Məhkəmə qərarları › İş №2(010)-366/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-366/2025

16.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-366/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddiaçı olaraq tərəfindən Cavabdeh nəğd şəkildə-hissə-hissə olaraq verdiyi ümumilikdə 30950 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 181 manat pulun iddiaçı olaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahələri ilə əlaqədar olaraq məhkəmədə mülki işlərinin aparılması üçün dostu Elmana müraciət edərək bildirmişdir ki, məhkəmə işlərini aparmaq üçün ona Bərdədən olmayan yəni, kənar şəhərdən savadlı vəkil tapmaq lazımdır, Elman Bakı şəhərində yaşayan qardaşı Səmədin vasitəsi ilə onu Cavabdeh ilə tanış etdi. Tanış olan zaman Cavabdeh özünü ona hüquqi təhsili olan vəkil kimi təqdim etdi. Bütün işləri öz üzərinə götürərək bildirdi ki, o, Bahar xanım Muradovanın tələbə yoldaşıdır və onun sayəsində hər yerdə sözü keçir. Lazımi sənədləri hazırlayıb Bərdə Rayon Məhkəməsinə göndərdikdən sonra Cavabdeh məhkəmə proseslərində şəxsən özü iştirak edəcəyini və hakim Elsun Əhmədovla işin onun xeyrinə həll olunması üçün danışdığını bildirdi. O, onunla şifahi qaydada razılaşaraq, Cavabdeh ilkin olaraq 3500 manat, bir müddət sonra 600 manat məbləğində pul verdi. Lakin, Bərdə Rayon Məhkəməsində həmin mülki işi uduzduqdan sonra Cavabdeh ona bildirdi ki, mülki işi Gəncə Apellyasiya Məhkəməsində həll edəcək. Bunun üçün cavabdeh ondan 1500 manat məbləğində vəsaiti aldı. Həmçinin bununla paralel olaraq ikinci məhkəmə işini həll etmək üçün ondan özünə və işin həll edilməsi üçün ümumilikdə 6000 manat və məhkəmə ekspertizasından gələn ekspert adından 350 manat məbləğində pul almışdır. Beləliklə, iş üzrə Cavabdeh iki mülki işin məhkəmədə həll edilməsi üçün ondan özünə və hakimlərin adından ümumilikdə 12950 manat məbləğində pul vəsaiti almışdır. Bundan əlavə cavabdehə yol xərci, otel pulu və evinə kənd məhsullarının göndərilməsi üçün 3000 manata yaxın pul xərcləmişdir. Bundan əlavə olaraq Cavabdeh ona bildirdi ki, Bakı şəhərində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi dostudur. Böyük oğlu həmin idarədə ixtisası üzrə işlə təmin edəcəyini bildirdi. İddiaçı onunla razılaşdıqdan 2022-ci ilin oktyabr ayında Bakı şəhərində "Elit Ticarət Mərkəzi"-nin yanında, '“Xəqani petrolla üzbə-üz yerləşən kafedə cavabdehlə görüşdü və ona əlbə-əl 14000 manat pul verdi. Cavabdeh ona bildirdi ki, uzağı 2-3 aya oğlu işə çıxacaq. Cavabdeh 15 gündən sonra ona zəng edərək bildirdi ki, bu işin düzəlməsi üçün vasitəçilik edən şəxsə 1000 manat pul vermək lazımdır və həmin pulu iddiaçı ona Bərdə şəhərində şəxsən özünə verdi. Lakin, Cavabdeh söz verdiyi vaxt çatdıqdan sonra, üzərinə götürdüyü öhdəlikdən dolayısı yollarla boyun qaçırmış və bu kimi dələduzluq yolu ilə mənimsədiyi pulları geri qaytarmamışdır. İddiaçı şəxsən onunla görüşmüş və bildirmişdir ki, bu əməllərinə hüquqi qiymət veriləcək. O isə iddiaçıya bildirmişdir ki, 1-ci Qarabağ müharibəsinin veteranıdır və iddiaçı istədiyi yerə şikayət edə bilər. İddiaçı ilə onun arasında olan bütün danışıqların səs qeydləri ərizəyə əlavə edilmiş diskdədir. Belə ki, iddiaçının inamından sui istifadə edən Cavabdeh ondan ümumilikdə 30950 manat məbləğində pulu “vəkil” adından sui istifadə edərək, dələduzluq yolu ilə mənimsəmişdir. Hər dəfə ona məxsus 050 ***-**-** və 051 ***-**-** mobil nömrə əlaqə saxlayarkən bildirmişdir ki, pulu verdiyi dövlət məmuru onun pulunu qaytaracaq. Lakin, işin ciddiliyini anladıqdan sonra adiyyatı üzrə dövlət orqanlarına rəsmi qaydada müraciət etdikdən sonra, dövlət tərəfindən qanunlara uyğun qaydada həbs qətimkan tədbiri görülmüşdür. Bundan sonra Bərdə Rayon Məhkəməsində təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi açılmışdır. Bərdə Rayon Məhkəməsinin (X1) xx.xx.2024cü il tarixli, 1(021)-125/2024 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin etiraz ərizəsi. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı “pul” tələbinə dair ona qarşı qaldırdığı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. İş materialları. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-125/2024 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, Cavabdeh ümumilikdə zərər çəkmiş şəxs İddiaçı xeyli miqdar hesab edilən 27900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Hökmdə qeyd edilir ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Cavabdeh ilə iş üzrə zərərçəkmiş şəxs İddiaçı arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı İddiaçı Cavabdeh üzünə qarşı əvvəlcə məhkəmə işlərində köməklik göstərməsi adı 12900 manat pul verməsini və daha sonra isə oğlu Həsənli Sadiq ilqar oğlunu işə düzəltmək adı ilə 15000 manat pulu verdiyini, ümumilikdə 27900 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş video-diskdən görünür ki, İddiaçı və Cavabdeh arasında olan danışıqların səs qeydləri aparılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 178. Dələduzluq 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə... 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə;... 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-125/2024 saylı hökmündən göründüyü kimi, Cavabdeh İddiaçı məhkəmə işlərində köməklik göstərməsi adı ilə özünü vəkil olaraq tanıtmış, inamını qazanmış və etibardan sui-istifadə etmişdir. Hökmdə qeyd edilir ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Cavabdeh ilə iş üzrə zərərçəkmiş şəxs İddiaçı arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı İddiaçı Cavabdeh üzünə qarşı əvvəlcə məhkəmə işlərində köməklik göstərməsi adı 12900 manat pul verməsini və daha sonra isə oğlu Həsənli Sadiq ilqar oğlunu işə düzəltmək adı ilə 15000 manat pulu verdiyini, ümumilikdə 27900 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Həmin hökmdən görünür ki, cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya qarşı dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə dələduzluq (təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) kimi tövsif edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə iddiaçı və cavabdehin həmin hadisəyə aidiyyatı tam sübut olunur. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüququndadır. İş materialarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli Hökmündə mülki iddianın olmadığı görünür. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)- 125/2024 saylı hökmü qanuni qüvvəyə mindikdən sonra iddiaçı cinayət əməli nəticəsində ona dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə mülki qaydada müraciət etmişdir. Belə olan halda, iddiaçı cinayət əməli nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı onun tərəfindən Cavabdeh verilmiş ümumilikdə 30950 manat məbləğində pulu tələb etmişdir. Bu məbləğin bir hissəsi - 27900 manat məbləğində pulun cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut edilmiş, lakin digər hissəsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh nağd şəkildə hissə-hissə olaraq verilmiş ümumilikdə 27900 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 173,7 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh nağd şəkildə hissə-hissə olaraq verilmiş ümumilikdə 27900 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 173,7 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar