Məhkəmə qərarları › İş №2(010)-3654/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3654/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3654/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katbi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, kreditin faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, kreditin faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 21.05.2019-ci il tarixli Rest№ 009CASA191410005 saylı Güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9499.39 manat məbləğində əsas kredit borcunun, 7.92 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 9507.31 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasınadək iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə yazılı ərizə təqdim edərək, hazırkı mübahisə ilə əlaqədar Cavabdeh1 ilə iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti arasında kreditin ödənilməsi ilə bağlı razılaşma olmuşdur. Belə olan halda 2(010)-3654/2021 sayı mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması zərurəti yarandığını bildirmiş, bu səbəbdən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən işin baxılmamış saxlanılmasına onun münasibətini öyrənmək mümkün olmadı. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti iddianın geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasına dair ərizə verdiyindən, verilmiş iddia ərizəsi baxılmamış saxlanılması və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, kreditin faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar