Məhkəmə qərarları › İş №2(010)-361/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-361/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-361/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 10472.57 AZN əsas borc, 662.81 AZN faiz, 66.82 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 11202.20 AZN və 123.61 manat ödənilmiş dövlət rüsumunun tutulması. İddia tələbinin dəlilləri Cavabdeh xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 11060 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il oktyabrın 14-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10472.57 manat əsas borc, 662.81 manat faiz, 267.29 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11402.67 manat məbləğində borcu vardır. Cavabdehnın banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 267.29 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 66.82 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, o, maddi vəziyyəti ağır olduğu üçün iddiaçı bankın xeyrinə heç bir ödəniş həyata keçirməmişdir. Ödənişləri etməyə imkanı yoxdur. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 11-Y-2-0-532-22 saylı Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC-dən illik 17 faizlə 36 ay müddətinə 11060 manat məbləğində borcunun qaytarılmasını Cavabdeh öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASCdən 11060 manat məbləğində kredit vəsaitini qəbul etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 10472.57 manat əsas borc, 662.81 manat faiz, 267.28 manat cərimə borcu olmaqla, ümumilikdə 11402,67 manat məbləğində borcu vardr. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən iddiaçının xeyrinə sonuncu dəfə ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 11-Y-2-0-532-22 saylı Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı illik 17 faizlə 36 ay müddətinə 11060 manat məbləğində pul vəsaitini cavabdehin sərəncamına vermiş, cavabdeh isə həmin vəsaitin qaytarılmasını öz üzərinə götürmüşdür. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İş materiallarında əsasən müəyyən olunur ki, cavabdehin sözügedən müqavilə üzrə 10472.57 manat əsas borc, 662.81 manat faiz, 267.29 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11402.67 manat məbləğində borcu vardır. Cavabdehnın banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 267.29 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 66.82 manat məbləğində tələb olunmuşdur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 11-Y-2-0-532-22 saylı Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə əsas borca görə 10472,57 (on min dörd yüz yetmiş iki manat əlli yeddi qəpik) manat, faiz borcuna görə 662,81 (altı yüz altmış iki manat səksən bir qəpik) manat və cərimə borcuna görə 66,82 (altmış altı manat səksən iki qəpik) manat olmaqla, ümumilikdə cəmi 11202,20 (on bir min iki yüz iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 123,61 (yüz iyirmi üç manat altmış bir qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 11-Y-2-0-532-22 saylı Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə əsas borca görə 10472,57 (on min dörd yüz yetmiş iki manat əlli yeddi qəpik) manat, faiz borcuna görə 662,81 (altı yüz altmış iki manat səksən bir qəpik) manat və cərimə borcuna görə 66,82 (altmış altı manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 123,61 (yüz iyirmi üç manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar