Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3604/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı pul tələbinə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-cı il tarixli 2(072)-45/2017 saylı qərardadı ilə Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı pul tələbinə dair 2(072)-45/2017 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən xx xxxx 1997-ci il tarixdə, Qusar rayonu Hil kəndində anadan olmuş X3 hazırki iş üzrə cavabdeh deyildir. İş üzrə cavabdehlər xx xxxx 1979-cu il təvəllüdlü X4 və xx xxxx 1981-ci il təvəllüdlü X8 Bakı şəhəri, Suraxanı rayonu,Y/Günəşli Q-massivindəki 24 saylı evin 35-ci mənzilində yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən, qanunla başqa hal nəzərdə tutulnanışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin mülki işə aidiyyətinə görə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılmalı olması ilə əlaqədar Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2.-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, hazırki mülki işə münasibətdə prosesual qanunvericiliyin tələbi ondan ibarətdir ki, iddiaya cavab verməli olmayan şəxsə verildikdə həmin şəxsin cavabdehin əsl cavabdehlə əvəz olunması yalnız iddiaçının razılığı ilə ola bilər. İddiaçı razı olmadığı halda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmalıdır. Bu baxımdan qeyd edilməlidir ki, iş materiallarında iddiaçının cavabdeh kimi qeyd olunmuş xx xxxx 1997-ci il tarixdə,Qusar rayonu Hil kəndində anadan olmuş X1 başqa bir cavabdehlə əvəz olunması barədə məlumat yoxdur. Digər tərəfdən Elektron Məhkəmə İnformasiya Sisteminin “Şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, digər cavabdeh – xx.xx.1981-ci ildə Laçın rayonunda doğulmuş Cavabdeh2 rəsmi qeydiyyatda olan yer Suraxanı rayonu deyildir. Onun Suraxanı rayonu ərazisində məskunlaşdığını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti mülki prosessual qanunvericilikdə dəqiq müəyyən edilmiş və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün tam aydın olaraq göstərilmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin faktiki olaraq yaşadığı hər hansı bir ünvana görə məhkəmə aidiyyətinin müəyyən edilməli olması mənasını daşımır. Belə ki, mülki işə cavabdehin göstərdiyi hər hansı bir ünvana görə baxıla bilməsi bu və ya digər işin hansı məhkəmədə baxılmasına dair qeyri-müəyyənlik yaratmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Yuxarıda qeyd edilən hallar Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X5 və X6 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Ləğv prosesində olan İddiaçıX7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(010)-3604/2020 nömrəli mülki iş ərazi aiddiyyatının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3604/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3604/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver