Məhkəmə qərarları › İş №2(010)-3683/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3683/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3683/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işəаçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 15800 manat məbləğində vurulmuş maddi ziyanın, ödənilmiş 88 manat dövlət rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat, cəmi 15938 manat pul vəsaitinin alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırılması.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin sabiq sürücüsü Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində icarə müqaviləsi ilə İddiaçı MMCyə məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Hyundai HD 72” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Admiral Naximov küçəsi ilə Zığ dairəsi istiqamətində hərəkətdə olarkən X3 idarə etdiyi “Daewoo BS 900” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Sonradan hadisə ilə əlaqədar Xətai rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırma aparılmış, qeyd olunan hadisənin “Hyundai HD 72” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü – Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verdiyi müəyyən olunmuş və iş üzrə Cavabdeh barəsində cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Qərarın surəti Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsi üçün BDYPİ-nin YPXA-ya göndərilmiş və Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sürücü Cavabdeh tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus olan “Hyundai HD 72” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi tamamilə dağılaraq yararsız vəziyyətə düşmüş və avtomobilə 15800 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, "xxxx" MMC şirkəti tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, AA4 nömrəli “Qüsur aktı”na əsasən avtomaşının təmiri üçün tələb olunan ehtiyat hissələrinin alınması və təmir işlərinin görülməsi ilə bağlı xərclərin ümumilikdə 15800 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh əvvəl avtomobilin təmiri üçün lazım olan xərcləri hissə-hissə ödəyəcəyini bildirmiş və bu barədə yazılı formada müraciət etmiş, lakin sonradan həmin məbləği ödəməkdən yayınmışdır. Belə ki, Cavabdeh avtomobilə dəymiş ziyanı Cəmiyyətə ödəməyəcəyini bildirmişdir. Cavabdehin əməli nəticəsində avtomobilə dəymiş 15800 manat məbləğində maddi ziyan onun tərəfindən tam həcmdə ödənilməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Allahverdizadə Tuqay tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, qərarın surətinin Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Xətai RPİ-nin DYPŞ-ə göndərilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsinin tərkibi toplanmadığından həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

6. X8 (İcarəyəverən) və İddiaçı MMC (İcarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İcarəyəverən qanuni əsaslarla, ona məxsus 1 saylı əlavədə göstərilən yük avtomobillərini icarəyə verir, İcarəçi isə həmin nəqliyyat vasitələrini İddiaçı MMC-yə məxsus olan şirniyyat məmulatlarının Azərbaycan Respublikası ərazisində satış nöqtələrinə çatdırılmasını həyata keçirmək üçün istifadəsinə qəbul edir. Müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bağlanır.

7. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai HD 72” markalı, ** MX *** markalı avtomobil İcarəyəverən İcarəçiyə təhvil vermişdir.

8. İddiaçı MMC (İşəgötürən) və Cavabdeh (İşçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İşəgötürən bu müqavilədə nəzərdə tutulmuş əmək funksiyalarını həyata keçirmək üçün İşçini haqqı ödənilməklə nəzərdə tutulmuş işə qəbul edir, İşçi isə həmin funksiyaları vicdanla yerinə yetirməyi öhdəsinə götürür. İşçi sürücü ekspeditor vəzifəsinə işə qəbul edilir. İşəgötürən işçiyə hər ay 320 manat məbləğində əmək haqqı ödəyir. Müqavilə müddətsiz bağlanmışdır. Müqavilə müddətsiz bağlanmışdır.

9. xx.xx.2021-ci ildə imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir.

10. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2020-ci il tarixli, ƏN-V seriyalı, 399470 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X8 ** MX *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD72 yük” markalı avtomobili idarə etmək səlahiyyətini Cavabdeh etibar etmişdir. Etibarnamə 2 il 11 ay 28 gün müddətinə verilmişdir və xx.xx.2023-cü il tarixədək qüvvədədir.

11. "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AA4 nömrəli aktdan görünür ki, “Hyundai HD 72” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış keçirilmiş, ehtiyyat hissələrinin dəyişdirilməsi və təmir işləri üçün tələb olunan məbləğin 15800 manat olduğu müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3185 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı, “Hyundai HD 72” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10828 manat müəyyən edilmişdir.

İşin faktiki halları.

13. “Hyundai HD 72 yük” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. Tahir Əliyev İddiaçı MMC-nin nizamnamə kapitalında 100% payla təsisçisidir.

14. Tahir Əliyev (İcarəyəverən) və İddiaçı MMC (İcarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, İcarəyəverən öz mülkiyyətində olan “Hyundai HD 72 yük” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili müqavilənin bağlandığı tarixdən xx.xx.2022-ci il tarixədək İcarəçiyə icarəyə vermişdir.

15. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-də sürücü ekspeditor işinə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanmışdır. Həmin tarixdə işəgötürən və işçi arasında tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır.

16. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən, X8 öz mülkiyyətində olan “Hyundai HD 72 yük” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu Cavabdeh etibar edilmişdir.

17. xx.xx.2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Hyundai HD 72 yük” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Admiral Naximov küçəsi ilə Zığ dairəsi istiqamətində hərəkətdə olarkən avtomobilin qarşısında dayanmış vəziyyətdə olan “Daewo BS 090” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu vurmuş, hadisə nəticəsində Cavabdeh idarə etdiyi avtomobildə sərnişin olan X1 az ağır zərər dəymişdir.

18. xx.xx.2021-ci il tarixdə İddiaçı MMC və Cavabdeh arasında bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir.

19. Hadisə ilə əlaqədar açılmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ibtidai istintaqı aparılan cinayət işi üzrə icraata zərərçəkmişin heç bir şikayətinin olmaması və dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq xx.xx.2021-ci il tarixdə xitam verilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) tərkib əlamətləri olduğundan Cavabdeh həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərar müvafiq orqana göndərilmişdir.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi. 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. Maddə 11. İşəgötürənin əsas hüquqları.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti.

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri.

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri.

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin tam maddi məsuliyyəti. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması.

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi.

1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası

2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

24. İşin faktiki hallarından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında əmək münasibətləri olmuşdur. Belə ki, Cavabdeh əmək müqaviləsi əsasında İddiaçı MMC-də sürücü ekspeditor işləmişdir. İddiaçı MMC-nin icarəsində olan “Hyundai HD 72 yük” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ da məhz əmək funksiyalarının icrası ilə əlaqədar Cavabdeh etibar edilmişdir.

25. Lakin Cavabdeh xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Hyundai HD 72 yük” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisədə Cavabdeh təqsirli olması iş materiallarında olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar əsasında müəyyən edilir. Həmin qərardan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/656 nömrəli rəyinə əsasən, “Hyundai HD” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə nəticəsində zərər çəkmiş şəxsin şikayəti olmadığından və ona dəymiş ziyan ödənildiyindən cinayət işinin icraatına xitam verilməsi qərara alınmış, lakin cavabdehin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir.

26. Yol nəqliyyat hadisəsi Cavabdeh idarə etdiyi “Hyundai HD 72 yük” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin avtobusunu vurması ilə baş verdiyindən hadisə nəticəsində Cavabdeh idarə etdiyi yük avtomobilinə də maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC işəgötürən kimi avtomobilə dəymiş ziyanın keçmiş işçisi olan Cavabdeh tutulmasını tələb etməkdə haqlı olmuşdur.

27. Belə ki, yuxarıda (§ 21) istinad edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda işəgötürən və ya işçinin birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyəti yaranır. Bundan başqa, həmin Məcəllənin 199-cu maddəsində işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar müəyyən edilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın salamatlığını təmin etməməyə görə əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağladığı; işçinin inzibati xətalar və digər qanunvericiliklə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətlərinin olduğu və əmlakı qəsdən korladığı, məhv etdiyi, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduğu hallar da işçinin vurduğu ziyana görə tam maddi məsuliyyətini yaradan hallara daxildir. Üstəlik, Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Eləcə də ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

28. Hazırkı iş materiallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlandığı gün tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh işçi kimi işəgötürənə öz təqsirli hərəkətləri ilə vurduğu maddi ziyanın ödənilməsi öhdəliyini götürmüşdür. Bundan əlavə, Cavabdeh inzibati xətalar qanunvericiliyi ilə cəza (tənbeh) verilməsi nəzərdə tutulmuş hərəkətləri ilə işəgötürənə maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMCyə vurduğu maddi ziyana görə tam maddi məsuliyyəti yaranmışdır.

29. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər 3500 manat təmir xərci və 12300 manat dəyişilməli ehtiyat hissələrə görə xərc olmaqla, ümumilikdə 15800 manat məbləğində qiymətləndirilmişdir ki, İddiaçı MMC də məhz bu qiymətləndirmənin nəticəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu tələb etmişdir. Lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, ekspert tərəfindən avtomobilin 17 il (2004-2021) istismarda olma müddəti nəzərə alınmaqla dəyişilməli hissələrin dəyərinə illik 3% aşınma (köhnəlmə faizi) tətbiq edilməklə dəyişilməli hissələrin dəyəri 7328 manat məbləğində qiymətləndirilmiş, 3500 manat məbləğində təmir xərci də nəzərə alınmaqla, avtomobilin təmir-bərpa xərci 10828 manat məbləğində müəyyən edilmişdir.

30. Məhkəmə, cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər dəymiş “Hyundai HD 72 yük” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hadisə baş verən tarixdə 17 ildir istismarda olduğunu nəzərə alaraq hesab edir ki, bu avtomobilin ehtiyat hissələrinə dəymiş zərərin məbləği hesablanarkən mütləq köhnəlmə faizi tətbiq edilməlidir. Buna baxmayaraq, İddiaçı MMC-nin tələbinin həcmini müəyyən edərkən istinad etdiyi mütəxəssis rəyində belə bir faiz tətbiq edilməmişdir. Belə olan halda məhkəmə, avtomobilin istismarda olma müddəti nəzərə alınmaqla, köhnəlmə faizinin tətbiq edildiyi ekspert rəyini cavabdehdən tutulacaq maddi ziyanın məbləğini müəyyən edərkən mötəbər sübut kimi nəzərə alır və hesab edir ki, Cavabdeh işçi kimi keçmiş işəgötürəni olan İddiaçı MMC-yə vurduğu maddi zərərə görə cəmi 10828 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

31. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl əmək mübahisəsinin həlli ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (10828 manat) mütənasib hissəsi (122.48 manat) iddiaçının azad olduğu 50 manat məbləğində mediasiya xərci nəzərə alınmaqla (72.48 manat dövlət rüsumu və 50 manat mediasiya xərci) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. İş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10828 manat məbləğində pul, 72.48 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 10828 (on min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində pul, 72.48 manat (yetmiş iki manat qırx səkkiz qəpik) məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar