Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3635/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7045,40 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 7075,40 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı” İstehsalat Birliyi xx xxxxx 2017-ci il tarixli 9352 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00081 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1502AZ**********05 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin və “X1 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1 pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx xxxxxx 2017-ci il tarixli ******* saylı akta əsasən 281,80 manat, xx xxxxxx 2017-ci il tarixli ******* saylı akta əsasən 64,80 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 234,40 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 517,40 manat, xx xxxx 2018- ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 219.60 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 549 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx xxxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx xxxxxx 2020-ci cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx xxxxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx xxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 42 manat, cəmi 4670 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə cavabdehin 2013-cü ilin noyabr ayına kimi sərfiyata görə borcun məbləği 1916,65 manat, 2019-cu ildən hazıra kimi isə 628 manat təşkil edir. Cavabdeh borcundan 90 manat ödəniş etmiş, 79.41 manat isə borca görə tutulma aparılmışdır. Belə olduğu halda cavabdehin 7045,40 manat borcu yaranmışdır. Bundan əvvəl eyni tərəflər arasında olan məhkəmə araşdırılması cavabdehin imzaladığı digər müqavilə və başqa abonent kodu ilə bağlı olmuşdur. Belə ki, cavabdehin adına müxtəlifmüqavilələrlə ayrı-ayrı abonent kodları üzrə qaz təchizatə aparılır. Odur ki, əvvəlki məhkəmə araşdırılması ilə bağlı olan qanunsuz qoşulma halları digər evlə bağlı olmuşdur. Belə olan halda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbləri ilə qismən razılaşaraq bildirdi ki, İddiaçı ilə bağladığı xx xxxxx 2017-ci il tarixli 9352 saylı müqaviləsini imzalamış və ona məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. 2017-ci ildə həqiqətən qaz xəttinə qanunsuz qoşulma halı olmuş, bununla əlaqədar məhkəmə araşdırılması aparılmış və o, bu halı etiraf etmiş və ondan İddiaçı xeyrinə 217,20 manat məbləğdə pul vəsaitinin tiutulması barədə qərar qəbul olunmuşdur. Əslində, hazırda İddiaçı ilə onun arasında iki müqavilə mövcüddur. Belə ki, bunlardan biri əvvəl həmin ünvanda yerləşən, lakin ayrıca xıtti olan qaynanasına aid evlə bağlı olmuş, sonradan isə müqavilə onun adına rəsmləşdirilmişdir. Sərfiyata görə borcunu vaxtı-vaxtında ödəsə də, maddi çətinlikləri ilə əlaqədar borcunu tam ödəyə bilmədyindən qazın sərfiyatına görə borc yığılması mümkündür, lakin iddia tələbində qeyd olunan tələb üzrə bu məbləğ şişirdilmişdir. Qaz xəttinə özbaşına qoşulma halları ilə bağlı isə hələ əvvəlki məhkəmə iclasında bildirdiyi kimi tərtib olunmuş və işin materiallarına əlavə olunmuş aktlardan xəbəri olmamış, həmin aktlar ona təqdim olunmamışdır. Bunlara əsasən qaz sərfiyatına görə borcun müəyyən edilərək həmin vəsaitin ondan tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmir, qalan hissədə isə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” bağlanmış xx xxxxx 2017-ci il tarixli 9352 saylı müqavilənin surətindən görünür ki, Suraxanı rayon X3 – “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İşdə olan Cavabdeh aid **********00081 nömrəli abonent kodu üzrə abonentin saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Aşağı qəsəbə küçəsi, 8 “a” saylı ev üzrə təbii qazın sərfiyyatına görə 2016-ci ildən başlayaraq ödənilməmiş borc məbləği628,10 manat təşkil edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 22noyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 281,80 manat, 29noyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 64,80 manat,07fevral 2018-ci il tarixli ******* saylı akt əsasında 234,40 manat, 14mart 2018-ci il tarixli ******* saylı akt əsasında 517,40 manat, xx xxxx 2018- ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, 30avqust 2018-ci il tarixli ******* saylı akt əsasında 219.60 manat, xx xxxxxx 2019cu il tarixli ******* saylı akt əsasında 549 manat, 28fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29mart 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30aprel 2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, 30oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 30dekabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 30yanvar 2020-ci cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 28fevral 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 05mart 2020-ci il tarixli, ******* saylı akt əsasında 42 manat dəymiş zərər hesablanmışdır. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulduğu üçün aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən borcun hesablandığını iddia edir. Eyni ilə cavabdehintəbii qazın istifadəsi nəticəsində borcun ödənilməməsi aşkar olunmuşdur. İlk nəvbədə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən **********00081 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi və həmin qazın istifadəsinə görə borcunu ödəməməsi abonent saldosundan görünsə də, müəyyən edilir ki, həmin borcun bir hissəsi – 1916,65 qəpik 2013-cü ilə qədər yaranmış borc, 628.20 qəpik isə 2016-cı ildən sonra yaranmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan qanunvericilik aktı normaları baxımından məhkəmə qeyd edir ki, cavabdehin istifadə etdiyi təbii qaza görə borcunu ödəməməsi sonuncunun “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə hesab edir ki, cavabdehin 2013-cü ilə qədər yaranmış borcun ödənilməsi ilə bağlı məsuliyyəti istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, abonent haqqında məlumatlardan göründüyü kimi, cavabdeh tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq təbii qazın sərfiyyatına görə həyata keçirilmişdir. Belə olan halda isə məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin iddiaçıya olan 2013-cü il tarixə hesablanmış 1916.65 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından iddiaçının iddia tələbi təmin olunmamalıdır. Bununla belə 628.20 manat pulun tutulması hissədə iddia tələbini əsaslı hesab edir və qeyd edir ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qanunsuz qoşulma ilə bağlı aktlara görə pul tutulnasına dair iddia tələbini aşağıdakılara əsasən qismən əsaslı hesab edir. Belə ki, “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə də iddiaçı tərəf isə birinci aktın tərtib olunmasından sonrakı üç il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilmir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdir. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, xx xxxxxx 2017-cı il tarixli ******* saylı akta əsasən 281,80 manat dəymiş zərərin tutulması hissəsində iddia təmin edilməli, lakin digər aktlara əsasən hesablanmış dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan normanın tələblərinə görə iddiaçı ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış cəmi 628,20 manat məbləğində borc, eləcə də qanunsuz qoşulma nəticəsində akta görə hesablanmış 281,80 manatİddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 manatı Cavabdeh, 10 manatı isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 218,20 (iki yüz on səkkiz manat 20 qəpik) manat və təbii qazdan istifadəyə görə yaranmış 628,20 (altı yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində borc, eləcə də 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 866,40 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3635/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3635/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver