Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3724/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” X1 Cavabdehqarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli (bundan sonra mətndə “xxxxxxxxxxx” MMC) Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Samsung markalı soyuducu, soyuducu üçün qoxuhəbsedici Magic power üçün 160 manat ödənilməmiş hissə, 16 manat cərimə, cəmi 176 manat, Panasonic markalı saçqırxan üçün 72 manat ödənilməmiş hissə, 7 manat cərimə, cəmi 79 manat, İMEİ kodu **********72468 Samsung Galaxy J4 plus markalı telefon üçün 224 manat ödənilməmiş hissə, 22 manat cərimə, cəmi 246 manat, İMEİ kodu **********48874 Samsung Galaxy A30 markalı telefon üçün 320 ödənilməmiş hissə, 32 manat cərimə, cəmi 352 manat, ümumilikdə 853 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 883 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” X2 ödənməsi barədə barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Samsung markalı soyuducu, soyuducu üçün qoxuhəbsedici Magic power, Panasonic markalı saçqırxan, İMEİ kodu **********72468 Samsung Galaxy J4 plus markalı telefon, İMEİ kodu **********48874 Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 853 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1440 manat olan Samsung markalı soyuducu, soyuducu üçün qoxuhəbsedici Magic power üçün 176 manat olmaqla ondan, 160 manat ödənilməmiş hissə, 16 manat cərima, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 manat Panasonic markalı saçqırxan üçün 79 manat olmaqla ondan, 72 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 manat olan İMEİ kodu **********72468 Samsung Galaxy J4 plus markalı telefon üçün 246 manat olmaqla ondan 224 manat ödənilməmiş hissə, 22 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 502 olan İMEİ kodu **********48874 Samsung Galaxy A30 markalı telefon üçün 352 manat olmaqla, ondan 320 ödənilməmiş hissə, 32 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1694 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 20 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqı-satqı qiyməti 1440 manat olan Samsung markalı soyuducu, soyuducu üçün qoxuhəbsedici Magic power almışdır. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Əliyev X4 markalı soyuducu, soyuducu üçün qoxuhəbsedici Magic power təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Samsung markalı soyuducu, soyuducu üçün qoxuhəbsedici Magic power üçün cavabdehin 160 manat ödənilməmiş hissə, 16 manat cərima, ümumilikdə 176 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 144 manat olan Panasonic markalı saçqırxan almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Əliyev X3 markalı saçqırxan təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Panasonic markalı saçqırxan üçün cavabdehin 72 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu, ümumilikdə 79 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 384 manat olan İMEİ kodu **********72468 Samsung Galaxy J4 plus markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********72468 Samsung Galaxy J4 plus markalı telefon təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********72468 Samsung Galaxy J4 plus markalı telefon üçün cavabdehin 224 manat ödənilməmiş hissə, 22 manat cərimə, ümumilikdə 246 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən alqısatqı qiyməti 502 manat olan İMEİ kodu **********48874 Samsung Galaxy A30 markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********48874 Samsung Galaxy A30 markalı telefon təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********48874 Samsung Galaxy A30 markalı telefon üçün cavabdehin 320 ödənilməmiş hissə, 32 manat cərimə, ümumilikdə 352 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdeh X5 vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 853 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və üqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 853 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 160 manat ödənilməmiş hissə və 16 manat cərimə olmaqla, cəmi 176 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 72 manat ödənilməmiş hissə və 7 manat cərimə olmaqla, cəmi 79 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 224 manat ödənilməmiş hissə və 22 manat cərimə olmaqla, cəmi 246 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 320 ödənilməmiş hissə və 32 manat cərimə olmaqla, cəmi 352 manat, ümumilikdə 853 (səkkiz yüz əlli üç) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” X1 hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3724/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3724/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver