Məhkəmə qərarları › İş №2(010)-3658/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3658/2022

06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3658/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Cavabdeh İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2018ci il tarixli 2(010)-4135/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş, 27 fevral 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh tutulan 154 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində olmaqla, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 11 iyul 2007ci il tarixində rəsmi nikaha daxil olmuşlar. 27 fevral 2007-ci il tarixdə onların X2 adlı övladı dünyaya gəlmişdir. Beyləqan rayon Məhkəməsinin 2(020)-544/2013 saylı 03 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 11 iyul 2007-ci il tarixli, Beyləqan rayonu İHB-nin Təzəkənd kəndi üzrə icra nümayəndəliyində bağlanmış nikah pozulmuş, 27 fevral 2007-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, uşağm yetkinlik yaşma çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul 95 manat məbləğində alimentin tutularaq İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-4135/2018 saylı 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 154 manat təyin edilmişdir. O, heç bir yerdə işləmir. Uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Uşağın qidası, geyimi, baxım xərcləri yüksək məbləğdə olduğundan, ərzaq, geyim və dərmanların qiyməti artdığından uşaqların normal fiziki və mənəvi inkişafı üçün əlverişli şəraitdə böyüdülməsi üçün çox xərc tələb olunur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(010)-4135/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş, 27 fevral 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh tutulan 154 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində olmaqla, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin həcminin artırılmasını tələb etsə də, bunun əsaslığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia ərizəsində öz tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Hal-hazırda onun artırılmış qaydada aliment ödəməyə maddi imkanı yoxdur. Eyni zamanda başqa nikaha nikah olmuş və ailə həyatı qurmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(010)-4135/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Beyləqan rayon məhkəməsinin 2(020)-544/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması iüçün hər ay 154 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə də, 27 fevral 2007-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment tutulmasına dair Suraxanı rayon məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(010)-4135/2018 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Bu baxımdan cavabdehin alimentin artırılmasına razı olmaması ilə bağlı gətirdiyi dəlillərlə razılaşmayaraq məhkəmə qeyd edir ki, qanunun mənasına görə az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh uşağa görə sabit pul məbləğində hər ay 193 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, 27 fevral 2007-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment tutulmasına dair Suraxanı rayon məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(010)-4135/2018 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra adı çəkilən qətnamə öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 43.16 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Suraxanı rayon məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(010)-4135/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 27 fevral 2007-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 43.16 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar