Məhkəmə qərarları › İş №2(010)-3661/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3661/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3661/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.08.2018-ci il tarixli müqaviləsinə əsasən, Künc divan Adona Mobilya- Nado üçün 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat dəbbə pulu, 30.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********87544 Huawei P Smart markalı telefon üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə, 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Toyota markalı tikiş maşını üçün 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı termopot üçün 105 (yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat dəbbə pulu, 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 1341.2 (min üç yüz qırx bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 226.8 (iki yüz iyirmi altı manat,səksən qəpik) manat dəbbə pulu, 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, Plazma, LCD və TFT ekranları üçün mikrofiber təmizlik üçün vasitə üçün 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə pulu, ümumilikdə 3695 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 09.08.2018-ci il, 30.07.2019-cu il, 08.09.2019-cu il, 12.11.2019-cu il, 18.03.2020-ci il və 30.04.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Künc divan Adona Mobilya-Nado, İMEİ kodu **********87544 Huawei P Smart markalı telefon, Toyota markalı tikiş maşını, HOFFMANN markalı termopot, Samsung markalı soyuducu, LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, Plazma, LCD və TFT ekranları üçün mikrofıber təmizlik üçün vasitə almış və nəticədə 3695 (üç min altı yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1560 (min beş yüz altmış) manat (24 ay x 65 manat + 0 manat ilkin ödəniş) olan Künc divan Adona Mobilya-Nado üçün 338 (üç yüz otuz səkkiz) manat olmaqla ondan, 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat dəbbə pulu;30.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 554 (beş yüz əlli dörd) manat (12 ay x 46 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********87544 Huawei P Smart markalı telefon üçün 115 (yüz on beş) manat olmaqla ondan, 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu; 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 462 (dörd yüz altmış iki) manat (11 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan Toyota markalı tikiş maşını üçün 218 (iki yüz on səkkiz) manat olmaqla ondan 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (12 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı termopot üçün 136 (yüz otuz altı) manat olmaqla ondan 105 (yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat dəbbə pulu; 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1399.2 (min üç yüz doxsan doqquz manat, iyirmi qəpik) manat (24 ay x 58.3 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün 1568 (min beş yüz altmış səkkiz) manat olmaqla ondan 1341.2 (min üç yüz qırx bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 226.8 (iki yüz iyirmi altı manat, səksən qəpik) manat dəbbə pulu; 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1320 (min üç yüz iyirmi) manat (24 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, Plazma, LCD və TFT ekranları üçün mikrofiber təmizlik üçün vasitə üçün 1320 (min üç yüz iyirmi) manat olmaqla ondan 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2358 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Bununla əlaqədar olaraq, iddiaçı "xxxx" 09.08.2018-ci il tarixli müqaviləsinə əsasən, Künc divan Adona Mobilya- Nado üçün 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat dəbbə pulu, 30.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********87544 Huawei P Smart markalı telefon üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə, 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Toyota markalı tikiş maşını üçün 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı termopot üçün 105 (yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat dəbbə pulu, 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 1341.2 (min üç yüz qırx bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 226.8 (iki yüz iyirmi altı manat,səksən qəpik) manat dəbbə pulu, 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, Plazma, LCD və TFT ekranları üçün mikrofiber təmizlik üçün vasitə üçün 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə pulu, ümumilikdə 3695 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, ödənilməmiş əsas borcunun olduğunu etiraf edərək, dəbbə pulunun silinməsini xahiş etmişdir və iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməlidir. Mülki iş materiallarında olan 09.08.2018-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən künc divan Adona Mobilya-Nado almış və həmin əşyanın alınmasına görə 1560 manat pulu ilkin ödənişsiz, 24 ay ərzində, hər ay 65 manat, ödəməyi ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 30.07.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********87544 Huawei P Smart markalı telefon almış və həmin əşyanın alınmasına görə 554 manat pulu, ilkin ödəniş 2 manat 12 ay ərzində, hər ay 46 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 08.09.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Toyota markalı tikiş maşını almış və həmin əşyanı alınmasına görə 462 manat pulu, ilkin ödənişsiz, 11 ay ərzində hər ay 42 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 12.11.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən HOFFMANN markalı termopot almış və həmin əşyanın alınmasına görə 180 manat pulu ilkin ödənişsiz, 12 ay ərzində hər ay 15 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 18.03.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Samsung markalı soyuducu almış və həmin əşyanı alınmasına görə 1399,2 manat pulu ilkin ödənişsiz, hər ay 58,3 manat, 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 30.04.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, Plazma, LCD və TFT ekranları üçün mikrofiber təmizlik üçün vasitə almış və həmin əşyanı alınmasına görə 1320 manat pulu 24 ay ərzində, ilkin ödənişsiz, 24 ay ərzində hər ay 55 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 27 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 09.08.2018-ci il tarixli müqaviləsinə əsasən, künc divan Adona Mobilya-Nado üçün 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat dəbbə pulu olmaqla ümumilikdə 338 (üç yüz otuz səkkiz) manat; 30.07.2019-cu il tarixli müqaviləsinə İMEİ kodu **********87544 Huawei P Smart markalı telefon üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 115 (bir yüz on beş) manat miqdarında borc borcu vardır. 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən Toyota markalı tikiş maşını üçün 168 (bir yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 218 (iki yüz on səkkiz) manat miqdarında borcu vardır. 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı termopot üçün 105 (bir yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat dəbbə pulu olmaqla, ümumilikdə 136 (bir yüz otuz altı) manat miqdarında borcu vardır. 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu üçün 1341,2 (bir min üç yüz qıex bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 226,8 (iki yüz iyirmi altı manat səksən qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1568 (bir min beş yüz altmış səkkiz) manat miqdarında borcu vardır. 30.04.2020-ci il tarixli müqaviləsinə LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, Plazma, LCD və TFT ekranları üçün mikrofiber təmizlik üçün vasitə üçün 1155 (bir min bir yüz əlli beş) manat ödənilməmiş hissə, 165 (bir yüz altmış beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 1320 (bir min üç yüz iyirmi) manat miqdarında borcu vardır. Cəmi, bütün müqavilələr üzrə 3117,2 (bir min bir yüz on yeddi manat iyirmi qəpik) manat əsas borc, 577,8 (beş yüz yetmiş yeddi manat səksən qəpik) manat cərimə borcu, ümumilikdə 3695 (üç min altı yüz doxsan beş) manat borcu vardır. Mülki iş materiallarında olan 15 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 15.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 09.08.2018-ci il, 30.07.2019-cu il, 08.09.2019-cu il, 12.11.2019-cu il, 18.03.2020-ci il və 30.04.2020-ci il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh "xxxx" MMC ilə 09.08.2018-ci il, 30.07.2019-cu il, 08.09.2019-cu il, 12.11.2019-cu il, 18.03.2020-ci il və 30.04.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Künc divan Adona Mobilya-Nado, İMEİ kodu **********87544 Huawei P Smart markalı telefon, Toyota markalı tikiş maşını, HOFFMANN markalı termopot, Samsung markalı soyuducu, LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, Plazma, LCD və TFT ekranları üçün mikrofıber təmizlik üçün vasitə almış və nəticədə 3695 (üç min altı yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1560 (min beş yüz altmış) manat (24 ay x 65 manat + 0 manat ilkin ödəniş) olan Künc divan Adona Mobilya-Nado üçün 338 (üç yüz otuz səkkiz) manat olmaqla ondan, 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat dəbbə pulu;30.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 554 (beş yüz əlli dörd) manat (12 ay x 46 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********87544 Huawei P Smart markalı telefon üçün 115 (yüz on beş) manat olmaqla ondan, 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu; 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 462 (dörd yüz altmış iki) manat (11 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan Toyota markalı tikiş maşını üçün 218 (iki yüz on səkkiz) manat olmaqla ondan 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (12 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı termopot üçün 136 (yüz otuz altı) manat olmaqla ondan 105 (yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat dəbbə pulu; 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1399.2 (min üç yüz doxsan doqquz manat, iyirmi qəpik) manat (24 ay x 58.3 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün 1568 (min beş yüz altmış səkkiz) manat olmaqla ondan 1341.2 (min üç yüz qırx bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 226.8 (iki yüz iyirmi altı manat, səksən qəpik) manat dəbbə pulu; 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1320 (min üç yüz iyirmi) manat (24 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan LG LED markalı televizor, Sonorous Surefix markalı asqı, Plazma, LCD və TFT ekranları üçün mikrofiber təmizlik üçün vasitə üçün 1320 (min üç yüz iyirmi) manat olmaqla ondan 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Ümumilikdə bütün müqavilələr üzrə 3117,2 manat ödənilməmiş əsas borc, 577,8 manat dəbbə pulu, cəmi 3695 manat borc yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 3117,2 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 09.08.2018-ci il, 30.07.2019-cu il, 08.09.2019-cu il, 12.11.2019-cu il, 18.03.2020-ci il və 30.04.2020-ci il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 3117,2 manat məbləğində əsas borca tənasübsüz olaraq 577,8 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 577,8 manat məbləğində cərimə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3117,2 (bir min bir yüz on yeddi manat iyirmi qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, ümumilikdə 3127,2 (üç min bir yüz iyirmi yeddi manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyindən 25.50 manat olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 3117,2 (bir min bir yüz on yeddi manat iyirmi qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, ümumilikdə 3127,2 (üç min bir yüz iyirmi yeddi manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin əvəzi qismində 25,50 (iyirmi beş manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar