Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3612/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 1255 manat ödənilməmiş hissə, 372 manat dəbbə pulu, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 991 manat ödənilməmiş hissə, 293 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMAN markalı soyuducu üçün 1563.8 manat ödənilməmiş hissə, 277.2 manat dəbbə pulu, 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED markalı televizor, Sonorous Surefix markalı asqı üçün 468 manat ödənilməmiş hissə, 137 manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********90942 iPhone 11, İMEİ kodu **********53540 iPhone XR markalı 2 ədəd telefon üçün 3781.6 manat ödənilməmiş hissə, 818.4 manat dəbbə pulu, ümumilikdə 9957 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh "xxxx" MMC ilə 07.07.2019-cu il, 18.09.2019-cu il, 28.12.2019-cu il, 14.02.2020-ci il, 09.03.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Samsung markalı televizor, Samsung LED markalı televizor, HOFFMAN markalı soyuducu, LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, İMEİ kodu **********90942 iPhone 11, İMEİ kodu **********53540 iPhone XR markalı 2 ədəd telefon almış və 9957 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2800 manat olan Samsung markalı televizor üçün 1627 manat olmaqla ondan 1255 manat ödənilməmiş hissə, 372 manat dəbbə pulu, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1602 manat olan Samsung LED markalı televizor üçün 1284 manat olmaqla ondan, 991 manat ödənilməmiş hissə, 293 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1864.8 manat olan HOFFMAN markalı soyuducu üçün 1841 manat olmaqla ondan 1563.8 manat ödənilməmiş hissə, 277.2 manat dəbbə pulu, 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 618 manat olan LG LED markalı televizor, Sonorous Surefix markalı asqı üçün 605 manat olmaqla ondan 468 manat ödənilməmiş hissə, 137 manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 4636.6 manat olan İMEİ kodu **********90942 iPhone 11, İMEİ kodu **********53540 iPhone XR markalı 2 ədəd telefon üçün 4600 manat olmaqla ondan 3781.6 manat ödənilməmiş hissə, 818.4 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3462 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. COVİD-19 koronavirus pandemiyası səbəbindən əmək haqqının verilməsində gecikmələr olduğuna görə qeyd edilən ödənişləri vaxtı-vaxtında ödəyə bilməmişdir. Hazırda həmin borcu birdəfəyə ödəmək iqtidarında deyil. Ailə vəziyyətini və maddi imkanlarının nəzərə alınmasını, buna əsasən dəbbə borcunun silinməsi və borcun hissəhissə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında 07.07.2019-cu il tarixli, 00766776 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 155 manat nağd ödəniş olmaqla, qiyməti 2800 manat olan Samsung markalı televizor satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında 18.09.2019-cu il tarixli, 00922141 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh oğluna 18 ay müddətinə hər ay 89 manat nağd ödəniş olmaqla, qiyməti 1602 manat olan Samsung LED markalı televizor satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında 28.12.2019-cu il tarixli, 01168005 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 24 ay müddətinə hər ay 77.7 manat nağd ödəniş olmaqla, qiyməti 1864.8 manat olan HOFFMAN markalı soyuducu satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında 14.02.2020-ci il tarixli, 20101408 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 51.5 manat nağd ödəniş olmaqla, qiyməti 618 manat olan LG LED markalı televizor, Sonorous Surefix markalı asqı satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında 09.03.2020-ci tarixli, 20162684 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 248.7 manat nağd ödəniş olmaqla, qiyməti 4636.6 manat iPhone 11 və iPhone XR markalı 2 ədəd telefon satmışdır. İş materiallarına əlavə edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh"xxxx" ilə aralarında bağlanmış 07.07.2019-cu il, 18.09.2019-cu il, 28.12.2019-cu il, 14.02.2020-ci il, 09.03.2020-ci il tarixli müqavilələr üzrə ümumilikdə 8059.4 manat ödənilməmiş məbləğ, 1897.6 manat dəbbə borcu, ümumilikdə 9957 borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 7 A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 07.07.2019-cu il, 18.09.2019-cu il, 28.12.2019-cu il, 14.02.2020-ci il, 09.03.2020-ci il tarixli müqavilələrə əsasən telefon və məişət avadanlıqları almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bağlanmış müqavilələr üzrə 8059.4 manat ödənilməmiş hissə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "xxxx" MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 1897.6 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 150 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 8059.4 manat ödənilməmiş məbləğ, 150 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 07.07.2019-cu il, 18.09.2019-cu il, 28.12.2019-cu il, 14.02.2020-ci il, 09.03.2020-ci il tarixli müqavilələr üzrə 8059.4 manat ödənilməmiş məbləğ, 150 manat dəbbə pulu, ümumilikdə 8209.40 (səkkiz min iki yüz doqquz manat, qırx qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3612/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3612/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver