Məhkəmə qərarları › İş №2(010)-3721/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3721/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3721/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 24 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment artırılaraq cavabdehdən hər ay sabit pul məbləğində 235 manat pulun tutulub ona verilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, Sədirxanova (Sadıqova) Gülnarə İmran qızı 2004-cü ildə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları - xx.xx.2005-ci il təvəllüdlü X9 və 24 fevral 2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Münasibətləri pozulduğuna görə aralarında bağlanmış nikah ləğv edilmiş və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər uşağa görə hər ay 108 manat olmaqla, cəmi 216 manat alimentin tutularaq ona verilməsi qət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(010)-9148/2017 saylı qətnaməsi ilə alimentin artırılması barədə tələbinə əsasən iddia qismən təmin edilərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli 2(010)-2336/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı Sədirxanova (Sadıqova) Gülnarə İmran qızının xeyrinə - xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 125 (yüz iyirmi beş) manat və 24 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 125 (yüz iyirmi beş) manat miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh qeyd olunan alimentin ödənilməsindən yayınaraq uşaqlarının saxlanılması üçün təyin edilmiş alimenti ödəmir. Uşaqları artıq böyüyüblər. Tələbatları artıb. Oğlu artıq hərbi xidmətdə qulluq edir. Maddi cəhətdən çox çətinlik çəkir. Hətta məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəsə belə, hazırkı bazar şəraiti dövründə yaşamaq qeyri-mümkündür. Alimentin miqdarının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq Bakı 5 saylı Mediasiya Təşkilatına dəvət olunaraq ilkin mediasiya sessiyasında iştirak etsə də, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi ilə razılaşmayaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(010)-2336/2015 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X8 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan xx.xx.2005-ci il təvəllüdlü X9 və 24 fevral 2009-cu il təvəllüdlü X3 anaları X4 yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində alimentin Cavabdeh 03 mart 2015-ci il tarixdən tutularaq X5 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-9148/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli, 2(010)-2336/2015 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü X9 və 24 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 125 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq Sədirxanova (Sadıqova) Gülnarə İmran qızına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

İşin faktiki halları

7. Tərəflərin rəsmi nikaha daxil olması, rəsmi nikah münasibətlərindən iki uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşaqların anasının yanında qalması və aliment təyin edilməsi, daha sonra məhkəmə qətnaməsi əsasında tutulan aliment miqdarının artırılaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 125 manat sabit pul məbləğində alimentin tutulması və hazırda uşaqlardan birinin - xx.xx.2005ci il təvəllüdlü X7 yetkinlik yaşına çatması işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-9148/2017 saylı qətnaməsi əsasında cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X9 və 24 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda xx.xx.2005-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatmışdır. Hazırkı tələbdə iddiaçı övladı - 24 fevral 2009-cu il təvəllüdlü X1 üçün tutulan aliment miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğunu və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, 24 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən 24 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 33.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9148/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq cavabdeh Sadıqov Pərvı̇ z Vaqı̇ f oğlundan hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Sədı̇ rxanova Gülnarə İmran qızına ödənilsin. Artırılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdeh Sadıqov Pərvı̇ z Vaqı̇ f oğlundan tutularaq iddiaçı Sədı̇ rxanova Gülnarə İmran qızına ödənilsin. Aliment məbləğinin artırılmış hissəsinə uyğun olaraq iş üzrə ödənilməli olan 33.20 manat dövlət rüsumu cavabdeh Sadıqov Pərvı̇ z Vaqı̇ f oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar