Məhkəmə qərarları › İş №2(010)-3659/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3659/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3659/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3991/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən təyin edilmiş aliment artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin və birgə nikahdan doğulmuş, hal-hazırda anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən, İ-ci qrup əlil xx.xx.2014-cü il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar hər ay 120 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Sonradan cavabdehlə münasibətləri pisləşmiş, lakin ailəni qorumaq cəhdləri heç cür baş tutamamışdır. Ailəni bərpa etmək əvəzinə cavabdeh məhkəməyə müraciət edərək nikahın pozulmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Naxçıvan şəhər nikah evində qeydə alınmış 288 nömrəli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 onun (İddiaçı) yanında saxlanılması qət edilmiş, eyni zamanda Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin X3 tutularaq İddiaçı verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar iddiaçı Cavabdeh hər ay 100 manat sabit pul məbləği tutularaq cavabdeh İddiaçı ödənilməsi, tərəflərin birgə nikah dövründə alınmış və 13000 manata satılmış "Toyota Corolla" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin yarısı 6500 manat hissəsinin Cavabdeh Raliq oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, uşaqlar böyüdüyü üçün onların qayğıları da artır. Təbii və danılmaz haldır ki, onların qidalanması, geyimi, istirahəti, eyni zamanda 1-ci qrup əlil olan, doğuşdan serebral beyin iflicindən əziyyət çəkən xx.xx.2014-cü il təvəllüdlü X5 müalicəsi və s., pul tələb edir. Cavabdeh ümumiyyətlə xəstə övladının müalicəsi ilə bağlı ümumiyyətlə heç bir addım almır. O, təkbaşına övladının müalicəsini həyata keçirir və təbii ki, övladının xəstəliyi ağır olduğundan onun müalicə xərcləri ötücü, tezliklə müalicə olunan xəstəliklər kimi az məsrəf tələb etmir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin ödədiyi aliınent isə həmin məsrəfləri tam qarşılaya bilmir. Bu səbəbdən alimentin məbləği artırılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə birgə nikahından doğulan uşaqlara tutulan alimenti hazırda ödəməyə çox çətinlik çəkir. Belə ki, onun bundan əlavə başqa nikahdan daha bir övladı da vardır və onun saxlanılması üçün də o, 170 manat aliment ödəyir. İddia tələbində qeyd olunan məbləği onun ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, 1200 manat məvacib alır və ümumilikdə 640 manat aliment ödəyir. Bundan əlavə xəstə uşağın dərmanlarını alır və onun müalicəsində yardım edir. Həmin uşağa əlillik təyin olunmuş və bununla bağlı olaraq ona 570 manat təqaüd verilir. Hazırda iddiaçının hər uşaq üçün tələb etdiyi 235 manat məbləğində olan alimenti ödəsə də, 120 manat əlavə pul vəsaitini ödəyə bilməyəcəyini və bu əsasla iddianın qismən təmin olunmasını xahiş etmişdir.

İş materialları.

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00214 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:40 radələrində keçirilən iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc və 10 manat poçt xərci ödəmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3991/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair tələbi təmin olunmuş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu ıl tarixdə Naxçıvan şəhər nikah evində qeydə alınmış 288 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdeh İddiaçı yanında saxlanılması, iddiaçı Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar iddiaçı Cavabdeh hər ay 100 manat sabit pul məbləği tutularaq cavabdeh İddiaçı ödənilməsi və tərəflərin birgə nikah dövründə alınmış və 13000 manata satılmış "Toyota Corolla" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin yarısı-6500 manat hissəsi iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13986/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3991/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv olunmuş, iddia tələbi əlavə xərclərin tutulması hissəsində rədd olunması qət edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, polkovnik leytenant Cavabdeh həqiqətən N nömrəli hərbi hissədə zabit qismində həqiqi hərbi xidmətdədir və onun aylıq pul təminatı bünün növ vergilər tutulduqdan sonra 1194,91 manat təşkil edir.

9. X1 tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli epikrizdən müəyyən olunur ki, G40.2 Simptomatik fokal epilepsiya və epileptik sindromlar diaqnozu qoyulmuş və xx.xx.2022-ci il tarixdə UNX-nin həkim məsləhət komisiyasından keçmiş, lazımı müayinələrdən sonra diaqnoz təsdiqlənmişdir.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh rəsmi nikahından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3991/2019 saylı, xx.xx.2019cu il tarixli qətnamədən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair tələbi təmin olunmuş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Naxçıvan şəhər nikah evində qeydə alınmış 288 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdeh İddiaçı yanında saxlanılması, iddiaçı Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar iddiaçı Cavabdeh hər ay 100 manat sabit pul məbləği tutularaq cavabdeh İddiaçı ödənilməsi və tərəflərin birgə nikah dövründə alınmış və 13000 manata satılmış "Toyota Corolla" markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin yarısı-6500 manat hissəsi iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13986/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3991/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv olunmuş, iddia tələbi əlavə xərclərin tutulması hissəsində rədd olunması qət edilmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il qərarı

Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

19. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmənin mövqeyi.

22. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

23. Digər tərəfdən, nəzərə alınmalıdır ki, uşaqların saxlanılması xərcləri artdığından hər ay 235 manat sabit pul məbləğində aliment tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Belə ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldıqlarından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bundan əlavə cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da məhkəmə tərəfindən nəzərə alınmalıdır.

24. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.

25. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay bir uşağa 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

26. Cavabdehin gəlirləri barədə sübut təqdim olunsa da, cavabdeh tərəfindən üç uşağa görə alimentin ödənilməsi, cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı, həmçinin iddiaçının özünün işləməsini və gəlir əldə etməsini, bundan əlavə azyaşlı uşağın təqaud alması, anasının ona qulluq etməsi ilə bağlı müavinət almasını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın xəstəliyi ilə bağlı olaraq hər ay 120 manatın tutulması hissəsində iddia tələbi təmin oluna bilməz.

27. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş - 50 (əlli)manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli və ödənilməmiş – 76.40 (yetmiş altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3991/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Ödənilmiş - 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş – 76.40 (yetmiş altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar