Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-371/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh 3620 manat məbləğində pul vəsaitinin və ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanıdığı Cavabdeh ayrı-ayrı vaxtlarda ümumilikdə 8000 manat (4000 manat bir vaxtda, 4000 manat ayrı bir vaxtda) məbləğində pul vermişdir. Verilmiş pul məbləğinin müqabilində cavabdeh Masallı rayonunun, Çaxırlı kəndində yerləşən “Ocaq” marketə vitrinlər quraşdırmalı idir. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək müxtəlif bəhanələrlə verilmiş pulları geri qaytarmır. Dəfələrlə edilmiş müraciətlərdən sonra Cavabdeh ayrı-ayrı vaxtlarda hissə-hissə olaraq, ümumilikdə 4380 manat məbləğində pulu ona geri qaytarmışdır. Ancaq, bu hadisənin üzərindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh 3620 manat məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir. Dəfələrlə cavabdehdən sözügedən məbləği tələb etsə də, cavabdeh əvvəllər buna imkanı olmadığını, ilk imkanda qaytaracağını bildirsə də, halhazırda aldığı borcu qaytarmır. Cavabdehin ona 3620 manat məbləğində pulu qaytarmalı olması aralarında olan səs yazısı və şahidlərin ifadələri ilə təsdiq olunur. O, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı İsmayıllı rayon Polis şöbəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. İsmayıllı rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 84/2-A-5947/11 nömrəli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, İddiaçı tərəfindən İsmayıllı RPŞ-yə edilmiş müraciət araşdırılmış, müraciətdə göstərilən xüsusatlarda hər hansı cinayət və ya inzibati xəta tərkibi müəyyən edilmədiyindən, toplanmış materiallar arayışla dəftərxana materiallarında işə alınmış və sonuncuya mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmuşdur. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə edilmiş xx.xx.2024-cü il tarixli müraciətdə aşağıdakı məzmunda ifadə olunmuşdur – “Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu ərazisində məni mağaza vitrini quraşdırmaq adı ilə aldadaraq, məndən 8000 manat alaraq dələduzluq etmişdir. Hadisədən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, mən verdiyim pulu tam əldə edə bilməmişəm. Hal-hazırda onun mənə 3620 manat məbləğində borcu qalır. Aylardır ki, özünə, atasına, qardaşına dəfələrlə zəng etməyimə, mesaj yazmağıma baxmayaraq, mənə cavab vermirlər. “Get, nə bilirsən et” deyirlər. Rəşadın dələduzluq etdiyi tək mən deyiləm. Ona bu əməllərinə görə dələduzluq maddəsi ilə cinayət işi də açılmışdır. Xahiş edirəm, pulumun qaytarılmasına və ədalətin bərpa olunmasına köməklik göstərəsiniz”. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 777. Tapşırıq müqaviləsi. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh İddiaçı üçün müvafiq avadanlıqların quraşdırılması məqsədilə sonuncudan ayrı-ayrı vaxtlarda ümumilikdə 8000 manat məbləğində pul vəsaiti əldə etmişdir. Tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə əsasən, iddiaçı öz üzərinə götürdüyü pul məbləğini vermək vəzifəsini lazımı qaydada yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə müəyyən olunmuş avadanlıqları quraşdırmaq vəzifəsini vicdanla yerinə yetirməyərək, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Belə ki, məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə cavabdehə avadanlıqların quraşdırılması məqsədilə verilmiş ümumilikdə 8000 manat məbləğində pul vəsaitindən 4380 manatın ona geri qaytarıldığını bildirmiş və sonuncunun ona icra edilməmiş öhdəliyinin əvəzi olaraq 3620 manat məbləğində pul vəsaiti borclu olduğunu bildirmişdir. Məhkəmə iclasından məlumatlı olan cavabdeh iddia ərizəsində qeyd olunanları təkzib edən hər hansı sübut məhkəməyə tədqim etməmiş və məhkəmə işdə olan materiallarla iddia tələbinə qiymət verərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 57 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, iddia təmin edildiyindən ödənilmiş 57 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3620 manat məbləğində pul vəsaiti və ödənilmiş 57 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3620 (üç min altı yüz iyirmi) manat məbləğində pul vəsaiti və ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-371/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-371/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver