Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3616/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli (bundan sonra mətndə “xxxx” MMC) Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 12 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92090 Samsung Galaxy A6 markalı telefon üçün 158 manat ödənilməmiş hissə, 48 manat dəbbə, 12 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, Marvin-Genc-Dolab, Venetsiya FS-5 markalı mebel əşyaları üçün 867 manat ödənilməmiş hissə, 199 manat dəbbə, 27 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, Asus AU markalı komputer üçün 568,4 manat ödənilməmiş hissə, 168,6 manat dəbbə, 29 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 2039,2 ödənilməmiş hissə, 351,8 manat dəbbə, ümumilikdə 4400 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxx” MMC ilə 12 mart 2019-cu il, 12 sentyabr 2019-cu il, 27 yanvar 2020-ci il və 29 fevral 2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********92090 Samsung Galaxy A6 markalı telefon, Marvin-Genc- Dolab, Venetsiya FS-5 markalı mebel əşyaları, Asus AU markalı komputer, Samsung markalı televizor almış və nəticədə 4400 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 manat olan İMEİ kodu **********92090 Samsung Galaxy A6 markalı telefon üçün 206 manat olmaqla ondan, 158 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, 12 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1224 manat Marvin- Genc-Dolab, Venetsiya FS-5 markalı mebel əşyaları üçün 1066 manat olmaqla ondan, 867 manat ödənilməmiş hissə, 199 manat dəbbə pulu; 27 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 620,4 manat olan Asus AU markalı komputer üçün 737 manat olmaqla ondan 568,4 manat ödənilməmiş hissə, 168,6 manat dəbbə pulu; 29 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2167,2 manat olan Samsung markalı televizor üçün 2391 manat olmaqla, ondan 2039,2 ödənilməmiş hissə, 351,8 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1099 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, “xxxx” ilə 4 müqavilə bağlamış, hər dəfə vaxtında ödəniş etmiş, lakin pandemiya ilə əlaqəli 7-8 ay işləyə bilmədiyindən uzun zamandır ki, ödəniş edə bilməmişdir. Hazırda taksi fəaliyyəti ilə məşğul olur və kirayə maşın götürüb sürür. Aylıq maaşı 450 manat olduğu üçün borcunu birdəfəlik ödəmək imkanına malik deyil, lakin buna baxmayaraq hissə-hissə borcunu ödəyəcəkdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12 mart 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 720 manat olan İMEİ kodu **********92090 Samsung Galaxy A6 markalı telefon markalı telefon almışdır. 12 mart 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********92090 Samsung Galaxy A6 markalı telefon təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********92090 Samsung Galaxy A6 markalı telefon üçün cavabdehin 158 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, ümumilikdə 206 manat borcu yaranmışdır. 12 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqısatqı qiyməti 1224 manat olan Marvin-Genc-Dolab, Venetsiya FS-5 markalı mebel əşyaları almışdır. 12 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Marvin- Genc-Dolab, Venetsiya FS-5 markalı mebel əşyaları təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Marvin-Genc-Dolab, Venetsiya FS-5 markalı mebel əşyaları üçün cavabdehin 867 manat ödənilməmiş hissə, 199 manat dəbbə pulu, ümumilikdə 1066 manat borcu yaranmışdır. 27 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 620,4 manat olan Asus AU markalı komputer almışdır. 27 yanvar 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Asus AU markalı komputer təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Asus AU markalı komputer üçün cavabdehin 568,4 manat ödənilməmiş hissə, 168,6 manat dəbbə pulu, ümumilikdə 737 manat borcu yaranmışdır. 29 fevral 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 2167,2 manat olan Samsung markalı televizor almışdır. 29 fevral 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung markalı televizor təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Samsung markalı televizor üçün cavabdehin 2039,2 ödənilməmiş hissə, 351,8 manat dəbbə pulu, ümumilikdə 2391 manat borcu yaranmışdır. 14.10.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. 18.05.2021-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 12 mart 2019-cu il tarixli müqavilə üzrə 158 manat ödənilməmiş hissə, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 867 manat ödənilməmiş hissə, 27 yanvar 2020-ci il tarixli müqavilə üzrə 568,4 manat ödənilməmiş hissə, 29 fevral 2020-ci il tarixli müqavilə üzrə 2039,2 ödənilməmiş hissənin tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulları yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 12 mart 2019-cu il tarixli müqavilə üzrə 48 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 199 manat dəbbə pulu azaldılaraq 10 manat, 27 yanvar 2020-ci il tarixli müqavilə üzrə 168,6 manat dəbbə pulu azaldılaraq 10 manat, 29 fevral 2020-ci il tarixli müqavilə üzrə 351,8 manat dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 12 mart 2019-cu il tarixli müqavilə üzrə 158 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 867 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 27 yanvar 2020-ci il tarixli müqavilə üzrə 568,4 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 29 fevral 2020-ci il tarixli müqavilə üzrə 2039,2 ödənilməmiş hissə və 10 manat dəbbə, ümumilikdə 3672,6 manat pul tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12 mart 2019-cu il tarixli müqavilə üzrə 158 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 867 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 27 yanvar 2020-ci il tarixli müqavilə üzrə 568,4 manat ödənilməmiş hissə və 10 manat dəbbə, 29 fevral 2020-ci il tarixli müqavilə üzrə 2039,2 ödənilməmiş hissə və 10 manat dəbbə, ümumilikdə 3672,6 (üç min altı yüz yetmiş iki manat altmış qəpik) manat pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 5 (beş) manat hissəsi iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3616/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3616/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver