Məhkəmə qərarları › İş №2(010)-3635/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3635/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3635/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ərizə ilə müraciət edərək, Cavabdeh 11200 manat məbləğində borcun və 125 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair 2(010)-3635/2025 saylı mülki iş məhkəmənin icraatına qəbul edilməməlidir. İş materiallarında olan notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 3M-170 reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, Borc verən – İddiaçı Borc alana – Cavabdeh 12500 manat 00 qəpik məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndi: Borc alan – Cavabdeh krediti xx.xx.2023 tarixinədək Borc verənə – İddiaçı qaytarmağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixdə, 8İ-1636 reyestr nömrəli 10 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən icra qeydindən görünür ki, Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 12500 manat 00 qəpik tutulmasını, bundan əlavə borclu Cavabdeh tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12525 manat 00 qəpik pul tutulmasını təklif etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, göstərilən icra qeydi əsasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsində hal-hazırda icra tədbirləri həyata keçirilməkdə davam etdirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci hissəsinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Qeyd edilən Qanunun 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə məhkəmə qətnamələri və notariat orqanlarının icra qeydləri, hər ikisi icra sənədi sayıldığından, mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, mülki işin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və İddiaçı icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair 2(010)-3635/2025 saylı mülki işin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair 2(010)-3635/2025 saylı mülki işin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət etmək hüququnun olması izah olunsun. Ödəniş sistemində ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 125 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən İddiaçı büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar