Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3623/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış, 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, X3 Black markalı qulaqlıq üçün 50 (əlli) manat ödənilməmiş hissə, 15 (on beş)manat dəbbə pulu, 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********78224 Samsung Galaxy A20s markalı telefon üçün 481.4 (dörd yüz səksən bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 144.6 (yüz qırx dörd manat, altmış qəpik) manat dəbbə, 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu, 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1148.2 (min yüz qırx səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 277.8 (iki yüz yetmiş yeddi manat, səksən qəpik) manat dəbbə pulu,ümumilikdə 2897 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddianın tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 11.02.2020-ci il, 11.02.2020-ci il, 19.02.2020-ci il, 26.02.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, X3 Black markalı qulaqlıq, İMEİ kodu **********78224 Samsung Galaxy A20s markah telefon, Samsung markah paltaryuyan, Samsung LED markalı televizor almış və nəticədə 2897 (iki min səkkiz yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 60 (altmış) manat (6 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan X3 Black markalı qulaqlıq üçün 65 (altmış beş) manat olmaqla ondan, 50 (əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu; 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 519.4 (beş yüz on doqquz manat, qırx qəpik) manat (14 ay x 37.1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********78224 Samsung Galaxy A20s markalı telefon üçün 626 (altı yüz iyirmi altı) manat olmaqla ondan, 481.4 (dörd yüz səksən bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 144.6 (yüz qırx dörd manat, altmış qəpik) manat dəbbə pulu; 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat 12 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün 780 (yeddi yüz səksən) manat olmaqla ondan 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu; 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1204.2 (min iki yüz dörd manat, iyirmi qəpik) manat (18 ay x 66.9 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün 1426 (min dörd yüz iyirmi altı) manat olmaqla ondan 1148.2 (min yüz qırx səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 277.8 (iki yüz yetmiş yeddi manat,səksən qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 104 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh arasında bağlanmış, 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, X3 Black markalı qulaqlıq üçün 50 (əlli) manat ödənilməmiş hissə, 15 (on beş)manat dəbbə pulu, 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********78224 Samsung Galaxy A20s markalı telefon üçün 481.4 (dörd yüz səksən bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 144.6 (yüz qırx dörd manat, altmış qəpik) manat dəbbə, 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu, 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1148.2 (min yüz qırx səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 277.8 (iki yüz yetmiş yeddi manat, səksən qəpik) manat dəbbə pulu,ümumilikdə 2897 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatına əsasən iddia tələbini qəbul etdiyini, borcun hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməlidir. Mülki iş materiallarında olan 11.02.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən X3 Black markalı qulaqlıq almış və həmin əşyanı alınmasına görə 60 manat pulu 6 ay ərzində, ilkin ödənişsiz, hər ay 10 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 11.02.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Samsung Galaxy A20s markalı telefon almış və həmin əşyanı alınmasına görə 519,4 manat pulu 14 ay ərzində, ilkin ödənişsiz, hər ay 37,1 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 19.02.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Samsung markalı paltaryuyan almış və həmin əşyanı alınmasına görə 600 manat pulu 12 ay ərzində, ilkin ödənişsiz, hər ay 50 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 26.02.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Samsung LED markalı televizor almış və həmin əşyanı alınmasına görə 1204,2 manat pulu 18 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 66,9 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 16 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən X3 Black markalı qulaqlıq üçün 50 (əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu olmaqla ümumilikdə 65 (altmış beş) manat; 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78224 Samsung Galaxy A20s markalı telefon üçün 481,4 (dörd yüz səksən bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 144,6 (bir yüz qırx dörd manat altmış qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 626 (altı yüz iyirmi altı) manat miqdarında borcu vardır. 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı Paltaryuyan üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (bir yüz səksən) manat dəbbə pulu olmaqla, ümumilikdə 780 (yeddi yüz səksən) manat miqdarında borcu vardır. 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1148,2 (bir min bir yüz qırx səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 277,8 (iki yüz yetmiş yeddi manat səksən qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1426 (bir min dörd yüz iyirmi altı) manat miqdarında borcu vardır. Bütün müqavilələr üzrə 2279,6 (iki min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat ödənilməmiş əsas borc, 617,4 (altı yüz on yeddi manat qırx qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 2897 (iki min səkkiz doxsan yeddi) manat məbləğində borcu vardır. Mülki iş materiallarında olan 23 dekabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 14.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11.02.2020-ci il, 11.02.2020-ci il, 19.02.2020-ci il, 26.02.2020-ci il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh "xxxx" MMC ilə tarixlərindəki müqavilələrinə əsasən, X3 Black markalı qulaqlıq, İMEİ kodu **********78224 Samsung Galaxy A20s markalı telefon, Samsung markalı paltaryuyan, Samsung LED markalı televizor almış və nəticədə 2897 (iki min səkkiz yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 60 (altmış) manat (6 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan X3 Black markalı qulaqlıq üçün 65 (altmış beş) manat olmaqla ondan, 50 (əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu; 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 519.4 (beş yüz on doqquz manat, qırx qəpik) manat (14 ay x 37.1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********78224 Samsung Galaxy A20s markalı telefon üçün 626 (altı yüz iyirmi altı) manat olmaqla ondan, 481.4 (dörd yüz səksən bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 144.6 (yüz qırx dörd manat, altmış qəpik) manat dəbbə pulu; 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altıyüz) manat ' 12 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün 780 (yeddi yüz səksən) manat olmaqla ondan 600 (altı yüz) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu; 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1204.2 (min iki yüz dörd manat, iyirmi qəpik) manat (18 ay x 66.9 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün 1426 (min dörd yüz iyirmi altı) manat olmaqla ondan 1148.2 (min yüz qırx səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 277.8 (iki yüz yetmiş yeddi manat,səksən qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cəmi bütün müqavilələr üçün 2279,6 (iki min iki yüz yetmiş doqquz) manat ödənilməmiş əsas borc, 617,4 (altı yüz on yeddi manat qırx qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2279,6 (iki min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 11.02.2020-ci il, 11.02.2020-ci il, 19.02.2020-ci il, 26.02.2020-ci il müqaviləsinin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2279,6 (iki min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində əsas borca tənasübsüz olaraq 617,4 (altı yüz on yeddi manat qırx qəpik) manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 617,4 (altı yüz on yeddi manat qırx qəpik) manat məbləğində cərimə pulu azaldılaraq 50 (əlli) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2279,6 (iki min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat ödənilməmiş əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 2329,6 (iki min üç yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun əvəzi olaraq 24 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2279,6 (iki min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat ödənilməmiş əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 2329,6 (iki min üç yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 24 (iyirmi dörd) manat məbləğində pul iddia qismən təmin edildiyindən, Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3623/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3623/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver