Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3649/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Bakı şəhəri 10 saylı notariat ofisi, Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Bakı şəhəri 10 saylı notariat ofisi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək B şəhər texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən 03.03.1999-cu il tarixdə Cavabdeh1 verilmiş 30/3524 qeydə alınma nömrəsi ilə 27 saylı kitabın 4089-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında 14 iyul 2017-ci il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilərək rəsmləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Seriya RX№1090805 reyestr nömrəsi **********92-05101-093001 mülkiyyət hüququ barədə ********** qeydiyyat nömrəli 22.06.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzil 1989cu ildə verilmiş Orderə əsasən onun ailəsinin mülkiyyətinə verilmiş, hal-hazıra qədər həmin ünvanda qeydiyyatda olaraq yaşamışlar. Bununla belə, qanunsuz sənədlər əsasında Cavabdeh1 özbaşına tikililəri onların ünvanı ilə öz adına özəlləşdirimiş və Bakı şəhər texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən 03.03.1999-cu il tarixdə Cavabdeh1 verilmiş 30/3524 qeydə alınma nömrəsi ilə 27 saylı kitabın 4089-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsini əldə etdidkən sonra öz aralatrında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Qanunvericiliyin tələbinə əsasən texniki passport əsasında daçınmaz əmlak üzərində, xüsusən də torpaq üzərində mülkiyyət hüququnun tanınması mümkün deyilddir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tam qanuni qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 saylı mənzilini Cavabdeh1 almışdır. Digər tərəfdən iddiaçı bu tələblə məhkəməyə müraciət edərkən bütün iddia tələbblərini ötürdüyündən hər iki əsasa görə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 10 saylı notiat kontorunun xüsusi notariusu Mirbaba Hadiyev ərizə ilə məhkəməyə müraciət edərək işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı tərəfindən 3-cü şəxs kimi cəlb olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh Bakı şəhəri 10 saylı notariat kontorunun xüsusi notariusu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Bununla əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, Suraxanı rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhər texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən 03.03.1999-cu il tarixdə Cavabdeh1 verilmiş 30/3524 qeydə alınma nömrəsi ilə 27 saylı kitabın 4089-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə iş üzrə icraata həmin tələbə məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir. İşin müəyyən olunmuş hallarına görə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 saylı mənzili Cavabdeh1 adına qeydiyyata alınmış, onunla Cavabdeh3 arasında bağlanmış 14.06.2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən həmin ev 65.000 manata sonuncuya satılmışdır. Məhkəmə hesab edir ki, mübahisəli evə dair bağlanmış alqı-satqı müqaviləsi dövlət qeydiyyatına alındıqdan sonra X1 mülkiyyət hüququ tam şəkildə təsdiq olunmuşdur. Bundan sonra onun mülkiyyətində olan mübahisəli mənzil üzərində sərəncam vermək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki məcəlləsinin 152.4-cü maddəsinin tələbinə görə sərəncam hüququ əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1 qanunla qorunan mülkiyyət hüququndan istifadə etməklə mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsində haqlı olmuşdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X3, Cavabdeh3, Bakı şəhəri 10 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh3, Bakı şəhəri 10 saylı notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3649/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3649/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver