Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3618/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75676 Samsung Galaxy A50 markalı telefon üçün 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu; 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48219 Samsung Galaxy A70 markalı telefon üçün 810 (səkkiz yüz on) manat ödənilməmiş hissə, 243 (iki yüz qırx üç) manat dəbbə; 22.11.2019-cu il tarixli müqaviləsinə əsasən, GREE markalı kondisioner üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu; 19.12.2019-cu il tarixli müqaviləsinə əsasən, HUAWEİ Band 4 markalı qol saatı üçün 28.6 (iyirmi səkkiz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat, qırx qəpik) manat dəbbə pulu; 22.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17187 Samsung Galaxy S10+ DUAL markalı telefon üçün 2400.4 (iki min dörd yüz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 592.6 (beş yüz doxsan iki manat, altmış qəpik) dəbbə pulu olmaqla ümumilikdə 5052 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 21.09.2019-cu il, 16.11.2019-cu il, 22.11.2019-cu il, 19.12.2019-cu il, 22.01.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********75676 Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********48219 Samsung Galaxy A70 markalı telefon, GREE markalı kondisioner, HUAWEİ Band 4 markalı qol saatı, İMEİ kodu **********17187 Samsung Galaxy S10+ DUAL markalı telefon almış və nəticədə 5052 (beş min əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat (12 ay x 53 manat +0 manat ilkin ödəniş) olan İMEİ kodu **********75676 Samsung Galaxy A50 markalı telefon üçün 344 (üç yüz qırx dörd) manat olmaqla ondan, 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu; 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (min səksən) manat (12 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********48219 Samsung Galaxy A70 markalı telefon üçün 1053 (min əlli üç) manat olmaqla ondan, 810 (səkkiz yüz on) manat ödənilməmiş hissə, 243 (iki yüz qırx üç) manat dəbbə pulu; 22.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 734 (yeddi yüz otuz dörd) manat (12 ay x 60 manat + 14 manat ilkin ödəniş) olan GREE markalı kondisioner üçün 624 (altı yüz iyirmi dörd) manat olmaqla ondan 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu; 19.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 90.6 (doxsan manat, altmış qəpik) manat (6 ay x 15.1 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ Band 4 markalı qol saatı üçün 38 (otuz səkkiz) manat olmaqla ondan 28.6 (yirmi səkkiz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat, qırx qəpik) manat dəbbə pulu; 22.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2541.6 (iki min beş yiiz qırx bir manat, altmış qəpik) manat (18 ay x 141.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********17187 Samsung Galaxy S10+ DUAL markalı telefon üçün 2993 (iki min doqquz yüz doxsan üç) manat olmaqla ondan 2400.4 (iki min dörd yüz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 592.6 (beş yüz doxsan iki manat, altmış qəpik) dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1098.2 manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 21.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A50 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 53 manat ödəməyi öhdəsinə götürmüşdür. 16.11.2019-cu il tarixli tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A70 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 90 manat ödəməyi öhdəsinə götürmüşdür. 22.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC GREE markalı kondisioneri Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 60 manat ödəməyi öhdəsinə götürmüşdür. 19.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC HUAWEİ Band 4 markalı qol saatını Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 6 ay müddətinə ayda 15.1 manat ödəməyi öhdəsinə götürmüşdür. 22.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy S10+ DUAL markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 141.2 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş 18.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə 21.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 636 manat dəyərində mal üçün 265 manat məbləğində əsas borc, 79 manat məbləğində cərimə; 16.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1080 manat dəyərində mal üçün 810 manat məbləğində əsas borc, 243 manat məbləğində cərimə; 22.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 784 manat dəyərində mal üçün 480 manat məbləğində əsas borc, 144 manat məbləğində cərimə; 19.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 90.6 manat dəyərində mal üçün 28.6 manat məbləğində əsas borc, 9.4 manat məbləğində cərimə; 22.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2541.6 manat dəyərində mal üçün 2400.4 manat məbləğində əsas borc, 592.6 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 5052 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 21.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 636 manat olan özünə məxsus Samsung Galaxy A50 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 53 manat olmaqla ödəməyi; 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1080 manat olan özünə məxsus Samsung Galaxy A70 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 90 manat olmaqla ödəməyi; 22.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 636 manat olan özünə məxsus GREE markalı kondisioneri cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 60 manat olmaqla ödəməyi; 19.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 90.6 manat olan özünə məxsus HUAWEİ Band 4 markalı qol saatı cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 6 ay müddətinə ayda 15.1 manat olmaqla ödəməyi və 22.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2541.6 manat olan özünə məxsus Samsung Galaxy S10+ DUAL markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 141.2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının sözügedən müqavilələr üzrə 3984 manat məbləğində əsas borc, 1068 manat cərimə borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilələrin şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 21.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 79 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 10 (on) manat miqdarında; 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 243 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 20 (iyirmi) manat miqdarında; 22.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 144 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 20 (iyirmi) manat miqdarında; 19.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 9.4 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 2 (iki) manat miqdarında; 22.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 592.6 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 50 (əlli) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 265 (iki yüz altmış beş) manat əsas borc, 10 (on) manat məbləğində cərimə; 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 810 (səkkiz yüz on) manat əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə; 22.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 480 (dörd yüz səksən) manat əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə; 19.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 28.6 (iyirmi səkkiz manat altmış qəpik) manat əsas borc, 2 (iki) manat məbləğində cərimə; 22.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2400.4 (iki min dörd yüz manat qırx qəpik) manat əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4086 (dörd min səksən altı) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 265 (iki yüz altmış beş) manat əsas borc, 10 (on) manat məbləğində cərimə; 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 810 (səkkiz yüz on) manat əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə; 22.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 480 (dörd yüz səksən) manat əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə; 19.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 28.6 (iyirmi səkkiz manat altmış qəpik) manat əsas borc, 2 (iki) manat məbləğində cərimə; 22.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2400.4 (iki min dörd yüz manat qırx qəpik) manat əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4086 (dörd min səksən altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3618/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3618/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver