsəində yerləşən 42 saylı yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, kreditin ödəniş qrafikinə riayət etməmişdir. Yəni, kreditin ödəniş qrafikinə riayət etmədiyi üçün Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixədək Banka 38.394,84 manat məbləğində əsas kredit borcu, 1.850,95 manat faiz borcu və 3.701, 90 manat dəbbə pulu borcu olmaqla - cəmi 43.947,69 manat məbləğində borcu yaranmışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsi, xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı Kredit müqaviləsi üzrə 38.394,84 manat əsas borc, 1.850,95 manat faiz borcu və 3.701, 90 manat dəbbə pulu olmaqla, cəmi 43.947,69 manat məbləğində borcun “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçı “xxxx” ASC-yə 43.947,69 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, onunla “xxxx” ASC arasında xx xxxxxx 2011-ci ildə 199-11/İ №-li kredit müqaviləsi bağlanmışdır. Həmin Kredit müqaviləsinə əsasən ona Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçsəində yerləşən 42 saylı yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə, illik 8 % olmaqla, 45.000 mana məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq iddiaçı “xxxx” ASC ilə cavabdeh onun arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış İpoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçsəində yerləşən 42 saylı yaşayış evi ipoteka ilə yüklü edilmişdir. O, bir müddət ödəniş etsə də, sonradan maddi imkansızlığı səbəbindən ödənişlər edə bilməmişdir. Ona görə iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2011-ci il il tarixli 199-11/İ saylı Kredit Müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən adı çəkilən şəxsə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçsəində yerləşən 42 saylı yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 % olmaqla, 45.000 (qırx beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, “xxxx” ASC ilə bağlanmış xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixinə 38.394,84 manat əsas borc, 1.850,95 manat faiz borcu və 3.701,90 manat dəbbə pulu olmaqla - cəmi 43.947,69 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı Kredit Müqaviləsi ilə götürdüyü kredit öhdəliklərini pozaraq lazımınca icra etməmiş və “xxxx” ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı Kredit Müqaviləsinin ləğv edilməsi və Cavabdeh 38.394,84 manat məbləğində əsas borcu, 1.850,95 manat məbləğində faiz borcu və 3.701,90 manat dəbbə pulunun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Məhkəmə, iddianın “tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda 0.09 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçı “xxxx” ASC-yə 43.947,69 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi” barədə hissələrini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissələri də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli 199-11/İ №-li Alqı-satqı və İpoteka müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka saxlayan “xxxx” ASC və ipoteka qoyan Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan ünvan 1 42 ünvanında yerləşən 2 mərtəbəli, 0.09 ha torpaq sahəsində yerləşən yaşayış evi “alıcı-ipoteka qoyan” Cavabdeh tərəfindən “kreditor- ipoteka saxlayan” “xxxx” ASC qarşısında xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MA seriyalı 03011848 №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanda 0.09 ha torpaq sahəsi və üzərindəki 42 №-li fərdi yaşayış evinə hüququ “xxxx” ASC-nin xeyrinə 25 il müddətinə ipoteka ilə yüklü edilmiş və bu xx xxxxxx 2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 34 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş verilmiş və həmin bildiriş müvafiq qaydada rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanda 0.09 ha torpaq sahəsi və üzərindəki 42 №-li fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə yuxarıda qeyd olunan kredit müqaviləsi əsasında alınmış kreditin qaytarılmasının təminatı olaraq ipotekaya qoyularkən və məlum ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın ailə üzvləri mənzilin ipotekaya qoyulmasına razılıq verərək, həmin mənzilə tutma yönəldildikdə və mənzil satıldıqda onu tərk etmək barədə öhdəlik götürmüşlər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatətinə əsasən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün təyin edilmiş müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 001 №-li daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda ünvan 1 ünvanda 0.09 ha torpaq sahəsi və üzərindəki 42 №-li fərdi yaşayış evinin bazar qiyməti 83.000 manat və likvid dəyəri 73.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən,açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olarsa - ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz)manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı Kredit Müqaviləsi ləğv edilməli, Cavabdeh 38.394,84 manat məbləğində əsas borc, 1.850,95 manat məbləğində faiz borcu, 3.701,90 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 43.977,69 manat məbləğində borc iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı, cavabdehdən tutulmalı olan borc məbləği “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan ünvan 2ndə yerləşən 0.09 ha torpaq sahəsi və üzərindəki 42 №-li fərdi yaşayış evinə yönəldilməli, həmim əmlakın ilkin satış qiyməti 73.000 manat məbləğində müəyyən edilməli və qeyd olunan mənzil açıq hərracdan satılaraq, borc ödənilməlidir. Tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmeti olan ünvan 1 ünvanda 0.09 ha torpaq sahəsi və üzərindəki 42 №-li fərdi yaşayış evinın boşaldılması və Cavabdeh ilə birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 199-11/İ saylı Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh 38.394,84 (otuz səkkiz min üç yüz doxsan dörd manat 84 qəpik) manat məbləğində əsas borc, 1.850,95 (min səkkiz yüz əlli manat 95 qəpik) manat məbləğində faiz borcu, 3.701,90 manat məbləğində dəbbə puıu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 43.977,69 (qırx üç min doqquz yüz yetmiş yeddi manat 69 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan cəmi 43.977,69 (qırx üç min doqquz yüz yetmiş yeddi manat 69 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 2ndə yerləşən 0.09 ha torpaq sahəsi və üzərindəki 42 №-li fərdi yaşayış evinə yönəldilsin və həmin mənzil açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilsin. İpoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 2ndə yerləşən 0.09 ha torpaq sahəsi və üzərindəki 42 №-li fərdi yaşayış evinin ilkin satış qiyməti 73.000 (yetmiş üç min) manat məbləğində müəyyən edilsin. Tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmeti olan ünvan 2ndə yerləşən 0.09 ha torpaq sahəsi və üzərindəki 42 №-li fərdi yaşayış evinin boşaldılması və Cavabdeh ilə birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması təmin edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar