Məhkəmə qərarları › İş №2(010)-3708/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3708/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3708/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hacı oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hacı oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BORCLU Cavabdeh kreditor X8 ASC-nin xeyrinə 6283,59 manat əsas və 1746,6 manat faiz borcunun, cəmi 8030,19 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-1132/2017 saylı 17 yanvar 2017-ci il tarixli məhkəmə əmrinə əsasən, borclu Cavabdeh 6283,59 manat məbləğində əsas borc, 1746,6 manat məbləğində faiz borcu olmaqla, cəmi 8030,19 manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh oğlu tərəfindən verilmiş 29.04.2021-ci il tarixli etiraz ərizəsinə əsasən, İddiaçı ASC Cavabdeh barədə borcun qaytarılmasına dair əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ondan ümumilikdə 7559,28 manat tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə dəfələrlə güzəşt üçün şifahi müraciətlər etsə də heç bir köməklik göstərilməmişdir. İddiaçı ASC-dən və ya digər təşkilat tərəfindən ona heç bir məlumat verilməyib, eyni zamanda yaşadığı və qeydiyyatda olduğu ünvana kreditin qaytarılması ilə əlaqədar heç bir bildiriş göndərilməyib. Bildirir ki, banka ödədiyi kredit ödənişləri əsas məbləğdən deyil faiz və cərimələrdən çıxılmış və bununlada banka olan əsas borcunda azalmalar olmamışdır. Onun hesabına görə banka az borcu qalmasına baxmayaraq borcun üzərinə əlavə faiz və cərimələr hesablamışdır. Bu barədə 21.04.2021-ci il tarixdə ona Suraxanı rayon İcra şöbəsi tərəfindən zəng olunub və o, şöbəyə yaxınlaşarkən ona bildirdilər ki, onun barəsində məhkəmə əmri var. Məhkəmə tərəfindən verilən əmrdən məlumatı olmayıb. Bununla əlaqədar olaraq, 17.012017-ci il tarixli 2(010)-1132/2017 saylı məhkəmə əmrində göstərilənlərlə razı deyiləm. Buna görə də 17.012017-ci il tarixli 2(010)- 1132/2017 saylı məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli 2(010)-1132/2017 saylı qərardada əsasən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 27 may 2017-ci il tarixli, 2(010)-1132/2017 nömrəli məhkəmə əmri ləğv edilməsi və iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında, müqavilənin 2022-ci ildə bitdiyini, həmin bu faziləri tələb etmədiyini, sonuncu ödənişin 16 mart 2018-ci ildə olduğunu, cavabdehin 490 manat pul ödədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında onu və yoldaşını işdən çıxardıqlarını, bu səbəbə görə pulu ödəyə bilmədiklərini, hissə-hissə ödəyə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2015-ci il tarixli RV/22127/55/4 saylı kredit sazişinə əsasən Cavabdeh "xxxx" ASC-dən illik 25,7% olmaqla 84 ay müddətinədək qaytarılmaq şərtilə 6373,59 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 26.12.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 11.12.2015-ci il tarixli RV/22127/55/4 saylı kredit müqaviləsi üzrə cavabdehin 6283,59 (altı min iki yüz səksən üç manat əlli doqquz qəpik) manat məbləğində əsas borcu, 1746,6 (bir min yeddi yüz qırx altı manat altmış qəpik) manat məbləğində faiz borcu, cəmi 8030,19 (səkkiz min otuz manat on doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 06.07.2021-ci il tarixli hesabdan çıxarışa əsasən, Cavabdeh əsas borcdan 490 manat pul ödəmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)- 1132/2017 saylı 17 yanvar 2017-ci il tarixli məhkəmə əmrinə əsasən, borclu Cavabdeh 6283,59 manat məbləğində əsas borc, 1746,6 manat məbləğində faiz borcu olmaqla, cəmi 8030,19 manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh oğlu tərəfindən verilmiş 29.04.2021-ci il tarixli etiraz ərizəsinə əsasən, 17.012017-ci il tarixli 2(010)-1132/2017 saylı məhkəmə əmrində göstərilənlərlə razı deyiləm. Buna görə də 17.012017-ci il tarixli 2(010)- 1132/2017 saylı məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli 2(010)-1132/2017 saylı qərardada əsasən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 27 may 2017-ci il tarixli, 2(010)-1132/2017 nömrəli məhkəmə əmri ləğv edilməsi və iddia icraatına keçirilməsi qərara alınmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı ASC Bakı filialı ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hacı oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BORCLU Cavabdeh kreditor X8 ASC-nin xeyrinə 6283,59 manat əsas və 1746,6 manat faiz borcunun, cəmi 8030,19 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-1132/2017 saylı 17 yanvar 2017-ci il tarixli məhkəmə əmrinə əsasən, borclu Cavabdeh 6283,59 manat məbləğində əsas borc, 1746,6 manat məbləğində faiz borcu olmaqla, cəmi 8030,19 manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh oğlu tərəfindən verilmiş 29.04.2021-ci il tarixli etiraz ərizəsinə əsasən, İddiaçı ASC Cavabdeh barədə borcun qaytarılmasına dair əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ondan ümumilikdə 7559,28 manat tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə dəfələrlə güzəşt üçün şifahi müraciətlər etsə də heç bir köməklik göstərilməmişdir. İddiaçı ASC-dən və ya digər təşkilat tərəfindən ona heç bir məlumat verilməyib, eyni zamanda yaşadığı və qeydiyyatda olduğu ünvana kreditin qaytarılması ilə əlaqədar heç bir bildiriş göndərilməyib. Bildirir ki, banka ödədiyi kredit ödənişləri əsas məbləğdən deyil faiz və cərimələrdən çıxılmış və bununlada banka olan əsas borcunda azalmalar olmamışdır. Onun hesabına görə banka az borcu qalmasına baxmayaraq borcun üzərinə əlavə faiz və cərimələr hesablamışdır. Bu barədə 21.04.2021-ci il tarixdə ona Suraxanı rayon İcra şöbəsi tərəfindən zəng olunub və o, şöbəyə yaxınlaşarkən ona bildirdilər ki, onun barəsində məhkəmə əmri var. Məhkəmə tərəfindən verilən əmrdən məlumatı olmayıb. Bununla əlaqədar olaraq, 17.012017-ci il tarixli 2(010)-1132/2017 saylı məhkəmə əmrində göstərilənlərlə razı deyiləm. Buna görə də 17.012017-ci il tarixli 2(010)- 1132/2017 saylı məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli 2(010)-1132/2017 saylı qərardada əsasən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 27 may 2017-ci il tarixli, 2(010)-1132/2017 nömrəli məhkəmə əmri ləğv edilməsi və iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən 490 manat ödəniş edilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh 11.12.2015-ci il tarixli RV/22127/55/4 saylı kredit müqaviləsi üzrə 5793,59 (beş min yeddi yüz doxsan üç manat əlli doqquz qəpik) manat məbləğində əsas borcu, 1746,6 (bir min yeddi yüz qırx altı manat altmış qəpik) manat məbləğində faiz borcu, cəmi 7540,19 (yeddi min beş yüz qırx manat on doqquz qəpik) manat və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edilsin. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh 11.12.2015-ci il tarixli RV/22127/55/4 saylı kredit müqaviləsi üzrə 5793,59 (beş min yeddi yüz doxsan üç manat əlli doqquz qəpik) manat məbləğində əsas borcu, 1746,6 (bir min yeddi yüz qırx altı manat altmış qəpik) manat məbləğində faiz borcu, cəmi 7540,19 (yeddi min beş yüz qırx manat on doqquz qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin filialına ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar