Məhkəmə qərarları › İş №2(010)-3660/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3660/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3660/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********05297 Xiaomi Mi A2 Lite, İMEİ kodu **********36859 Xiaomi Mi A2 Lite markalı 2 ədəd telefon üçün 375 (üç yüz yetmiş beş) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə pulu; 22.04.2019-cu il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 SONY markalı playstation üçün 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə pulu; 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soba üçün 475 (dörd yüz yetmiş beş) manat ödənilməmiş hissə, 142 (yüz qırx iki) manat dəbbə pulu; 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd Playstation-4 pult üçün 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə pulu; 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 972 (doqquz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 292 (iki yüz doxsan iki) manat dəbbə pulu; 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 1276 (min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 330 (üç yüz otuz) manat dəbbə pulu; 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje markalı qabyuyan üçün 650 (altı yüz əlli) manat ödənilməmiş hissə, 195 (yüz doxsan beş) manat dəbbə pulu; 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, DECT GİGASET markalı ev telefonu üçün 29 (iyirmi doqquz) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə; 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips markalı ütü üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu; 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4 markalı qol saatı üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 6115 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə 07.02.2019-cu il, 22.04.2019-cu il, 01.06.2019-cu il, 18.05.2019-cu il, 18.05.2019-cu il, 17.08.2019-cu il, 27.05.2019-cu il, 13.08.2019-cu il, 17.08.2019-cu il, 17.08.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********05297 Xiaomi Mi A2 Lite, İMEİ kodu **********36859 Xiaomi Mi A2 Lite markalı 2 ədəd telefon, PLAYSTATİON-4 SONY markalı playstation, HOFFMANN markalı soba, 2 ədəd Playstation-4 pult, Samsung markalı paltaryuyan, Samsung markalı paltaryuyan, Gorenje markalı qabyuyan, DECT GİGASET markalı ev telefonu, Philips markalı ütü, Xiaomi Mi band 4 markalı qol saatı almış və nəticədə 6115 (altı min yüz on beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin məhkəmə bildirişləri geri qaytarıldığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq İcra Hakimiyyəti orqanı – Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbəsi üzrə nümayəndəliyinə məhkəmə bildirişlərini göndərmiş və aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişlərini aldıqdan sonra Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. iş materiallarında olan 07.02.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1116 manat olan olan İMEİ kodu **********05297 Xiaomi Mi A2 Lite, İMEİ kodu **********36859 Xiaomi Mi A2 Lite markalı 2 ədəd telefon, hər ay 62 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 22.04.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 864 manat olan olan PLAYSTATİON-4 SONY markalı playstation, hər ay 48 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 01.06.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 600 manat olan olan HOFFMANN markalı soba, hər ay 25 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 18.05.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 270 manat olan olan 2 ədəd Playstation-4 pult, hər ay 18 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 18.05.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1350 manat olan olan Paltaryuyan Samsung, hər ay 75 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 17.08.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1392 manat olan olan Samsung markalı paltaryuyan, hər ay 58 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 27.05.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 900 manat olan olan Samsung markalı paltaryuyan, hər ay 50 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır İş materiallarında olan 13.08.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 96 manat olan olan DECT GİGASET markalı ev telefonu, hər ay 8 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır İş materiallarında olan 13.08.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 375 manat olan olan Philips markalı ütü, hər ay 25 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 13.08.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 132 manat olan olan Xiomi Mİ band 4, hər ay 11 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 07.02.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 1375 (üç yüz yetmiş beş) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə pulu, 22.04.2019-cu il tarixli müqaviləsinə əsasən, 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə pulu, 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, 475 (dörd yüz yetmiş beş) manat ödənilməmiş hissə, 142 (yüz qırx iki) manat dəbbə pulu;, 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən 78 (yetmiş səkkiz) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə pulu, 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən, 972 (doqquz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 292 (iki yüz doxsan iki) manat dəbbə pulu, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 1276 (min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 330 (üç yüz otuz) manat dəbbə pulu, 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən 650 (altı yüz əlli) manat ödənilməmiş hissə, 195 (yüz doxsan beş) manat dəbbə pulu, 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 29 (iyirmi doqquz) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə, 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, 475 (dörd yüz yetmiş beş) manat ödənilməmiş hissə, 142 (yüz qırx iki) manat dəbbə pulu;, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən 300 (üç yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 65 (altmış beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu borcu olmaqla – cəmi 6115 manat məbləğində borcu vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 07.02.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 1375 (üç yüz yetmiş beş) manat ödənilməmiş hissə 22.04.2019-cu il tarixli müqaviləsinə əsasən, 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, 475 (dörd yüz yetmiş beş) manat məbləğində pul, 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən 78 (yetmiş səkkiz) manat məbləğində pul, 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən, 972 (doqquz yüz yetmiş iki) manat məbləğində pul, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 1276 (min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən 650 (altı yüz əlli) manat məbləğində pul, 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 29 (iyirmi doqquz) manat məbləğində pul, 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən, 475 (dörd yüz yetmiş beş) manat məbləğində pul, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən 300 (üç yüz) manat məbləğində pul, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 65 (altmış beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 07.02.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat, 22.04.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 10 manat məbləğində pul, 01.06.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat məbləğində pul, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 07 fevral 2019-cu il tarixli müqavilə üzrə 375 (üç yüz yetmiş beş) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 22.04.2019-cu il tarixli müqavilə üzrə 527 (bes yüz iyirmi yeddi) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 01.06.2019-cu il tarixli müqavilə üzrə 475 (dörd yüz yetmiş beş manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 18.05.2019-cu il tarixli müqavilə üzrə 78 (yetmiş səkkiz manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 18.05.2019-cu il tarixli müqavilə üzrə 972 (doqquz yüz yetmiş iki manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 17.08.2019-cu il tarixli müqavilə üzrə 1276 (min iki yüz yetmiş altı manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 27.05.2019-cu il tarixli müqavilə üzrə 650 (altı yüz əlli manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 13.08.2019-cu il tarixli müqavilə üzrə 29 (iyirmi doqquz manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 17.08.2019-cu il tarixli müqavilə üzrə 300 (üç yüz manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu,17.08.2019-cu il tarixli müqavilə üzrə 65 (altmış beş manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, cəmi müqavilələr üzrə 4847 (dörd min səkkiz yüz qırx yeddi manat) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar