Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3603/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5061,23 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5091,23 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Sabunçu filialı, (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİKİBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X3 iddianı müdafiə edərək öz izahatında bildirdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci tarixli, 12-42 Qaz paylayıcısı ilə məişət-qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "İddiaçı” İB-nin Bakı Regional qazın satışı Departamentı tərəfindən **********00175 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları’ nın tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla və qaz sayğacına müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında" aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 237,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 181,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 156,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 406,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 1944 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 329,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.102019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 33,60 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 5061,23 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X1 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları"na əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 D ünvanında yaşayan Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş **********00175 saylı abonent Cavabdeh saldosundan və Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki,İddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 237,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 181,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 156,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 406,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 1944 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 329,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.102019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 33,60 manat manat olmaqladəymiş zərər hesablamışdır. İş materiallarına əlavə edilmiş foto şəkillərdən və aktlardan görünür ki, ünvan 3 D ünvanına quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sökülərək özbaşına olaraq qaz xəttinə qeyri-qanuni qoşulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki,iddiaçı tərəf cavabdehə itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5061,23 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 5091,23 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsini xahiş etmişdir. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulduğu və qaz sayğaclarına müdaxilə etdiyi üçün aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən borcun hesablandığını iddia edir. Mübahisəli ünvanda kənar xəttin qoşulması ilə bağlı aktlara əlavə olunmuş fotoşəkillərdən aydın olunur. Göründüyü kimi cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz olaraq 2447.60 manat ödənilməsi ilə bağlı olaraq qaz sayğacına qanunsuz müdaxiləyə görə tələb irəli sürmüşdür. Ona görə də məhkəmə həmin hissədə iddia ərizəsini əsaslı hesab etmir və hesab edir ki, həmin hissədə ərizə rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış (4995-2447.60) 2547.40 manat məbləğində dəymiş ziyan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, yuxarıda qeyd olunan normanın tələblərinə görə iddiaçı ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2547.40 (iki min beş yüz qırx yeddi manat, qırx qəpik) manat məbləğində dəymiş ziyanvə 30 (otuz) manat dövlət rüsumu məcburi qaydada tutularaq İddiaçı İB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3603/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3603/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver