Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3661/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsinə, X3, X1 və X10 qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına maneənin yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. 1.İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 üvanında yerləşən xx.xx.1965-ci ildə vəfat etmiş Aman Culovxan oğluna məxsus olmuş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iyun 1962-ci il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”da göstərilmiş yaşayış evlərinə və torpaq sahəsinə giriş-çıxışına, mirasın vərəsələr arasında bölüşdürülməsinə, hüquqmüəyyənedici sənədlərin əldə edilməsinə və bu əmlakların birgə idarə edilməsinə, fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Cilovxan oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsinə, 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının burada hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşma işlərinin aparılmasına maneələrin yaradılmasının Cavabdeh qadağan edilməsi və məhkəmə xərclərindən ibarət olan 100 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bulə qəsəbəsi, ünvan 1 ünvanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi əməkdaşlarının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına maneçiliklərin yaradılmasının qadağan edilməsi və ondan 100 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iyun ayında 1962-ci il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”a əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 üvanında yerləşən fərdi yaşayış evi xx.xx.1965-ci ildə vəfat etmiş iddiaçının ata babası Aman Culovxan oğluna məxsus olmuşdur. Onlar tərəfindən mirası qəbul etmələri ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Bakı şəhəri 10 saylı notaiat ofisinə müraciət edilmiş və burada notariat işi açılmışdır. Aman Culovxan oğlunun vərəsələri, nəvəsi- İddiaçı1, nəvəsi-İddiaçı2 qəbul etmişlər, nəvəsi-Cavabdeh, müraciət etmiş, nəvəsi-İddiaçı3, müraciət etmiş, nəvəsi-İddiaçı4 qizı, müraciət etmişdir. Bakı şəhəri 10 saylı notaiat ofisi və eyni zamanda vərəsələr tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunaraq Bakı şəhəri, Suraxanı rayonu (keçmiş Orconikidze), Bül-Bülə qəsəbəsi, Babək küçəsi (keçmiş 28 Aprel), 9 saylı fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Culovxan oğluna məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi özünün xx.xx.2024-cü il tarixli məktubu ilə bundan imtina edərək əsas kimi texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin mövcudluğunu və eyni zamanda fərdi yaşayış evinə baxış keçirilməsi üçün İdarənin mütəxəssilərinə tam şəraitin yaradılmadığını göstərmişlər. Ona görə də ölən şəxsin adına Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 3 üvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Çulovxan oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtina edilmişdir. Bildirişdə göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə notariusa müraciət edən vərəsələr razılığa gəlmişlər ki, təqdim edilmiş texniki pasportun baş planında göstərilən sənəd üzrə 0.04927 ha və faktiki isə 0.04337 ha torpaq sahəsinin azalmasına və arayışın verilməsinə razıdırlar. Bu barədə vərəsələrdən İddiaçı1 ərizə vermiş və onun bu ərizəsi notarius tərəfindən təsdiq edilmişdir. Bundan sonra təkrar cavabdehə telefon vasitəsi ilə və 3-cü şəxs 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, cavabdeh ilkin olaraq gəlib qapını açacağını bildirsə də, bunu etməmiş, nəticədə bildirişdə göstərilmiş ikinci məsələ açıq qalmış və 1 saylı Bakı Ərazi İdarəsi 2-ci müraciətə cavab olaraq özünün xx.xx.2024-cü il tarixli məktubuna ilə cavab verərək xx.xx.2024-cü il tarixli məktubla ərizədə qeyd olunan məsələ ilə bağlı müraciətə cavab verildiyini bildirmişdir. Yəni 1 saylı Bakı Ərazi İdarəsi arayışın verilməməsi səbəbini fərdi yaşayış evinə texniki baxışın keçirilməsi üçün İdarənin mütəxəssislərinə tam şəraitin yaradılmaması ilə əsaslandırmışlar. Bu isə göründüyü kimi cavabdehin hərəkətlərindən irəli gəlmişdir. 1 saylı Bakı Ərazi idarəsi 1962-ci il tarixdə təsdiq edilmiş ''Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”u evin hüquqmüəyyənedici sənədi kimi qəbul etmişdir. Belə ki, göstərilən həyətdə bir damın altında yerləşən 2 yaşayış sahəsi mövcuddur ki, bunlardan birində vərəsələrdən İddiaçı1 öz ailə üzvləri (özü və arvadı) birlikdə hazırda yaşayır, digərində isə Cavabdeh öz ailəsi ilə yaşayırlar, ancaq daima olaraq burada qalmırlar. Cavabdehə dəfələrlə gəlib onun ailəsi ilə birgə yaşadığı evin qapısını açması və mütəxəssislərə bununla bağlı şəraitin yaradılnması bildirilsə də o, buna şərait yaratmamış və müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırmışdır. Cavabdehin bu hərəkətləri konstitusiyaya əsasən vərəsəlik hüquqlarının pozulması ilə birbaşa bağlı olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 üvanında yerləşən fərdi yaşayış evinə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən burada hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşma işlərinin aparılmasına tam şəraitin yaradılması məqsədi ilə cavabdeh tərəfindən yaşadığı evin qapısını açmalı və ona bununla bağlı hər-hansı bir maneçiliklərin yaradılması qadağan edilməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.
4. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iyun ayında 1962-ci il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”a əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 üvanında yerləşən fərdi yaşayış evi xx.xx.1965-ci ildə vəfat etmiş iddiaçının ata babası Aman Culovxan oğluna məxsus olmuşdur. Onlar tərəfindən mirası qəbul etmələri ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Bakı şəhəri 10 saylı notaiat ofisinə müraciət edilmiş və burada notariat işi açılmışdır. Aman Culovxan oğlunun vərəsələri, nəvəsi- İddiaçı1, nəvəsi-İddiaçı2 qəbul etmişlər, nəvəsi-Cavabdeh, müraciət etmiş, nəvəsi- İddiaçı3, müraciət etmiş, nəvəsi-İddiaçı4 qizı, müraciət etmişdir. Bakı şəhəri 10 saylı notaiat ofisi və eyni zamanda vərəsələr tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunaraq Bakı şəhəri, Suraxanı rayonu (keçmiş Orconikidze), Bül-Bülə qəsəbəsi, Babək küçəsi (keçmiş 28 Aprel), 9 saylı fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Culovxan oğluna məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi özünün xx.xx.2024-cü il tarixli məktubu ilə bundan imtina edərək əsas kimi texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin mövcudluğunu və eyni zamanda fərdi yaşayış evinə baxış keçirilməsi üçün İdarənin mütəxəssilərinə tam şəraitin yaradılmadığını göstərmişlər. Ona görə də ölən şəxsin adına Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 3 üvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Çulovxan oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtina edilmişdir. Bildirişdə göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə notariusa müraciət edən vərəsələr razılığa gəlmişlər ki, təqdim edilmiş texniki pasportun baş planında göstərilən sənəd üzrə 0.04927 ha və faktiki isə 0.04337 ha torpaq sahəsinin azalmasına və arayışın verilməsinə razıdırlar. Bu barədə vərəsələrdən İddiaçı1 ərizə vermiş və onun bu ərizəsi notarius tərəfindən təsdiq edilmişdir. Bundan sonra təkrar cavabdehə telefon vasitəsi ilə və 3-cü şəxs 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, cavabdeh ilkin olaraq gəlib qapını açacağını bildirsə də, bunu etməmiş, nəticədə bildirişdə göstərilmiş ikinci məsələ açıq qalmış və 1 saylı Bakı Ərazi İdarəsi 2-ci müraciətə cavab olaraq özünün xx.xx.2024-cü il tarixli məktubuna ilə cavab verərək xx.xx.2024-cü il tarixli məktubla ərizədə qeyd olunan məsələ ilə bağlı müraciətə cavab verildiyini bildirmişdir. Yəni 1 saylı Bakı Ərazi İdarəsi arayışın verilməməsi səbəbini fərdi yaşayış evinə texniki baxışın keçirilməsi üçün İdarənin mütəxəssislərinə tam şəraitin yaradılmaması ilə əsaslandırmışlar. Bu isə göründüyü kimi cavabdehin hərəkətlərindən irəli gəlmişdir. 1 saylı Bakı Ərazi idarəsi 1962-ci il tarixdə təsdiq edilmiş ''Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”u evin hüquqmüəyyənedici sənədi kimi qəbul etmişdir. Belə ki, göstərilən həyətdə bir damın altında yerləşən 2 yaşayış sahəsi mövcuddur ki, bunlardan birində vərəsələrdən İddiaçı1 öz ailə üzvləri (özü və arvadı) birlikdə hazırda yaşayır, digərində isə Cavabdeh öz ailəsi ilə yaşayırlar, ancaq daima olaraq burada qalmırlar. Cavabdehə dəfələrlə gəlib onun ailəsi ilə birgə yaşadığı evin qapısını açması və mütəxəssislərə bununla bağlı şəraitin yaradılnması bildirilsə də o, buna şərait yaratmamış və müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırmışdır. Cavabdehin bu hərəkətləri konstitusiyaya əsasən vərəsəlik hüquqlarının pozulması ilə birbaşa bağlı olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 üvanında yerləşən fərdi yaşayış evinə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən burada hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşma işlərinin aparılmasına tam şəraitin yaradılması məqsədi ilə cavabdeh tərəfindən yaşadığı evin qapısını açmalı və ona bununla bağlı hər-hansı bir maneçiliklərin yaradılması qadağan edilməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. 6.Cavabdeh, digər iddiaçılara və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh, digər iddiaçılar və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmək arzusunda olduğunu bildirməmişdir. Belə olan halda məhkəmə işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. DİN-in PQMX-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2 Aprel-9 ünvanında qeydiyyatdadır.
8. İş materiallarına əlavə edilmiş İddiaçı1 Bakı şəhəri 10 saylı Notariat Ofisində ərizə verərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 3 ünvanında fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Cilovxan oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən qeyd etmişdir ki, təqdim edilmiş texniki pasportun baş planında göstərilən sənəd üzrə 0,04927 ha və faktiki isə 0,04337 ha torpaq sahəsinin azalmasına və arayışın verilməsinə razıdır. 9.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsi sənəd üzrə 0,04927 ha qeyd edilsə də, faktiki sahəhə 0,04337 ha təşkil edir. Həmçinin fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu səbəblə də qeydiyyata alınmasından imtina olunmuşdur.
10. İddiaçı1 tərəfindən Bakı şəhəri 10 saylı Notariat Ofisində verdiyi ərizədən müəyyən olunur ki, xx.xx.1965-ci ildə onun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 1 ünvanında yaşayan babası Aman Cilovxan oğlu ölmüşdür. Mirasın tərkibi-özü Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qəbul edir. Nəvələri İddiaçı2 qəbul edib, Cavabdeh-müraciət etməyib, gəlini X2-müraciət etməyib, nəvələri İddiaçı3-müraciət etməyib, İddiaçı4-müraciət etməyib. Mirasın tərkibinə daxil olan, miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ona çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 (atası İlyas Aman oğlu, anası X4) xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.
12. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon VVAQD Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası İlyas Aman oğlu, anası X4) xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.
13. Salyan rayon VVAQ Şöbəsi tərəfindən verilmiş nikah bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 və X5 xx.xx.1998-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra soyadları ərin Orucov, arvadın Orucova qeyd edilmişdir.
14. xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İlyas Aman oğlu xx.xx.1996-cı il tarixində vəfat etmişdir.
15. Orconikidze (indiki Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən verilmiş nikah bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İlyas Aman oğlu ilə X4 xx.xx.1973-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvadın soyadı Orucova qeyd edilmişdir.
16. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2017-ci il tarixində vəfat etmişdir.
17. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2020-ci il tarixində vəfat etmişdir.
İşin faktiki halları.
18. İşin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı1 babası Aman Cilovxan oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etmək niyyətindədir. Bununla bağlı olaraq o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsi sənəd üzrə 0,04927 ha qeyd edilsə də, faktiki sahəhə 0,04337 ha təşkil edir. Həmçinin fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu səbəblə də qeydiyyata alınmasından imtina olunmuşdur.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
22. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 76. Sübutlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
24. İşin hallarından göründüyü kimi tərəflər arasındakı mübahisə fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmaması ilə bağlıdır. İddiaçı1 iddia edir ki, babası Aman Cilovxan oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etmək niyyətindədir. Bununla bağlı olaraq o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsi sənəd üzrə 0,04927 ha qeyd edilsə də, faktiki sahəhə 0,04337 ha təşkil edir. Həmçinin fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu səbəblə də qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh qanunsuz olaraq buna mane olmuşdur. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək bununla bağlı məsələyə öz mövqeyini bildirməmişdir.
25. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır.
26. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Bu hüquqi konstruksiya hələ roma hüququ zamanından yaxşı məlumdur. Roma hüququnda həmin konstruksiyanın əsas ideyası belə ifadə olunur: hər bir hüququn həyata keçirilmə hüdudu olmalıdır, əks halda başqa şəxslərin hüquqları pozulur, bu da öz növbəsində mülki dövriyyə üçün vacib olan vicdanlılıq və məntiqilik prinsiplərinə əməl olunmasını qeyri-mümkün edir. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquq-mühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan suiistifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan sui-istifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması qanun pozuntusunun hüquqi əlaməti kimi açıq ifadə olunmur. Ona görə də hüquqdan sui-istifadə qanun pozuntusu kimi qiymətləndirilmir. Bununla yanaşı, hüquqdan sui-istifadə hüquqi davranış kimi də qiymətləndirilə bilməz, çünki sonuncu sosial baxımdan faydalıdır. Son nəticədə hüquqdan sui-istifadə ya hüquqi davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun hərfidir), ya da qeyri-qanuni davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun ruhudur). Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması təkcə qanuna zidd olmasında deyil, qanunu pozan şəxsin hüquq və maraqlarına zidd olmasındadır. Hüquqdan sui-istifadə qeyri-qanuni xarakter kəsb edən, qanun pozuntusuna çevrilə bilən, amma qanun pozuntusu sayılmayan hüquqi davranış tipinə aid edilməlidir. Hüquqdan sui-istifadə faktının aşkar olunması halında o, müdafiə olunmur və qorunmur. Hüquqdan sui-istifadənin hüquqi nəticələri ənənəvi deyil, burada hüquq pozuntusu üçün səciyyəvi olan hüquqi məsuliyyət yaranmır. Konkret işin hallarından asılı olaraq hüquqdan sui-istifadənin aşağıdakı nəticələri meydana gəlir: bu hərəkət həqiqətə uyğun olmayan hesab olunur; bu hərəkət qadağan olunur; subyektiv hüquqdan məhrum etmədən ondan istifadəyə xitam verilir və s.
27. Nəzərə alınmalıdır ki, İddiaçı1 gələcəkdə həmin ev üzərində mülkiyyət hüququnu rəsmiləşdirəcəyi də istisna edilməməlidir. Çünki, onun buna dair “qanuni gözlənti”si mövcuddur. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
28. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının babasına məxsus olmuş əmlakı miras əmlak kimi qəbul edilməsinə və buna dair sənədlərin hazırlanmasına, texniki baxışın keçirilməsinə cavabdeh tərəfindən süni maneçilik törədilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə istinadla qeyd edir ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, (iddiaçının) mülkiyyət hüquqlarının həyata keçirməsinə cavabdeh tərəfindən maneə törədildiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
30. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddialarla məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bulə qəsəbəsi, ünvan 1 ünvanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əməkdaşlarının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bulə qəsəbəsi, ünvan 1 ünvanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əməkdaşlarının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova