Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3702/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı - İddiaçı cavabdeh "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə (Suraxanı RETSİ) qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə (Suraxanı RETSİ) qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tələbində cavabdehdən 4386 manat (3885+50* manat) məbləğində pul vəsaitinin tutulmasını xahiş etsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı göstərilən iddia ərizəsi üzrə 58,85 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, 63,86 manat məbləğində dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.*.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin *50.*.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin *52.*.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəsə də, qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, iddia tələbi üzrə cavabdehin "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsi (Suraxanı RETSİ) olması göstərilmişdir. Qeyd edilən “İdarə” ayrı ayrılıqda hüquqi şəxs olmadığından, cavabdeh qismində çıxış edə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.* və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikası MPM-nin 50.*-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Göründüyü kimi, "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsi (Suraxanı RETSİ) hüquqi şəxs deyildir. Hüquqi şəxsə qarşı iddia tələbi isə onun ünvanının olduğu yerə görə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-yə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia "xxxx" ASC-yə qarşı və "xxxx" ASC-nin ünvanının (yəni, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev *3 ünvanı üzrə) olduğu yerə görə verilməlidir. Buna görə də, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin *52.*.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin *52-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə (Suraxanı RETSİ) qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-3702/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3702/2023
10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver