Məhkəmə qərarları › İş №2(010)-3718/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3718/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3718/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 002A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 609,57 manat məbləğində kredit borcu, 9,76 manat məbləğində faiz borcu və 337,55 manat məbləğində cərimə olmaqla, cəmi 956 (doqquz yüz əlli altı) manat 88 (səksən səkkiz) qəpik manat məbləğində borcun, 002A********** saylı kredit müqaviləsi üzrə 1091,98 mana kredit borcu, 17,50 manat faiz borcu və 608,94 manat məbləğində cərimə olmaqla, cəmi 1718 (bir min yeddi yüz on səkkiz) manat 42 (qırx iki) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 16.09.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviəsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 609,57 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 16.10.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 609,57 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 30.04.2021-ci il tarixə 578 gün üçün hesablanmış faiz borcu 9.76 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 30.04.2021-ci il tarixə 578 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 337,55 manat təşkil edir. Kredit müqaviləsinin 4.1,2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh İddiaçı QSC ilə 16.09.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviəsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 609,57 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 16.10.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 1091,98 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 30.04.2021-ci il tarixə 562 gün üçün hesablanmış faiz borcu 17,50 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 30.04.2021-ci il tarixə 562 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 608,94 manat təşkil edir. Kredit müqaviləsinin 4.1,2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 16.09.2019-cu il tarixli, 002A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 609,57 manat məbləğində kredit verilmişdir. İşdə olan 16.09.2019-cu il tarixli, 002A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 1091,98 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 16.09.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 59 ay 13 manat, sonuncu ay isə 11,25 manat ödəniş etməli idi. İş materiallarında olan 16.09.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 59 ay 23 manat, sonuncu ay isə 33,95 manat ödəniş etməli idi. İş materiallarına əlavə edilmiş 26.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.09.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə 609,57 manat məbləğində kredit borcu, 9,76 manat məbləğində faiz borcu və 337,55 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 956,88 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş 26.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.09.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə 1091,98 manat məbləğində kredit borcu, 17,50 manat məbləğində faiz borcu və 608,94 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1718,42 manat kredit borcu vardır. İş matariallarına əlavə edilmiş 09.04.2021-ci il tarixli xəbərdarlıqldan görünür ki, Cavabdeh 16.09.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi bildirilmiş, əks təqdirdə müqaviləyə xitam verilməsi və borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş matariallarına əlavə edilmiş 09.04.2021-ci il tarixli xəbərdarlıqldan görünür ki, Cavabdeh 16.09.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi bildirilmiş, əks təqdirdə müqaviləyə xitam verilməsi və borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 03.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə,məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilələr ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf hər iki müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı QSC tərəfindən Cavabdeh borcunu hər iki müqavilə şərtlərinə uyğun olaraq 23.04.2021-ci il tarixədək ödəməsi təklif edilmiş, həmin müddət ərzində banka olan borc ödənilməzsə bankla aralarında bağlanmış kredit müqavilələrinin ləğv edilməsi və kredit borcunun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, cavabdeh bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin icrasını əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 16.09.2019-cu il tarixli 002A********** və 002A********** kredit müqavilələri ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqavilələi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə İddiaçı QSC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi hər iki kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. İddia tələbinin cərimə borcunun tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaranmış borc məbləğinə mütənasib olmadığından 002A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 337,55 manat cərimə borcu, 10 manata, 002A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 608,94 manat cərimə borcu 20 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 16.09.2019-cu il tarixdə bağlanmış 002A********** saylı və 002A********** saylı kredit müqavilələri ləğv edilməli, Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 002A********** saylı müqavilə üzrə 609,57 (altı yüz doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 9,76 (doqquz manat yetmiş altı qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 629,33 (altı yüz iyirmi doqquz manat otuz üç qəpik) manat, 002A********** saylı kredit müqaviləsi üzrə 1091,98 (bir min doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas borc, 17,50 (on yeddi manat əlli qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 1129,48 (bir min yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 16.09.2019-cu il tarixdə bağlanmış 002A********** saylı və 002A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 002A********** saylı müqavilə üzrə 609,57 (altı yüz doqquz manat əlli yeddi qəpik) manat əsas borc, 9,76 (doqquz manat yetmiş altı qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 629,33 (altı yüz iyirmi doqquz manat otuz üç qəpik) manat, 002A********** saylı kredit müqaviləsi üzrə 1091,98 (bir min doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas borc, 17,50 (on yeddi manat əlli qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 1129,48 (bir min yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat pul tutulsun. Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar