Məhkəmə qərarları › İş №2(010)-3674/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3674/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3674/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə ddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1107 manat ödənilməmiş hissə, 332 manat dəbbə pulu cəmi 1439 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP 15-dal011ur İ5 markalı kompüter üçün 1200 manat ödənilməmiş hissə, 360) manat dəbbə cəmi 1560 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********31766 Samsung Galaxy A70 markalı telefon üçün 800 manat ödənilməmiş hissə, 240 manat dəbbə pulu cəmi 1040 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən LG markalı soyuducu üçün 2232 manat ödənilməmiş hissə, 670 manat dəbbə pulu cəmi 2902 manat olmaqla ümumilikdə 6941 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6971 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərəkbildirdi ki, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Samsung markalı LED televizor, HP 15-dal011ur İ5 markalı kompüter, İMEİ kodu **********31766 Samsung Galaxy A70 markalı telefon, LG markalı soyuducu almış və nəticədə 6941 (altı min doqquz yüz qırx bir) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1518 (min beş yüz on səkkiz) manat (11 ay x 123 manat +165 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün 1439 (min dörd yüz otuz doqquz) manat olmaqla ondan, 1107 (min yüz yeddi) manat ödənilməmiş hissə, 332 (üç yüz otuz iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1596 (min beş yüz doxsan altı) manat (12 ayx 120 manat + 156 manat ilkin ödəniş) olan HP 15-dal011ur İ5 markalı kompüter üçün 1560 (min beş yüz altmış) manat olmaqla ondan, 1200 (min iki yüz) manat ödənilməmiş hissə, 360 (üç yiiz altmış) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1082 (min səksən iki) manat (12 ay x 80 manat + 122 manat ilkin ödəniş) olan İMEİ kodu **********31766 Samsung Galaxy A70 markalı telefon üçün 1040 (min qırx) manat olmaqla ondan 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2232 (iki min iki yüz otuz iki) nıanat (12 ay x 186 manat + 0 manat ilkin ödəniş) olan LG markalı soyuducu üçün 2902 (iki min doqquz yüz iki) manat olmaqla ondan 2232 (iki min iki yüz otuz iki) manat ödənilməmiş hissə, 670 (altı yüz yetmiş) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1089 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısınıdinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu iltarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1518 manat olan Samsung markalı LED televizovu 165 manat ilkin ödəniş etməklə hər ay 123 manat ödəmək şərti ilə 11 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1560 manat olan PH 15-da1011ur i5 markalı komputeru 156 manat ilkin ödənişli olmaqla, hər ay 120 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1040 manat olan Samsung Galaxy A70 markalı telefon üçün 122 manat ilkin ödənişli olmaqla, hər ay 80 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2902 manat olan LG markalı soyuducu ilkin ödənişsiz, hər ay 186 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-cu il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1107 manat ödənilməmiş hissə, 332 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 800 manat ödənilməmiş hissə, 240 manat cərimə və xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 2232 manat ödənilməmiş hissə, 670 manat dəbbə pulu olmaqla – cəmi 6941manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 1518 manat olan Samsung markalı LED televizovu 165 manat ilkin ödəniş etməklə hər ay 123 manat ödəmək şərti ilə 11 ay müddətinə; dəyəri 1560 manat olan PH 15-da1011ur i5 markalı komputeru 156 manat ilkin ödənişli olmaqla, hər ay 120 manat ödəmək şərti ilə 12 ay müddətinə; dəyəri 1040 manat olan Samsung Galaxy A70 markalı telefon üçün 122 manat ilkin ödənişli olmaqla, hər ay 80 manat ödəmək şərti ilə 12 ay müddətinə və dəyəri 2902 manat olan LG markalı soyuducu ilkin ödənişsiz, hər ay 186 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmış olsa da, həmin müqavilələrin şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrə 5339 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1107 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1200 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 800 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2232 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cavabdehdən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat,xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat; xx.xx.2019- cu il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1107manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1200 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 800manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu və xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 2232 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu olmaqla cəmi 5419 manat pul vəsaiti “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxxxxxxxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1107 (bir min yüz yeddi)manat məbləğində ödənilməmiş dəyəri və 20 (iyirmi) manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1200 (bir min iki yüz) manat məbləğində ödənilməmiş dəyəri və 20 (iyirmi) manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 800 (səkkiz yüz)manat məbləğində ödənilməmiş dəyəri və 20 (iyirmi)manat məbləğində dəbbə pulu və xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2232 (iki min iki yüz otuz iki)manat məbləğində ödənilməmiş dəyəri və 20 (iyirmi)manat məbləğində dəbbə pulu olmaqla cəmi 5419 (beş min dörd yüz on doqquz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar